Müsəlman qadın Allah'a səmimi qəlblə iman etmiş və dərin Allah qorxusu ilə boyun əymişdir. Allah'dan başqa İlah olmadığını, Onun bütün varlıqların yeganə hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də sadəcə Allah'dan qorxur və yalnız Onun razılığını axtarır. Yalnız Allah'a ibadət edir, Onu dost bilir və yalnız Ondan kömək diləyir. Hər hansı bir xeyirlə üzləşsə, bunu ona ancaq Allah'ın verə biləcəyini və eyni şəkildə ona dəyən zərər varsa, bunun qarşısını da Allah'ın ala biləcəyini, onu ancaq Allah'ın qoruya biləcəyini bilərək yaşayır.
Yalnız Allah'a möhtac olduğunu, onu həyatda yaşadan, ona nemətini və köməyini çatdıran, qoruyan, yeganə gücün Allah olduğunu bilir. Buna görə də insanlardan heç nə ummur. Allah'a heç bir şəkk-şübhə duymadan iman edir. İmanındakı bu səmimiyyətini həyatının sonuna qədər hər an davam etdirir, həyatının hər mərhələsində, hansı çətinliklə qarşılaşırsa-qarşılaşsın, Allah'a olan bu səmimi imanından vaz keçmir. Nemət içində olduqda Allah'a necə şükür edirsə, şərtlər əksinə olduqda da eyni təslimiyyəti göstərməyə davam edir.
Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən, əfvedici olduğundan əmin, təvəkküllü əxlaqa sahibdir. Bir çətinliklə qarşılaşdıqda Allah'ın Quranda hər çətinliklə birlikdə bir asanlıq gətirəcəyini bildirdiyini, vacib olanın isə bu çətinlik anında insanın Allah'a olan sevgisində, təslimiyyətində səbir göstərməli olduğunu bilir. Allah'ın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir. Allah'ın vədindən əsla dönməyəcəyini bilir. Qarşılaşdığı çətinliklər uzun müddət davam etsə belə, heç vaxt ümidsizliyə qapılmır, Allah'ın köməyindən əsla şübhəyə düşmür. Gözəl səbir və təslimiyyətlə Allah'ın ona verdiyi ilə kifayətlənir və bunda özü üçün bir xeyir olduğunu bilir. Allah'ın bu mövzuda Quranda bildirdiyi nümunələri unutmur. Nə çətinlik olursa-olsun, "...Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək"(Şuəra surəsi, 62) deyərək Allah'a təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürür. Həyatı boyu qarşısına çıxan hər hadisədə Allah'ın rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görən iman dərinliyi içərisində olur.
Mömin qadınların göstərdikləri bu əxlaqın üstünlüyü cahiliyyə inancları ilə formalaşan qadın xarakteri ilə müqayisə edildikdə kəskin şəkildə ortaya çıxır. Cahiliyyə əxlaqını mənimsəyən qadınlar həyatları boyu qarşılaşdıqları hər incəliyi yaradanın Allah olduğunu və bunların hər birində bir çox xeyir və hikmət gizləndiyini düşünmədikləri üçün yaşadıqları hadisələr qarşısında lazımi təslimiyyəti göstərə bilmirlər.
Belə ki, cahil qadın xarakterinin ən çox yayılan xüsusiyyətlərindən biri, çətinliklər qarşısında göstərilən dözümsüz, səbirsiz, ortalığı təlaşa salan, qarışıqlıq meydana gətirən hərəkətlərdir. Hətta bu səbəblə çox vaxt insanlar özlərinə yük olmamaları üçün qadınları çətinliklə qarşılaşma ehtimalı olan mühitlərdən uzaq tutmağa böyük diqqət göstərirlər. Cahil qadın xarakterinin bu xüsusiyyəti bu günə qədər bir çox film, ya da roman mövzusu olmuşdur. Allah'a güvənib təslim olmadıqları üçün çətinliklərə qarşı göstərilən səbri və gücü özlərində tapa bilmirlər. Gücləri ancaq bu çətinliyə dözməyin sonunda əldə edə biləcəkləri mənfəətlərin böyüklüyü qədərdir. İman edən bir qadın isə gücünü imanından və Allah'ın razılığını qazanmadan irəli gələn qətiyyətindən aldığı üçün çox səbirli olur. Allah Quranda möminlərin bu əxlaqını “...Ancaq Allah'ın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.”(Ənam surəsi, 71) sözləri ilə dilə gətirdiklərini bildirir. Bunun əvəzində Allah tam təslimiyyətlə Ona təslim olan qullarını belə müjdələyir: