Əfqanıstanda qadın olmaq
ucgen

Əfqanıstanda qadın olmaq

2473
Ölkələrin inkişaf səviyyəsi ilə qadın hüquqlarına göstərilən diqqət arasında birbaşa əlaqə vardır. Qadına dəyər verilməyən cəmiyyətdə mədəniyyətdən danışmaq olmaz. Qadınları azad yaşamayan ölkə tamamilə məhv olmuş bir ölkədir. Harada qadın əzilirsə, orada insanlıq əleyhinə cinayət törədilir və belə bir ölkənin məhvi labüddür. 
 
Yaxın keçmişi və hal-hazırki vəziyyəti ilə Əfqanıstan bu müddəaların açıq-aşkar nümunəsidir. Ölkə səfalət, fanatiklik, gerilik və qadınlara qarşı şiddətlə sanki bütünləşmiş vəziyyətdədir.
 
Taliban dövrü
 
1990-cı illər qadın hüquqları baxımından Əfqanıstanın ən qaranlıq illəri oldu. Taliban 1996-cı ildə iktidarı ələ keçirərək qadınlar üçün dəhşətli zülm dövrünü başlatdı. Taliban rəhbərliyi qadınlara qarşı amansız təzyiq və şiddət həyata keçirdi. Qadınlar üçün demək olar ki, hər şey qadağandı: baxımlı olmaq, gülmək, əylənmək, məktəbə getmək, işləmək, əks cinsdən olan həkimə müayinə olunmaq, fikrini bildirmək, kişilərlə danışmaq... Qadına ərinin icazəsi olmadan evdən çölə çıxmaq, əri və ya kişi qohumu yanında olmadan küçədə gəzməsi də qadağandı. Radikal Taliban düşüncəsinə görə quşları qəfəsdə saxlamaq qanuna zidd idi, lakin qadınları evlərində həbs etmək isə qanuna görə məcburi idi. 
 
Qaydalara tabe olmayan qadınlar qəddarcasına cəzalandırıldılar: kütlə qarşısında döyüldülər, qamçılandılar, daşlanaraq öldürüldülər. Dırnağa boya çəkməyin cəzası qadının barmağının kəsilməsi idi. Talibanın radikal ideologiyasının məsum qadınlara çəkdirdiyi əzaba bütün dünya şahid oldu. Elə xəbərlər oldu ki, yaddaşlara həkk olundu: 12 yaşında zorla Taliban döyüşçüsü ilə evləndirilən, evləndiyi gündən etibarən hər gün əri tərəfindən döyülən, boşanmaq istədiyində isə burnu və qulaqları kəsilən Bibi Aişa kimi. 
 
Əfqan qadınlarının bitməyən əziyyəti
 
2001-ci ildə ABŞ-ın başçılığı ilə NATO qüvvələrinin işğal məqsədlərindən biri də “qadınları azad etmək” idi. Lakin bu hədəf tamamilə söz olaraq qaldı. Nüfuzlu beynəlxalq təşkilatların cari hesabatlarına nəzər salsaq, Əfqanıstanda qadın olmağın çətinliyini bir daha anlayarıq:
 
Statistikaya görə dünyada qadın və ya ana olmaq üçüç  ən təhlükəli ölkələrdən biridir.
 
Hər on qadından doqquzu fiziki və ya cinsi zorakılığa məruz qalır.
 
Qadınların 85%-i oxumağı və yazmağı bacarmır, ibtidai təhsilləri yoxdur.
 
Hər qadın orta hesabla 6 uşaq dünyaya gətirir.
 
Qadınlar üçün orta yaş həddi 51 ildir.
 
Əfqan qızların 50%-i 12 yaşına çatmadan evləndirilir.
 
Bəzi ailələr borclarını ödəmək üçün qızlarını evləndirir. 
 
Hamiləlik və doğum əsnasındakı ölümlərdə dünyada ən yüksək nisbətə sahibdir.
 
Son bir neçə il ərzində narahatlıq yaradan bu məlumatlarda kiçik dəyişikliklər baş verdi. Lakin əfqan qadınlarının şiddət, psixoloji təzyiq, bərabərsizlik, ayrı-seçkilik və haqsızlıq içindəki həyat şəraitində heç bir dəyişiklik olmadı. Hələ də əsarət altında yaşadıqlarını deyə bilərik. Bunun iki əsas səbəbi var.
 
İlk növbədə Taliban hərəkatı ölkənin əsasən kənd yerlərində yenidən gücləndi və tez-tez terror aktları ilə hökumətə qarşı çıxır. Hakim olduqları bölgələrdə qadınlara qarşı təzyiq və şiddət davam edir. Qızların təhsil almasının qarşısını almaq üçün məktəbləri yandırır, xanım tələbələrə və müəllimlərə hücum edir, qadınların hüquq müdafiəçilərini öldürür, qadınları təhdid edib susdurmağa çalışırlar.
 
İkinci səbəb isə əfqan cəmiyyətində möhkəmlənən yanlış qadın hüququ anlayışıdır. Başqa sözlə desək, İslam və Quranda olmayan yanlış dini, ənənəvi və mədəni dəyərlər. Hələ də əfqan hökumətində, milli məclisində və liderlər arasında qadının əsas hüquq və azadlığına qarşı çıxan bir çox insan vardır. Bunların bəziləri açıq-aşkar qarşı çıxır, bəziləri isə qərbdən çəkindikləri üçün səmimiyyətsizlik göstərirlər.
 
Buna görə də Əfqanıstanın məzlum müsəlman qadınları sosial, iqtisadi və mədəni hüquqlarından məhrum olaraq həyatlarını davam etdirirlər. Ailə və qəbilə təzyiqi altında əzilir, susdurulurlar. Şikayət etmək istədikdə isə korrupsiyası ilə məşhur olan əfqan dövlət orqanlarında haqlı ikən haqsız vəziyyətə düşürlər.
 
Yeni Əfqan hökuməti
 
Şübhəsiz ki, Əfqanıstanın yeni dövlət başçısı Əşrəf Qəni və yeni yeni qurulan hökumətin qarşısında çox böyük problemlər durur. Bunların içində ən vacibi qadınlara qarşı təzyiq, şiddət, təcavüz, təhdid və hər cür çətinliyin tamamilə aradan qaldırılmasıdır. Çünki qadın hüququ təmin edilmədən Əfqanıstanın ayağa qalxması mümkün deyil. 
 
Yaxın dövrdə belə bir ehtimal nə qədər zəif görünsə də, Talibanla ola biləcək hər hansı milli anlaşmada çox əhəmiyyətli bir məsələ var: Hökumətin Talibanla razılığa gəlməsi üçün qadınların hüquq və azadlığını qurban verməsi heç vaxt qəbul edilə bilməz.
 
Prezident Əşrəf Qəni qadın hüquqlarının əsas məsələlərdən biri olduğunu açıq şəkildə bildirir. Bunun yalnızca siyasi manevr olub olmadığını zaman göstərəcək. Eyni zamanda dünya ictimaiyyətində prezidentin Livan əsilli yoldaşı Rula Qəninin də aktiv şəkildə səy göstərəcəyi ilə bağlı ümidlər var. Lakin yalnızca prezident, yoldaşı və hökumətin səyləri kifayət etməyəcəkdir.
 
Çarəsizliyin həlli
 
Əfqan qadınlarının yaşadığı zülmün səbəbi uzun illər əvvələ əsaslanan yanlış dini məlumatlar və İslam adından söylənən xurafatlardır. Bunlar müsəlman əfqan cəmiyyətinin qadına baxış tərzində olan yanlış ənənəvi və mədəni dəyərlərin də mənbəyidir. Qısası qınayaraq, zorakı siyasi metodlarla və ya yalançı islahatlarla problem qətiyyən həll edilə bilməz.
 
Qadına əziyyət verən bir sistem isə həqiqətən İslamın ruhunda yoxdur. Quran əxlaqına görə qadın çiçəyə bənzəyir, dünyanın bəzəyidir, gözəlliyidir, böyük bir nemətdir, xüsusi və yüksək dəyərə sahibdir. Buna görə də problemin həlli üçün düşüncələrdəki yanlış, xurafatçı və fanatik fikirlər dəyişməlidir. Əfqan xalqına Quranda Allah’ın qadına verdiyi dəyəri izah etmək lazımdır. Davamlı, hərtərəfli, ciddi və səmimi şəkildə səy göstərərək tez bir zamanda təlim kompaniyasına başlanmalıdır. Bu Əfqanıstanın düşdüyü vəziyyətdən xilas olmasının yeganə yoludur.
 
Adnan Oktar's piece on Daily Times:
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo