Allah Quranın, “Nəfsə və onu yaradana, sonra ona fücurunu (sərhəd tanımayan günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). Onu təmizləyən həqiqətən qurtulmuşdur. Və onu (günaha) batıran isə ziyana uğramışdır.”(Şəms surəsi, 7-10) ayələri ilə idarə olunmadığı təqdirdə nəfsin insanı sərhəd tanımayan pisliklərə sürüyəcəyinə diqqət çəkmişdir. Allah qorxusu və axirət inancı insanlara nəfslərində olan bu pisliklərdən çəkinəcək gücü və ağılı qazandırır.
Bu xüsusiyyətlər olmadıqda insan dünyada etdiklərindən axirətdə Allah tərəfindən məsul tutulacağını düşünmədən hərəkət edir. Bu vəziyyətdə də nəfsinin istəklərini yerinə yetirməkdən qorxmur. Niyyəti hər nə qədər pis də olsa bundan çəkinmək üçün özünə tutarlı səbəb tapa bilmir. O anda nəfsi hirslənməsini ilham edirsə, dərhal bu təlqinə qapılır. Ya da qısqanclıq təlqini verib buna bağlı olaraq qarşı tərəfə pis münasibət göstərməsini təlqin edirsə, bunu da dərhal tətbiq edir. Nəfsi hirsini, ya da qısqanclığını tənəli sözlər söyləyərək, lağ edərək, böhtan ataraq, yalan danışaraq, intriqa edərək, ikiüzlülük etməsini ilham edirsə, bütün bunları heç düşünmədən dərhal edir. Allah'a hesab verəcəyini düşünmədiyi üçün də bütün bunları tətbiq etməkdən qorxmur.
Halbuki bunların hamısı Allah'ın ayədə bildirdiyi kimi, nəfsin insanları çağırdığı sərhəd tanımayan pisliklərindəndir. İnsan nəfsinin təlqinlərinə tabe olaraq hərəkət etdiyi zaman insanların nəzərində böyümür, əksinə kiçilir. İçindən gələn duyğuların pis olduğunu bildiyi halda, onları idarə edə bilməmələri bu insanların zəifliklərini və vicdanla hərəkət etmədiklərini göstərir. Yetkin ola bilməmək, nəfsinin istəkləri ilə zidd düşdüyündə ağıllı hərəkət etməmək insanları hörmətdən salır. Halbuki nəcib və gözəl olan Allah'ın ayədə bildirdiyi kimi, nəfsin bütün bu pis təlqinlərinə qarşı ondan çəkinmək və vicdanla rəftar etməkdir. Bu, əmək tələb edən, amma eyni zamanda da insanı ucaldan, insanların hörmətini və sevgisini qazandıran əxlaqdır.
Allah Quranın, “Onun köynəyinin arxadan çəkilib-cırıldığını gördüyü zaman (əri): “Doğrusu, bu sizin hiylələrinizdən (biri)dir. Həqiqətən sizin hiyləniz böyükdür” dedi.”(Yusuf surəsi, 28) ayəsi ilə qadınların “hiylə qurmağa münasib” xarakterlərinə diqqət çəkmişdir. Cahiliyyə əxlaqını yaşayan bəzi qadınlar hadisələr qarşısında ağıllı yollara müraciət etmək əvəzinə bunları hiylə quraraq, fitnə, yalan danışaraq həll etməyə çalışırlar. Şeytanın təlqinlərinə tabe olduqları üçün səmimiyyətlə təhlil edilməli olan mövzularda ikiüzlü və hiyləgər üsullara əl atırlar. İmanlı qadın isə Allah'dan qorxduğu üçün cahiliyyə qadınlarının bu əxlaqından tamamilə uzaqdır.
Cahiliyyə əxlaqını mənimsəyən qadınlarda görülən xüsusiyyətlərdən bir başqası isə qısqanclıqdır. Allah Quranın “De ki: Səhərin Rəbbinə sığınaram. Yaratdığı şeylərin şərrindən, qaranlığı çökdüyü zaman gecənin şərrindən, düyünlərə üfürən-qadınların şərrindən, və həsəd etdiyi zaman, həsəd aparanın şərrindən.” (Fələq surəsi, 1-5) ayələri ilə qısqanc adamların şərrindən çəkinməyə diqqət çəkmişdir. Cahiliyyə cəmiyyətlərində bəzi qadınlar bu əxlaqı tez-tez yaşayırlar. Bu da onların şübhəli hərəkətlər etmələrinə, küsəyənliyə və bitib-tükənməyən mübahisələr yaşamalarına səbəb olur. Bu həyat tərzi isə onları bədbəxtliyə aparır. Qısqanclıqları ucbatından həm özlərinə, həm ətrafdakılara, həm də sevdikləri insanlara maddi-mənəvi böyük zərər verirlər. İmanlı qadın isə bu xüsusiyyətin insanı həm dünyada, həm də axirətdə hörmətdən salacağını və böyük itkilərə səbəb olacağını bilərək nəfsinin bu xüsusiyyətlərindən çəkinir.
Cahiliyyə cəmiyyətlərində bəzi qadınların sahib olduğu pis xüsusiyyətlərdən biri də lağlağadır.
Allah, “Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın…”(Hucurat surəsi, 11) ayəsi ilə qadınlara bir-birinə lağ etməməyi, pis ləqəblər qoşaraq hörmətdən salmamağı tövsiyə etmişdir.
Cahiliyyə əxlaqına sahib olan qadınlar axirəti düşünmədikləri üçün lağ etməkdə, insanların qüsurlarını əyləncə mövzusuna çevirməkdə qəbahət görmürlər. Məsxərəni pis hərəkət olaraq deyil, bir növ “zarafat tərzi” olaraq qiymətləndirirlər. Bəzən də insanları məsxərəyə qoymaq qaş-göz işarələri, bəzi üz mimikaları, ya da əl hərəkətləriylə ifadə edilir. Bəzən də bu mimikaların əvəzini pıçıltıyla etdikləri danışıqlar alır.
İmanlı qadın isə bu və buna bənzər hərəkətlərin heç birini etmir. Bütün bunların Allah'ın razı olmayacağı, insanı hörmətdən salan, nəciblikdən uzaqlaşdıran və şəxsiyyətini zədələyən davranışlar olduğunu bilir. Quran əxlaqına tabe olmağın insanı daim ən üstün mövqeyə gətirəcəyini bilərək bu xarakterində qətiyyətli olur.
Bunlarla yanaşı Allah başqa bir ayədə də “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allah'dan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.”(Hucurat surəsi, 12) şəklində bildirərək «zənnə qapılmağın, qeybət etməyin, bir-birlərini güdməyin» səhv olduğunu xatırlatmışdır.
Müsəlman qadın bu mövzuda da diqqətlidir və daim bu davranışlardan çəkinir. Quran əxlaqını yaşadığı üçün hər an səbirli və təmkinli olur. Məsələn: hirslənəcəyi vəziyyətlə qarşılaşdığında hirsini boğur. Ya da qarşısındakı insanların bir qüsurunu gördüyü zaman bununla əsla məsxərə etmir, əksinə ən gözəl şəkildə düzəltməyə çalışır. Bir başqasının özündən üstün olan bir xüsusiyyəti varsa, onu qısqanmaq əvəzinə gözəl tərzdə tərifləyir. Qarşılaşdığı hər münasibətə ən gözəl qarşılığı verməyə çalışır, Quran əxlaqına uyğun tərzdə hərəkət edir. Qarşısındakı insanlar ona qarşı xoş olmayan tərzdə cavablar versələr belə, o, yenə də təmkinli davranır, nəcib qadınlara məxsus davranış nümayiş etdirir.