Quran ayələrinə baxdıqda Allah`ın qadın və kişiyə eyni cür xitab etdiyini görürük. Allah Quranda bir adamın gənc, yaşlı, qadın ya da kişi olmasının deyil, səmimi ürəklə iman gətirməsinin vacib olduğunu bildirir. Allah Quran ayələrində qadı və kişiyə eyni xitab edərək hər ikisinin də eyni məsuliyyətlərə sahib olduqlarını xatırladır. Quranda bununla bağlı bir çox ayə var.
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)
Yuxarıdakı ayədə göründüyü kimi, səmimi iman gətirdiyi andan sonra insanın qadın ya da kişi olmasının heç bir əhəmiyyəti olmadığı, heç bir haqsızlığa məruz qalmadan mütləq Allah`ın rəhməti və cənnəti ilə qarşılıq görəcəyini xatırlatmışdır. Allah`ın qadın və kişiyə ortaq xitab etdiyi başqa bir ayə isə belədir:
Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar. (Mümin surəsi, 40)
Allah Quranda möminlərlə yanaşı, inkar edənlər haqqında məlumat verərkən də qadınlara və kişilərə eyni cür xitab edir. Allah inkar edən qadınlar ilə inkar edən kişilərin, münafiq qadınlar ilə münafiq kişilərin və müşrik qadınlar ilə müşrik kişilərin də qiyamət günündə eyni şəkildə qarşılıq görəcəyini, cinsiyyətlərinin heç bir əhəmiyyəti olmadığını bildirir. Bu ayələrdən bəziləri belədir:
Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik edirlər. Onlar Allah`ı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. (Tövbə surəsi, 67)
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Bu) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. (Tövbə surəsi, 68)
(Bu əmanət insana ona görə verildi) ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 73)
(Həm də ona görədir) ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allah`ın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. (Fəth surəsi, 6)