Həyatı öz təyin etdikləri qaydalarla yaşayan insanlar, nəfslərinin o andakı istəklərinə tabe olaraq asanlıqla bu qaydaları poza bilirlər. Həyatlarına istiqamət verən və şəxsiyyətlərində davamlı olaraq sabit qalmağı təmin edən, mütləq doğru olduğuna inandıqları yol göstəriciləri yoxdur. Buna görə xarakterləri zamanla dəyişə bilir. Rəftarlarında müəyyən bir sabitlikdən bəhs etmək mümkün olmur.
Ümumiyyətlə, bu şəxslərin rəftarlarındakı dəyişkənliyi təyin edən güc nəfsləridir. Allah Quranda nəfslərin eqoist ehtiraslara uyğun olaraq yaradıldığını bildirir. Əgər insan nəfsinin özünü istiqamətləndirməsinə icazə versə, bütün rəftarları bu eqoist ehtirasları istiqamətində formalaşacaq. Bu eqoist ehtiraslar isə sabit və təmkinli bir şəxsiyyət nümayiş etdirməsinə təsir edəcək. İnsan, nəfsinin təlqinləri nəticəsində bir anda hirslənəcək, romantikləşəcək, küsüb inciyəcək, qısqanclıq hissinə qapılacaq və bunlara bağlı olaraq da ani qərarlar verəcək. Buna görə də xarakteri ətrafındakı insanlar üçün həmişə bir sürpriz olacaq. Bir anı başqa bir anına uyğun gəlməyəcək. Hər an ruh halı, düşüncələri, duyğuları, qərarları və dünyagörüşü dəyişəcək. Belə bir insan isə əsassız və qeyri-sabit davranışlarıyla həmişə ətrafındakı insanlar üzərində narahatlıq və etibarsızlıq hissi oyandıracaq.
Bu şəxsiyyət quruluşuna, dindən uzaq yaşayan cəmiyyətlərdə görülən qadın xarakterində rast gəlmək mümkündür. Quran əxlaqının qazandırdığı dünyagörüşündən uzaq olduqları üçün, bu şəxslər qadın xarakterinə yaraşdırılan romantikliyi tamamilə qəbul edir və bu rəftarın bütün həyatlarını istiqamətləndirməsinə icazə verirlər. Bu da onları ağıldan uzaqlaşdırır və bəzi qeyri-sabit münasibətlər içərisinə sürükləyir.
Müsəlman qadının rəhbəri isə Qurandır. Allah Quranda nəfsin adamı daim pisliyə çağıracağı və şeytanın da insanı əsassızlığa, ağılsız hərəkət etməyə və istəklərinin, ehtiraslarının tələb etdiyi şəkildə hərəkət etməyə məcbur edəcəyi mövzusunda insanları xəbərdar etmişdir. Bütün bunlara qarşı, özünə Quranı rəhbər edən, vicdanının səsiylə hərəkət edən insanların isə ideal bir şəxsiyyət qazanacaqlarını, həm dünyada, həm axirətdə üstün mövqeyə gələcəklərini xatırlatmışdır.
Müsəlman qadın Allahın göstərdiyi yola tabe olduğundan bu güclü və üstün şəxsiyyəti qazanmışdır. Rəhbəri Quran olduğu üçün hadisələr qarşında göstərəcəyi münasibətlər, verəcəyi reaksiyalar həmişə İslam əxlaqına görə olar. Bu da ona təmkinli və sabit bir şəxsiyyət qazandırar. Necə hərəkət edəcəyi, hadisələri hansı dünyagörüşüylə, necə bir məntiqlə qiymətləndirəcəyi ətrafındakılar üçün heç bir zaman sürpriz olmaz. Ağlı, vicdanı, rəftarları, danışıqları həmişə Quran əxlaqının gətirdiyi sabitliyi əks etdirər. Buna görə də etibarlı bir xarakterə malikdir. Əxlaqındakı və şəxsiyyətindəki bu sabitliyə görə, cahiliyyə cəmiyyətlərində ön plana çıxan qadın xarakterindən çox uzaq bir xarakter nümayiş etdirər.