Müsəlman qadının üstün şəxsiyyəti
ucgen

Müsəlman qadının üstün şəxsiyyəti

2529

Səmimiyyət insanın daxili ilə xaricinin eyni olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, çox səmimi və dəqiq olmasıdır. Səmimi insanın bütün hərəkətləri təbiidir və bu təbiilik də insanlar üzərində dərin və müsbət təsir meydana gətirir. Ancaq insanların çoxu səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Buna görə də, ancaq səmimiyyətlə qazanılan bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. Bəzi insanlar qarşılarındakı şəxslərə təsir etmək üçün süniliyə can atırlar. İnsanın ən çox hansı hərəkətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünür və istəmədikləri, ya da o cür düşünmədikləri halda, qarşı tərəfi razı etmək üçün o şəkildə görünməyə çalışırlar. Ya da çəkinmədən bir-birlərinə yalan danışıb aldadır, bir insan haqqındakı mənfi qənaətlərini gizlədir və ondan soruşduqda tam tərsinə məlumat verirlər.

Müsəlman qadın isə ürəyindəki Allah qorxusundan bu cür hərəkətlərdən çəkinir. Heç vaxt kiçik mənfəətlər uğrunda insanların məmnuniyyətini qazanmağa çalışmır. Bütün bunların insanı həm Allah Qatında, həm də insanların gözündə hörmətdən salan sadə hərəkətlər olduğunu bilir və heç vaxt bu cür hərəkətlər etmir. Məqsədi həyatının hər anında Allah'ın razılığını qazanmağı ümid etdiyi xarakterə sahib olmaqdır. Müsəlman qadın Allah'ın bəyəndiyi əxlaqın ancaq səmimiyyətlə yaşanacağını  bilir. Allah'ın “…Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.” (Şura surəsi, 24) ayəsi ilə bildirdiyi kimi insanların ürəklərində gizlətdiklərini bildiyinin də şüurundadır.


PAYLAŞIN
logo
logo
logo
logo
logo