Cahillik əxlaqının yaşandığı cəmiyyətlərdə kübar cəmiyyət olaraq xatırlanan qrup daxilində yaranan qadın xarakterinin, "evdar qadın xarakteri"ndən təməldə elə də bir fərqi yoxdur. Xarakter xüsusiyyətləri və vərdişləri bir-birinə çox bənzəyir. Ancaq kübar cəmiyyət mühitindəki şərtlərin və imkanların orta səviyyəli bir evdar qadından daha fərqli olması, özü ilə bərabər fərqli vərdişlər də gətirir.
Bu kəslər yaşadıqları ətraf mühitlə ayaqlaşmaq narahatlığına qapılmışlar. Bu səbəblə də öz istəklərinə, zövqlərinə ya da vərdişlərinə deyil, daha çox ətraflarındakı insanların, yəni varlı cəmiyyətin onlardan gözlədiklərinə görə hərəkət edirlər. Varlı cəmiyyətin böyük bir hissəsinin onlardan gözlədikləri isə pul və özünü göstərmək üzərinə qurulmuşdur. Bu səbəblə də bu həyat tərzini mənimsəyən qadınlar günlərini əvvəlcə cəmiyyətdə, o günlərdə dəbdə olan fəaliyyətlərin gedişatını izləmək və mümkün qədər bu həyatla ayaqlaşmağa çalışaraq keçirirlər. Məsələn, hər kəsin getdiyi istirahət yerlərinə getmək, keyfiyyətli dərzilərə paltar tikdirmək, kübar cəmiyyətin qadın bərbərlərində, ya da solarium mərkəzlərində dedi-qodu etmək, lüks restoranlarda görüşüb nahar yeməyi yemək, bahalı mağazalardan, ya da xarici ölkələrdən nə isə almaq, ən əhəmiyyətlisi də bütün bunlarla bir-birlərinə göstəriş etmək, kübar cəmiyyət qadınlarının böyük bir qisminin dünyasını yekunlaşdırmaq üçün kifayətdir.
Kənardan baxıldığında çox gözəl bir həyatları varmış kimi görünsə də, əslində onların həyatı da ən azı bəzi evdar qadınlarınkı qədər dəyişməz və çətinliklərlə doludur. Hər gün günortaya qədər yatdıqdan sonra gündəlik qəzetlərin maqazin səhifələrinə və kübar cəmiyyət xəbərlərinin yer aldığı maqazin jurnallarına bir göz gəzdirir və sonra da gündəlik proqramlarını yerinə yetirməyə başlayırlar. Gün ərzində axşam gedəcəkləri dəvətdə nə geyinəcəklərinin hazırlığını görər, bərbərə gedər sonra da gecə gec saatlara qədər bu dəvətlərdə vaxt keçirərlər. Burada keçirdikləri vaxt da, süni olaraq göstərdikləri maraqla, süni gülüşlərlə, bir-birlərinə göstəriş etməklə keçən çətinlik və əzab dolu bir vaxtdır. Ertəsi gün isə gecə həyatının verdiyi yorğunluq və fiziki düşkünlükdən ötrü adətən görülən pis bir yuxudan sonra baş ağrısıyla oyanırlar.
Onların gündəlik həyatlarında, evdar qadınların etməli olduğu ev təmizliyi, uşaq baxımı kimi mövzular daha az yer tutur. Ümumiyyətlə bu cür məsuliyyətləri evlərində işləyən xidmətçilərin öhdəsinə buraxar, özləri bu cür işlərə əhəmiyyət verməzlər. Ancaq boyunlarına heç bir məsuliyyət götürməmələri, yaşadıqları məsuliyyətsiz xarakterin daha da güclənməsinə səbəb olar. Həyatlarında əldə etmək istədikləri hər şeyin qarşılarına hazır olaraq gəlməsi, uşaqlarının, evlərinin başqaları tərəfindən idarə olunması və özlərindən "modabaz" olmalarından başqa bir şey gözlənilməməsi onları çox qısa bir müddət ərzində narazılıqlara və böyük bir boşluğa aparar. Əldə etmək istədikləri bir şeyə sahib olan kimi, bu mövzudakı istəklərini və şövqlərini itirərlər. Bundan sonar da dərhal yeni bir şeyə aludə olar, onun arxasınca qaçmağa başlayarlar. Maddi mənada istədikləri bir çox şeyə sahib olarlar, ancaq heç vaxt mənəvi cəhətdən dinc ola bilməzlər. Nə ailə həyatlarında, nə də dostluqlarında sədaqət, etibarlılıq, sevgi, hörmət kimi xüsusiyyətləri tapa bilməzlər.
Göründüyü kimi həlli bu xarakterdə axtaran kəslər də əslində yenə narazılıq və narahatlıq içərisindədirlər. Dünya həyatının bütün imkanlarından istifadə etdikləri halda xoşbəxt ola bilməzlər. Varlı insanların müəyyən bir qismində yaşanan degenerasiyanın təsiri bütün həyatlarına öz əksini tapar. Belə bir həyatda adətən yalançılıq, saxtakarlıq, sadəlik kimi hər cür əxlaqsızlıq olduqca normal qarşılanar. Bu pis əxlaqı yaşayan insanların əxlaq pozuqluqları dönüb özlərinə zərər verəcək hala gələr. Özləri dedi-qodu edərlər, amma başqaları da onların arxasınca danışar. Şəxsi həyatları haqqındakı hər cür detal, hətta bəzən də əsassız böhtanlar asanlıqla ətrafa yayılır. Yaxın dostlarına verdikləri bir sirr ertəsi gün maqazin jurnallarında başlıq olar. Onlar başqalarına süni bir sevgi və saxta bir dostluq anlayışı ilə yaxınlaşarlar. Amma özləri də eyni şəkildə qarşılıq görərlər. Heç vaxt həqiqi, səmimi bir dostları olmaz. Heç kəsdən səmimi düşüncələrini əks etdirən səmimi söhbətlər eşitməzlər. Edilən hər tərif, deyilən hər söz süniliyə əsaslanır. Nə dostluqlarında, nə də ailə həyatlarında əsla sədaqəti yaşaya bilməzlər. Ərləri də daxil olmaqla heç kimə güvənə bilməzlər. Seçdikləri bu həyat tərzi də digər cahiliyyə xarakterləri kimi din əxlaqından uzaq sistemin bir məhsuludur. Bu səbəblə də mütləq çıxılmaz bir vəziyyətdədirlər. Ancaq bütün həyatları boyu yaşadıqları problem dolu mühitə baxmayaraq, xoşbəxtliyi yenə də dində, gözəl əxlaqı yaşamaqda axtarmazlar. Eyni çürük sistem içində çıxış yolları tapmağa çalışarlar, amma bunda müvəffəqiyyətli ola bilməzlər, get-gedə daha da çıxılmaz vəziyyətə düşərlər.
Məhz bütün bunlar bəhsi keçən insanların Qurandan üz çevirmələrindən ötrüdür. Yaradanımız olan Uca Allahın əmr etdiyi şəkildə yaşamadıqları üçün əsla dinclik tapacaq bir mühit əldə edə bilməzlər. Allahı zikr etmədikləri üçün, "...Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar" (Rad surəsi, 28) ayəsinin işarəsiylə qəlbləri heç vaxt rahatlıq tapa bilməz, yaşadıqları sıxıntı və narahatlıqdan xilas ola bilməzlər. Yaradılış məqsədlərinə uyğun bir həyat seçmədikləri üçün bu vəziyyətə düşüblər. Əgər onlar Allahın bəyəndiyi həyatı və yenə Onun əmr etdiyi əxlaqı yaşasalar, şübhəsiz ki, gözəl bir həyatla qarşılıq görəcəklər. Ayələrdə Allahın bu vədi belə bildirilmişdir:
Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Aydındır ki, Allahın əmr etdiyi əxlaqı yaşayan və saleh möminlərlə dostluq edən bir insan bu cür etibarsız bir mühitdə yaşamaq məcburiyyətində qalmaz. Mütləq etibarlı, sadiq, dürüst və səmimi insanlardan ibarət olan birliklər cahil sistemdə olan etibarsızlıqların və qorxuların heç birini hiss etməz. Çünki Quran əxlaqının hakim olduğu bir mühitdə hər mömin mütləq gözəl əxlaq göstərməyə cəhd göstərər və yenə gözəl bir qarşılıq görər:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq (Nəhl surəsi, 97)