Cahil cəmiyyətlərin atalardan miras qalan və hələ də tətbiq edilən xarakterlərindən ən əsası "evdar qadın xarakteri" dir. Bu xarakter demək olar ki, cəmiyyətin bütün üzvlərinə çox yaxşı məlumdur və hansı mədəniyyətə daxil olmağından asılı olmayaraq, dünyanın hər yerində qadınların böyük əksəriyyəti tərəfindən tətbiq olunur.
Bu xarakter hər qızın uşaqlıq illərindən etibarən etməyə çalışdığı və bir gün mütləq yaşamaq istədiyi modeldir. Onlara bu mövzuda ən yaxın olan anaları nümunə göstərilir.
Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində yetkin qadının necə davrandığı, həyatını hansı ideallar üzərində quracağı və ya günlərini necə keçirəcəyi mövzusunda uşaqların ağıllarında yavaş-yavaş bir model yaranmağa başlayır. Yaxşı ailə qurmaq, gözəl ev sahibi olub sağlam uşaqlar dünyaya gətirmək, bir tərəfdən qohum və yoldaş ziyarətləri, yalnız qadınların olduqları çay yığıncaqları, bir tərəfdən uşaqların böyüdülməsi, alver, ev təmizliyi və bu kimi işlər bu modelin əsas xarakterini meydana gətirir. Hələ dünyadan xəbəri olmayan və çox şey bilməyən uşaqlar bütün bunların bir qadın üçün ən ideal həyat olduğunu düşünürlər. Heç bir sorğu-sualsız gələcəkdə mütləq bu həyatı yaşayacaqlarına qərar verirlər və bu qərarlarını da tətbiq edirlər.
Bir insanın evi ilə məşğul olması əlbəttə ki, pis, ya da qınanılacaq davranış deyil. Ancaq insanın bütün dünyasının yalnız dörd divarla məhdudlaşması və ideallarının, zövqlərinin, vərdişlərinin, problemlərinin və dünya görüşünün də yenə eyni dörd divar arasında olması və Quranda bildirilən həyatının həqiqi məqsədini unutması yanlışdır. Belə ki, bu insanlar yaşadıqları məkan ilə birlikdə düşüncələrini də məhdudlaşdırır və kiçik dünyada yaşamağa başlayırlar. Kiçik hədəfləri, məqsədləri, ümidləri, hesabları olur. Quranda təsvir edilən, Allah’a qarşı qulluq vəzifəsini ən yaxşı tərzdə yerinə yetirən, Allah’ın razılığını qazanacağı ümid edilən rəftar və davranışların ən çoxunu etməyi hədəfləyən, hər dəfə Allah’a yönələn, axirət yurdunu xatırlayan möminlərdən tamamilə uzaq xarakterə sahib olurlar. Cahil cəmiyyətlərdəki evdar qadın modelində hər şeydən vacib olan, özləri, ailələri, uşaqları və gələcəyə aid planlarıdır. Orta gəlirli ailədə bu planlar mənzil kirayəsi ödəməkdən xilas olub ev sahibi olmaq, işıq, su pulunu, ya da uşaqlarının məktəb xərclərini ödəyə bilmək, hətta bir gün avtomobil sahibi olmaq və ya evin əşyalarını yeniləmək ola bilər. Ancaq yaxşı şəraiti olan evdar qadının idealları da demək olar ki, bu qədər məhduddur. Bu insanların planları da yenə evləri, ailələri və ya uşaqlarıdır. Dostları arasında evinin gözəlliyi ilə, uşaqlarının hansı kolleclərdə oxuduqları ilə, ya da həyat yoldaşlarının özlərinə aldığı avtomobillə uğur qazanmaq bu insanların həyatlarına məna qatan ən vacib mövzulardır. Burada saydığımız nümunələr əlbəttə ki, insan həyatı üçün çox vacib olan işlərdir, ancaq cahil qadınların səhvi saydığımız bu bir neçə kiçik zövqlərdən başqa yüksək ideallarının olmamasıdır.
Əgər yaşadıqları bu həyatı böyük ideallar üzərində qursaydılar, hətta eyni şəraitdə olsalar belə, bu xarakterlə məhdudlaşmazdılar. Bunun ən gözəl nümunələrini mömin qadınlarda görmək mümkündür.Allah’a iman gətirən insanın, qadın və ya kişi olmasından asılı olmayaraq, dünyagörüşü geniş, idealları böyükdür. Mömin xarakterli qadın yalnız evinin, ailəsinin, ya da qohumlarının deyil, bütün dünyanın məsuliyyətini boynuna götürmüşdür. Lazım olanda o da dörd divar arasında otura bilər, ev işlərini görüb dost yığıncaqları təşkil edə bilər, amma düşüncələrini, hədəflərini, ya da məsuliyyətlərini əsla bu məkan ilə məhdudlaşdırmaz. Kiçik hədəflərin arxasından qaçan kiçik insan olmağı qətiyyən özünə yaraşdırmaz və qəbul etməz. Oturduğu yerdən dünyanın bütün problemlərinə fikirləşərək həll yolları axtarar və ən əhəmiyyətlisi də bütün bunlardan faydalı nəticələr əldə edər.
Cəmiyyətin özü üçün təyin etdiyi modeli qəbul edib özünü inkişaf etdirməyən cahil evdar qadın, həyatını özü üçün təyin olunan sərhədlər daxilində yaşayır. Bunun ən vacib səbəblərindən biri dünyanın yaşanılacaq tək yer olduğunu düşünməsi, axirətin və Allah’a hesab verəcəyi günün yaxınlaşdığına etinasız yanaşmasıdır. Əlbəttə ki, ölümdən sonrasını düşünməyən insanın bütün həyatı da bu qısa dünya həyatına aid mənfəətlər əldə etmə səyi içində keçir. Belə insan ətrafındakı insanların təyin etdiyi qaydaları pozmadan yaşamağa çalışır. Allah’ın razılığını deyil, ətrafındakı yüzlərlə insanın razılığını axtarır. Məhz bunun nəticəsi də cahil cəmiyyətin sadə həyat tərzidir. Bu həyat tərzinin təməl prinsipləri isə müəyyən olunmuş qaydalardan ibarətdir.