Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Şəhərdəki (bəzi) qadınlar: "Əziz (Vəzir)in arvadı öz xidmətçisini yoldan çıxartmağa çalışırmış. Belə ki, sevgi onun qəlbinə sinmişdir. Doğrusu, Biz, onu açıqca azğınlıq içində görürük" dedi". Qadınlar belə şeyləri əsla qaçırmazlar. "Əzizin arvadı öz xidmətçisini yoldan çıxartmaq istəyirmiş. Belə ki, sevgi onun qəlbinə sinmişdir". Bax, hekayə kimi izah edir, bu, o dövrün maqazinidir. "Doğrusu, Biz, onu açıqca azğınlıq içində görürük". Bax onu cinsi pozğunluqla, yəni hiperseksual, çox istəkli olmaqla günahlandırır, lakin bəlli ki, onları həyəcanlandırmışdır. Yəni, yoxsa sənə nə dəxli var? Elin, belə bir şeyi vardırsa, bu səni heç maraqlandırmamalıdır, həmsöhbət də olmamalısan. Bu qədər dərdinə düşməyin normaldırmı? Deməli, sənin də şüur altında belə bir istək var, onun gərəyi olaraq bunu söyləyirsən. Bəzi hadisələrdə bu belədir.