Müsəlman qadın romantik xarakterə sahib olmaz
ucgen

Müsəlman qadın romantik xarakterə sahib olmaz

1251

Romantizm din əxlaqının mövcud olmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta romantizmin əslində hər insanın xarakterində az-çox olması lazım olan vacib xüsusiyyət olduğuna inanırlar. Bu düşüncəyə görə romantizmin səbəb olduğu davranışlar yaşanması lazım olan insani duyğulardır. Bu səbəbdən romantizmdən irəli gələn «incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik» kimi doğru olmayan xüsusiyyətlərin «insanın içindən gələn duyğular» olduğunu iddia edərək daima buna təşviq edirlər.
 
Halbuki bu düşüncə tamamilə yanlışdır. Xüsusilə də cahiliyyə cəmiyyətlərində yaşanılan qadın xarakterində görünən romantizm, insanın zəif xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün məntiqli və doğru düşünə bilmir, düzgün qərarlar qəbul edə bilməyəcək hala gəlir.
 
Müsəlman qadın bütün həyatını və xarakterini Qurana görə təyin etdiyi üçün nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmalı olduğu haqqında ən doğru məlumatlara malikdir. Romantizmin insanın ağlını aradan qaldırdığını, doğru düşünməsinə, həqiqətləri olduğu kimi görməsinə maneə olduğunu, insanı zəif, müqavimətsiz və gücsüz vəziyyətə gətirdiyini bilir. Bundan başqa cahiliyyə əxlaqının səbəb olduğu qadın xarakterinə uyğun olan duyğulanmaq, kədərlənmək, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi davranışların imana yiyələnmiş insanın xarakteri ilə üst-üstə düşməyən xüsusiyyətlər olduğunun da fərqindədir. Çünki bütün bu davranışlar Allah’ın bəyənmədiyi və uzaqlaşmalı olduğu davranışlardır. Bu mənfi davranışların hər biri insanın bəzi inanc pozuqluqlarından və bəzi həqiqətlərin kifayət qədər fərqində olmamasından qaynaqlanır. Asanlıqla qəmlənən, ağlayan, nəfsinə məğlub olan, qısqanclıq edən, durğunlaşıb səssizləşən, içinə qapanan insanlar Allah'ın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə  bu dünyagörüşündəki səhvlərdən və inanc pozuqluqlarından qaynaqlanır.
 
Allah'a qəlbən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allah'ın nəzarətində olduğunu bilərək hər şeyi xeyir gözü ilə qiymətləndirmək insanın duyğularına qapılıb mənfi münasibət  göstərməsinə mane olur. Müsəlman qadın Allah'a olan güclü sevgisi və qorxusundan romantikliyin səbəb olduğu bütün yanlış davranışlardan çox çəkinir.
 

“Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”(Furqan surəsi, 74)

 
Müsəlman qadın Allah'ın ayədə də bildirdiyi gözəl əxlaqı ilə insanlara nümunə olmağı qarşısına hədəf qoyan insandır. Bu da ona hər hansı bir hadisə qarşısında aciz qalmayan, güclü şəxsiyyət qazandırır.
 
Mömin qadınlar xüsusilə qadın əxlaqında geniş şəkildə görünən bu davranışlardan çəkinib güclü xarakter göstərməyin bu xarakteri mənimsəyən qadınlar üçün gözəl nümunə olacağını bilir, bu şüur və məsuliyyətlə hərəkət edirlər.
 

“...Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.”(Həşr surəsi, 9)

 
Allah'ın ayədə bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, rahatlığa qovuşar və xoşbəxtliyi ən gözəl şəkildə yaşayarlar. Romantizmin insanlara çəkdirdiyi bütün çətinliklərdən, kədərlərdən uzaq olarlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr