Faşistlərin qadınlara olan bu münasibətlərinin mənşəyi yenə də digər bir çox mövzuda olduğu kimi Darvinizmdir. Faşistlər Darvinin yalnız irqlər arasındakı bərabərsizlik fikrini götürməyib bununla yanaşı kişilərin qadınlardan üstün olduğu cəhətdən fikirlərini də mənimsəmişlər.
Darvin “Descent of Man” adlı kitabında qadınların idrak etmə, sürətli anlayışa və təqlid mövzusunda “daha aşağı irqlərin xüsusiyyətlərini daşıdıqlarını və bu səbəblə daha sadə və aşağı mədəniyyət səviyyəsinə sahib olduqlarını” yazmışdı.
(John R. Durant, ‘‘The Ascent of Nature en Darwin's Descent of Man'' en The Darwinian Heritage, Et. By David Kohn, Princeton, NJ: Princeton University Press, 1985, s. 295 )
Darvinin fikrinə görə təkamül, bir cinsin üzvlərinin -xüsusilə də kişilərin- digər cinsi hakimiyyətləri altına almaq üçün mübarizə etməkləri demək idi.
(Charles Darvin, The Origin of Species by Means of Natural Selection , New York: D. Appleton and Company, 1859 (1897 nəşr), s. 108)
Bundan başqa Darvinə görə qadınların bəzi xüsusiyyətləri aşağı irqlərin xüsusiyyətləri olduğundan qadınlar kişilərə görə daha aşağı mədəniyyət səviyyəsinə sahib idilər.
(Charles Darvin, The Descent of Man and Selection en Relation to Sex, New York: D. Appleton and Company, 1896, s. 563-564)
Darvinə görə kişilər bədən və ağıl olaraq qadınlardan üstün olmaqla yanaşı, eyni zamanda seleksiya gücünü qazanmışdılar. Təkamül kişilərin əlində idi və qadınlar olduqca passiv idilər. Nəticə olaraq qadınlar daha az inkişaf etmişdilər və daha primitiv idilər, buna görə qadınların ən böyük zəiflikləri olan instinktləri və duyğuları üstünlük təşkil edirdi.
(Stephanie A. Shields, ‘‘Functionalism, Darwinism, and the Psychology of Women; A Study en Social Myth.'' American Psychologist 30, nömrə. 1 (1975): 742)
Darvin ömrü boyu təkamül üçün əhəmiyyətli olduğuna inandığı kişi üstünlüyü fikirini davam etdirdi. Bu mövzuyla əlaqədar olaraq əmisi oğlu Francis Galtonun nəzəriyyələriylə əlaqədar bunları söyləmişdi:
“... İki cinsin zehni bacarıqlarındakı əsas fərq, həm dərin düşüncə, sağlam fikir, həm xəyal gücü, həm də hisslər və əl əməyi tələb edən işlərdə kişinin qadından daha yüksək mövqeyə çatmasıdır. Şeir, şəkil, xarratlıq, musiqi, (həm bəstə, həm səsləndirmə), tarix, elm və fəlsəfədə ən məşhur kişilərin və qadınların adları yazılan siyahı çıxarılsa bu siyahılar müqayisə belə oluna bilməz. CənabGaltonun Hereditary Genius adlı əsərində çox gözəl izah etdiyi yuvarlaq hesablardansapma qanunundan, kişilər bir çox mövzuda qadınlardan tam olaraq üstündürsə, kişidəki zehni gücün orta hesabla qadınınkından yüksək olması lazım olduğu nəticəsini də çıxara bilərik.”
(Charles Darvin, Seksual Seçmə, Qürur nəşrləri, Aprel 1977, Birinci Nəşr, Tərcümə edən: ÖnərÜnalan,s. 465)
Darvinin bu fikirləri əslində onun qadınlara qarşı fərdi yanaşmasından da aydın olurdu. Darvin qadının evlilikdəki rolunu belə təsvir edirdi: "Davamlı yoldaşlıq (yaşlılıqda belə davam edən yoldaşlıq), sizinlə maraqlanacaq biri ‘itdən daha yaxşı əyləndirə bilən- ev və evin məsuliyyətlərini üzərinə götürəcək biri'"
(Charles Darvin, The Autobiography of Charles Darvin 1809-1882 (Et. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, s. 232-233)
Göründüyü kimi Darvin ailə təşkilatına və qadınlara tam materialist gözlə baxırdı. Bu dünyagörüşündə sevgidən, hörmətdən, bağlılıqdan, şəfqət və mərhəmətdən əsər-əlamət yox idi.
Geneva Universitetində təbiət tarixi professoru olan təkamülçü və materialist Carl Vogt da qadınlara qarşı açaldıcı fikirlər bəsləyirdi. Vogt belə yazmışdı: "İnsan dişiləri kişilərdən çox aşağı, heyvan növlərinə daha yaxındır. Bu səbəblə əgər standart olaraq özümüzə bir qadını almalı olsaydıq, daha çox meymun bənzəri xüsusiyyətə rast gələrdik."
Darvini izləyən bir çox təkamülçülər qadınların bioloji və zehni cəhətdən kişilərdən daha aşağı olduğunu iddia etməyi davam etdirdilər. Hətta bəzi təkamülçülər kişiləri və qadınları iki fərqli psixoloji növ olaraq təsnif etmişdilər: Kişilər homo frontalis, qadınlar homo parietalis idi.
(Rosaleen Love, "Darwinism and Feminism: The 'Women Quesfion' en the Lifə and Work of Olive Schreinr and Charlotte Perkins Gilman" en David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 113-131. )
Təkamülçü Morgan, Darvinin kişiləri, qadınların nə üçün açıq-aşkar alçaq və daha alt təbəqə olduqlarının səbəblərini araşdırmağa motivasiya etdiyini ifadə etmişdi.
(EIaine Morgan, The Descent of Woman, New York: Stein and Day, 1972, s. 1)
Paris Tibb Fakültəsinin təkamülçü fiziki Paul Broca isə (1824-1880) xüsusi olaraq kişi və qadının ağıl və beyin həcmlərinin ölçüləriylə maraqlanmışdı. Qadın beyninin həcminin kiçik olmağını onun ağıl cəhətdən aşağı olmasına bağlamışdı.
Darvinin davamçılarından təkamülçü psixoloq Gustave Le Bon isə (1841-1931) belə yazmışdı:
Qadınların beyinləri kişilərdən çox qorillaların beyinlərinə yaxındır.Qadınların aşağı irq olmaları o qədər nəzərə çarpır ki, heç kim doğruluğu haqqında bir an belə mübahisə etmir; yalnız dərəcəsi mübahisəyə dəyər... Qadınlar insan təkamülünün ən aşağı formasını təmsil edirlər ,yetkinlərdən və mədəni kişilərdən daha çox uşaqlara və vəhşilərə daha yaxındırlar. Vəfasızlıqda, qərarsızlıqda, düşüncə,səbəb, məntiq çatışmamazlığında üstündürlər. Heç şübhəsiz orta hesabla bir kişidən daha üstün olan qadınlar mövcuddur, amma bunlar doğuşdan çirkin olan istisna şeylərdirlər. Məsələn: iki başlı bir qorilla kimi; nəticə olaraq onları tamamilə gözardı edə bilərik"
(Stephen Jay Gould, The Mismeasure of Man, New York: W. W. Norton & Company, 1981,s.104,105)
Budur, faşizmin qadınları alçaq hesab etməsinin və alçaltmasının təməlində Darvinizmin eyni istiqamətdəki, guya elmi təlqinləri yatmaqdadır. Mussolininin qadınların ictimai haqqlarını əllərindən almağı, Hitlerin üstün irqi çoxaltmaq üçün "artırma fermaları" quraraq, gənc qızları bu fermalarda SS zabitləriylə birlikdə olmağa məcbur etməyi faşistlərin qadınlara qarşı olan münasibətlərinin əksidir. Darvinistlər də, faşistlər də qadın düşmənidirlər. Qadınları alçaq və geridəqalmış növ olaraq görür, alçaldır, onlara qarşı ayrı-seçkilik edir və təzyiq göstərirlər.
Faşistlərin bu davranışları da Quran əxlaqı ilə tamamilə ziddir. Allah, Quranda qadınlara qarşı şəfqətli olmağı, hörmət etməyi və onları qorumağı əmr etmişdir. Bununla yanaşı Hz. Məryəm və Fironun arvadı kimi üstün əxlaqa sahib olan qadınları insanlara nümunə göstərmişdir. Allah qatında üstünlük insanların irqlərinə, cinsiyyətlərinə və ya mövqelərinə görə deyil, Allaha olan yaxınlıq və iman güclərinə görədir. Allah Quranın bir çox ayəsində bütün iman edənlərin, qadın-kişi ayrıseçkiliyi olmadan etdiklərinin qarşılığını alacaqlarını belə xəbər vermişdir:
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa Surəsi, 124)
Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!) (Nəhl Surəsi, 97)
Təəssüf k,i dinin əmrləri unudulmuş və bu həqiqətlərin yerinə hər cür irq və cinsiyyət ayrıseçkiliyini qanuni görən faşizm, Darvinizm kimi xurafatlar yayılmışdır.