Cahil cəmiyyətlərdə adı hələ qoyulmamış, amma səssizcə bütün insanlara yol göstərən bir güc vardır. Bu cəmiyyətlərdə yaşayan insanların bir çoxu anadan olduğu andan etibarən özünü bu yol göstərənə təslim edir və bütün həyatını onun qoyduğu qaydalara uyğun yaşayır. Bu güc cahil cəmiyyətlərdə yaşayan insanlara elə hakimdir ki, çox vaxt insanlar öz istəklərinə və gələcək planlarına uyğun gəlməsə də, yenə də onun qaydalarını pozmur və hər nə olursa olsun, ona qarşı sədaqətli olurlar.
Bəs cahil insanları öz təsiri altında saxlayan bu güc nədir? Bu, əvvəldə də bildirildiyi kimi, adı hələ qoyulmamış, amma cahil insanların öz aralarında "ənənə" adlandırdıqları qaydalardan ibarətdir. Bu qaydaları kimin qoyduğu, bunların doğru vəəsaslı olub olmadığı isə məlum deyil. Heç kim qısa müddətdə nə bu qaydaları sorğulamağa, nə də dəyişdirməyə cəsarət edə bilər. Bunu etmək istəyənə də yaxşı baxmazlar və çox vaxt da qaydaları və nizamı pozduğu düşünülən bu insanlara qarşı rəftarlarını dəyişərlər.
Möhkəm bağlandıqları bu qaydaların yanlış ola biləcəyi onlara izah edildikdə isə bütün bunların özlərinə əvvəlki nəsillərdən miras qaldığı, buna görə də imtina edə bilmədikləri cavabını verirlər. Nəyi nəyə görə etdiklərini soruşmaq isə onlara görə lazımsızdır, çünki onlar əvvəlki nəsillərdən elə görüblər. Cahil cəmiyyətlərin bu əsassız dünyagörüşünü ifadə edən ayələrdən biri belədir:
Onlara: "Allah’ın nazil etdiyinə tabe olun!" – deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!" – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)
Cahil cəmiyyətlərdə hər insanın xarakteri və həyat tərzi bu köhnə ənənələr tərəfindən əvvəlcədən təyin olunmuşdur. Məsələn, uşaq daha yetkin bir xarakterə sahib olsa da, uşaq kimi davranmalıdır. Ondan gözlənilən davranışlar, danışıq tərzi, gündəlik həyat tərzi məlumdur. Bunların əksi olan davranışlar isə doğru qəbul olunmur "Qadın xarakteri"də həmçinin qadınlar üçün cəmiyyət tərəfindən seçilib bəyənilən xüsusiyyətlərdən ibarətdir.
Cahil cəmiyyətlərdəki qadınlar isə bunları qəbul etmiş və bu əsas xarakterlerdən imtina edərək öz xarakterlərini inkişaf etdirə bilməmişlər. Halbuki, cahillərin müəyyən etdiyi qadın xarakterləri əvvəldən sona qədər yanlışlarla doludur. Bu yanlışlardan ən vacibi şübhəsiz ki, qadının fiziki olaraq kişilərdən gücsüz olması, xarakter olaraq da zəif olması kimi inanclardır. Qız uşaqlarını hələ çox kiçik yaşlardan başlayaraq bu təlqinlərlə böyüdürlər. Özlərinə uyğun hesab etdiyi xarakteri sorğu-sualsız qəbul edən cahil qadınlar da bu təlqinlərin təsiri ilə zəif bir şəxsiyyətə sahib olurlar. Özlərini əsla bir kişi kimi güclü və dözümlü ola bilməyəcəklərinə inandırırlar. Heç vaxt sığınılan, müdafiə edən, qoruyan, mövqeyində olmağı düşünmür, hələ uşaq dövrlərindən etibarən özlərini hər zaman müdafiə edilən, qorunulan bir şəxsiyyət kimi göstərirlər.
Bu zəif xarakterin səbəb olduğu duyğusallıq, ağlama, küsmə kimi Quran əxlaqından uzaq davranışlar normal hesab edilir. Bu xarakter cahil cəmiyyətlərdə olduqca təbii qarşılanır. Bəzi qadınlar şəxsiyyətin pis tərəflərini və öz həyatlarında səbəb olan itkiləri heç nəzərə almadan və bununla da özlərini bu istiqamətdə inkişaf etdirməyin lazım olduğunu düşünmədən özlərinə uyğun hesab edilən bu modeli mənimsəyirlər.
Cahil cəmiyyətin bu mürəkkəb sistemindən fərqli olaraq Quranda təsvir edilən yol isə ən sadə, ən asan və ən mükəmməl olandır. Əsl müsəlman üçün qadın, ya da kişi xarakteri kimi bir ayrı-seçkilik yoxdur. Qadın, qadın şəxsiyyətindən əvvəl müsəlman şəxsiyyətini daşıyır.
Xarakterini cinsiyyətinə görə deyil, Quranda Allah’ın bildirdiyi əxlaqa görə təyin edir. Quranda yalnız bir mömin xarakteri təsvir edilir. Qadın və ya kişi, hər insan, Allah’ın əmr etdiyi bu əxlaq və şəxsiyyəti yaşamaqla məsuliyyət daşıyır. Bu şüurla yaşayan müsəlman qadın da güclü, sabit və üstün xarakterə sahib olur.
Müsəlman qadının bu xarakteri ilə cahiliyyə ənənələri ilə inkişaf edən "qadın xarakterləri" müqayisə edildikdə, Quranda təsvir edilən əxlaqla böyüyən bu üstün şəxsiyyətin fərqi ortaya çıxır.