Sevimli Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v) ilk xanımı olan Hz. Xədicə (r.a), eyni zamanda, ilk müsəlman qadın olaraq üstün əxlaqı və imanı ilə hər zaman möminlərə nümunə olmuşdur. Qiymətli anamız ağılı, fərasəti, bəsirəti və hikməti ilə Quran əxlaqının yayılmasına böyük səy göstərmiş, Peyğəmbərimizin (s.ə.v.) ən böyük dəstəkçilərindən biri olmuş, təvəkkülü, cəsarəti, fədakarlığı ilə də bütün müsəlmanlara nümunə olmuşdur. Uca Allahın Quranda “... Doğrusu, Biz onlara Zikr gətirdik, ...”(Muminun surəsi, 71) ayəsi ilə bildirdiyi kimi, insanın sahib olduğu bütün xüsusiyyətlərinə məna qazandıran yeganə dəyər onun imanıdır. İnsanın şəxsiyyətini, xarakterini möhkəmlədən, əxlaqını gözəlləşdirəno adamın imanı, Allah qorxusu və təqvasıdır. Allahın izni ilə bu səmimi imanı yaşayan möminlərdən biri olan Hz. Xədicə (r.a) də hörmətə layiq, şərəfli və təmkinli bir xarakterə malikdir.
Peyğəmbərimiz, (s.ə.v.) ona vəhy gəldiyini ilk dəfə Hz. Xədicəyə(r.a) söyləmiş, o da ağılı, bəsirəti, Peyğəmbərimizə (s.ə.v.) olan tərəddüdsüz itaəti və etibarı ilə onun Allah tərəfindən seçildiyini anlamış və dərhal iman etmişdir. Uca Allaha və Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.v.) olan dərin hörmət və sevgisi ilə hər zaman Peyğəmbərimizi (s.ə.v.) dəstəkləmişdir. Allah Peyğəmbərimizə (s.ə.v.) elçiyə hörmət edilməsinin və onu müdafiə etməyin əhəmiyyəti ilə bağlı belə vəhy etmişdir:
“Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən (elçi) kimi göndərmişik.(Biz belə etdik) ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz.” (Fəth surəsi, 8-9)
Ərəblərin öndə gələn qövmü - Qureyşdənolan və Peyğəmbərimizlə (s.ə.v.) eyni soydan olan Hz. Xədicə (r.a) yaşadığı ərəb cəmiyyətinin cahiliyyə əxlaqını əks etdirən qaydalar içərisində bir çox çətin imtahanla qarşı-qarşıya qaldığı halda, çox güclü və dözümlü xarakter göstərmişdir. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq,dərin təvəkkül və təslimiyyətlə qürurunu və təmkinini qorumuş, bu xüsusiyyətləri ilə insanlar arasında seçilmişdir. Hz. Xədicə (r.a) anamızın şəxsiyyətində və şərəfli həyatında iman edən bütün qadınlar üçün gözəl nümunələr vardır.
Hz. Xədicənin (r.a) Allaha təslimiyyəti
Hz. Xədicə (r.a) Peyğəmbərimizə (s.ə.v.) peyğəmbərlik verildiyi zaman "Sənin Allahın Elçisi olduğuna şahidlik edirəm" demiş və müsəlmanlığı qəbul etmişdir. Ürəyində heç bir şübhəyə yer vermədən Allaha iman etmiş, imanındakı bu səmimiyyətini həyatının sonuna qədər davam etdirmişdir. Rəvayətlərə görə, hicrətdən üç yüz il əvvəl (620-ci il, aprelin 19-u) vəfat edən Hz. Xədicə (r.a) İslamın hələ hakimiyyət qazanıb güclənmədiyi bir dövrdə yaşamışdır. O dövrdə şəraitin çətinliyinə və Məkkəli müşriklərin hər cür əziyyətinə baxmayaraq, heç şübhə etmədən Allaha və Peyğəmbərimizə (s.ə.v.) olan təslimiyyəti davam etdirmişdir. Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v.) Uca Allahın son peyğəmbəri olduğuna dair inancını itirməyərək, nümunəvi mömin olmuşdur. Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən və əvfediciliyindən əmin olaraq, bu təvəkküllü rəftarını həyatının sonuna qədər qorumuşdur.
Hz. Xədicənin (r.a) çətinliklər qarşısındakı səbri
Hz. Xədicə (r.a) İslamiyyətin ilk günlərində -dünyada hələ üç müsəlmanın olduğu dövrdə Rəsulallah (s.ə.v.) və Hz. Əli (ə.s) ilə birgə bəzən Kəbə ətrafında, bəzən evində ibadət etmişdir (azğın inanclara sahib bir cəmiyyət içində ibadətlər əziyyət görməmək üçün bəzən gizlədilirdi). Həmçinin ilk müsəlmanlar müşriklərdən çox pis sözlər eşitmişlər və bir çox çətinliyə sinə gərməli olmuşlar. Mövzu ilə əlaqədar bir Quran ayəsi belədir:
“… Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. …” (Ali İmran surəsi, 186)
Hz. Xədicə (r.a) müşriklərin zülmü və haqsızlığı qarşısında Rəsulallahı (s.ə.v.) heç vaxt tək qoymamış, Məkkəli müşriklər Şibü Əbi Talibdə müsəlmanları mühasirəyə aldıqları zamano da Peyğəmbərimizlə (s.ə.v.) birlikdə təxminən üç il ərzində mühasirəyə cəsurluqla və igidliklə səbir etmişdir. Allahın “...Siz Əgər səbir edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.” (Ali İmran surəsi, 186) hökmünün gərəyi olaraq, Hz. Xədicə (r.a) bu çətinlik anında Allaha olan sevgisində, təslimiyyətində və etibarında dözümlülük göstərmişdir. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından və vədindən əsla dönməyəcəyindən əmin olduğu üçün heç zaman ümidsizliyə qapılmamış, Allahın köməyindən əsla şübhəyə düşməmişdir. Gözəl bir səbir və təslimiyyətlə, hər hadisədə bir xeyir olduğuna qəti olaraq inanmışdır.
Hz. Xədicənin (r.a) canı və malı ilə Allah yolunda mübarizə aparması
Ticarətlə məşğul olan zəngin xanım Hz. Xədicə anamız (r.a)müsəlman olduqdan sonra dünyəvi dəyərlərin arxasınca getmək əvəzinə, bunları Allahın razılığını qazanmaq uğrunda sevərək ortaya qoymuş və sərvətini İslam uğrunda xərcləyərək nümunəvi bir əxlaq göstərmişdir. Uca Allahın“Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.”(Tövbə surəsi, 111)ayəsinin hökmü ilə malını və canını Allah yolunda sevərək vermişdir. Çünki ağılı və bəsirəti sayəsində dünya həyatında qazanılan heç bir mənfəətin sonsuz axirət nemətləri ilə müqayisə edilməyəcəyini görə bilmişdir.
Hz. Xədicənin (r.a) iffətli, şərəfli və əsilzadə xarakteri
Hz. Xədicənin(r.a) iffəti və təmkini İslamı qəbul etməsindən əvvəlki dövrdə də diqqət çəkmiş və bu xüsusiyyətlərinə görə o zamanlarda belə "Tahirə" (pak və təmiz qadın) adlandırılmışdır. Şübhəsiz, Peyğəmbərimizin (s.ə.v.) Hz. Xədicəni(r.a) özünə yoldaş olaraq seçməsində bu üstün əxlaqının və əsilzadə xarakterinin böyük rolu olmuşdur. Uca Allah bir Quran ayəsində“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.” (Nisa surəsi, 31)deyə bildirmişdir. Hz. Xədicə (r.a) də Allahın Quranda bildirdiyi bütün sərhədlərə ən gözəl şəkildə tabe olaraq qürur, təmkin və möhtərəmlik qazanmışdır. Yaşadığı ərəb cəmiyyətindəki cahiliyyə qadınlarından danışıqları, hərəkətləri, üz ifadəsi, baxışları ilə ayrılmış, onun iffətli və təmkinli bir qadın olduğu dərhal aydın olmuşdur. Bu, təbii bir əsilzadəliyi, insani bir heybəti və etibarlı bir şəxsiyyəti də özü ilə gətirmişdir. Allahmöminlərin bu xüsusiyyətləri ilə “tanındıqlarına” bir Quran ayəsində “Əlamətləri isə üzlərində olan səcdə izidir...” (Fəth surəsi, 29) ifadəsi ilə diqqət çəkmişdir.