Yəmənin inkişafı və sabitliyindəki ən əhəmiyyətli ünsürlərdən biri bu ölkədə yaşayan qadınlardır. Yəmən əhalisinin yarısını təşkil etmələrinə baxmayaraq, qadınlar kişilərlə eyni hüquqlara malik deyillər. Beynəlxalq təşkilatların statistik məlumatlarına nəzər yetirdikdə bunu dərhal görmək olur.
Dünya İqtisadi Forumunun bildirdiyinə görə Yəmən gender bərabərsizliyinin ən çox olduğu yerdir. Qadınların böyük əksəriyyəti oxumaq və yazmağı bacarmırlar. Qadınların yarıdan çoxu da 18 yaşlarını tamamlamadan evlənirlər.
Yəmənin kənd yerlərində kişilərin 73 %-i ibtidai məktəbə getdiyi halda, qadınların yalnız 30 %-i gedir. 1995-ci ildə qəbul edilən bir qanunda gender bərabərsizliyi qadağan edilsə də, xüsusilə iş yerlərində qadınlara qarşı ayrı-seçkilik edilməyə hələ də davam edilir.
Təhsil faizi 35 olan Yəməndə qadınlarla kişilər arasında maddi cəhətdən də böyük bir ayrı-seçkilik vardır. Eyni işdə bir kişi 100 % qazanarkən, eyni vəziyyətdəki bir qadın ancaq 30 % nisbətində qazana bilər. Yəmən dünyada 136 ölkə arasında qadınlara verilən təhsil səviyyəsinə görə 134-cü yerdədir.
Yəməndəki qadınların təhsil, evlilik, sağlamlıq və insan hüquqları çox aşağı səviyyədədir. Boşanmaq, vəkalət və vərəsəlik hüquqları da eyni şəkildə çox aşağı səviyyədədir. Qadınların səyahət etmək və pasport almaq hüququ da yalnızca atalarının və ya ərlərinin təsdiqindən sonra mümkündür. Yəmən parlamentində qadınların təmsilçiliyi isə dünyada ən aşağı səviyyədədir (1 %). Dünya İqtisadi Forumunun 2013-ci ildə qadın hüquqları mövzusunda apardığı bir tədqiqatda Yəmən 136 ölkə arasında sonuncu yerdə idi.
Yəməndə yaşayan qadınlar nə üçün bu vəziyyətdədirlər? Əslində Mərakeşdən Əfqanıstana qədər uzanan İslam ərazisindəki bir çox ölkədə qadınlar Yəməndəkinə bənzər şərtlər altında yaşayırlar. Bu vəziyyət bəzi insanların, xüsusilə də qadınların, onların azadlığını məhdudlaşdıran bu mənfi şərtlərdən İslamı məsul tutmasına səbəb olur. Şübhəsiz ki, bu yanaşma doğru deyil.
Dinimiz haqqında bir çox insanda olan məlumat azlığı hər mövzuda olduğu kimi qadın hüquqları və Quranda qadının əhəmiyyəti mövzusunda da ortaya çıxır. İslamda qadına ikinci dərəcəli bir insan kimi rəftarın əmr edilməsi tamamilə yanlışdır və bu, Quran ayələrinə deyil, müxtəlif xurafatlara söykənir.
Allah Quran ayələrində qadınların davamlı olaraq qorunmaları və onlara diqqət yetirilmələrini istəyir. Allah ayələrdə qadınların müdafiəsi, qorunması üçün kişilərə müxtəlif öhdəliklər vermişdir. Bu vəziyyəti kişinin qadına hakimiyyəti olaraq başa düşmək ancaq məlumat azlığının göstəricisidir. Qurana görə kişilər qadınların hakimi deyil, yalnız onları qoruyan kəslərdir:
“Allah’ın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər…” (Nisa surəsi, 34)
Allah ayədə bildirildiyi kimi, kişini qadını qorumaqla vəzifələndirmişdir. Belə ki, bu ayədə keçən "qəvvam" sözünün ərəbcə mənası "qoruyucu, himayəçi, qoruyan" deməkdir.
Allah həmçinin hər hansı bir zərər görməmələri üçün qadınları müxtəlif maddi və mənəvi hüquqlarla dəstəkləmiş, qadınları tərifləmiş və hüquq olaraq da həmişə irəliyə çəkmişdir. Ayələrə görə qadın boşandıqdan sonra da maddi təminatla təmin edilməlidir. Məsələn, qadınlara verilən mülkiyyət boşandıqdan sonra geri alına bilmir, bundan əlavə qadınların himayəçiliyi də təmin edilir. Quranda qadınlara zorla varis çıxmaq qadağan edilmiş, müsəlmanların analarına qarşı xüsusi hörmət göstərmələrinin vacib olduğunu bildirilmişdir.
Bütün bunlarla bərabər, Allah ayələrdə qadın ilə kişinin cəmiyyətdəki yerinin bərabər olduğunu bildirmişdir. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz qadın ilə kişi arasında ayrı-seçkilik edən bütün cahiliyyə inanclarını Quran ayələri ilə aradan qaldırmış, qadına layiq olduğu dəyərin verilməsini əmr etmişdir. Qadın və ya kişi olmasından asılı olmayaraq, üstünlük tamamilə insanın Allah’a olan imanının gücünə görə, əxlaqı, şəxsiyyəti və boynuna götürdüyü öhdəlikləri ilə önə keçməsindən asılıdır.
Başqa bir ayədə isə Allah, "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə ki gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq." (Nəhl Surəsi, 97) şəklində buyuraraq kişi və ya qadın olmasından asılı olmayaraq, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa məruz qalmadan əskiksiz olaraq qarşılıq görəcəklərini xatırlatmışdır. Bütün bunlar Allah’ın iman gətirən qulları üzərindəki rəhmətinin dəlilləridir.
Yəmən konstitusional dəyişiklik edilməsinə hazırlıq mərhələsindədir. Bu hazırlıq Yəməndə qadınların cəmiyyətdə hörmətli və daha əsaslı bir məqama çatmaları üçün böyük bir fürsət olaraq qiymətləndirilə bilər. Hazırlanmaqda olan konstitusiyada qadınların müasir Qərb cəmiyyətlərindəki hüquqlara qovuşmaları üçün tənzimləmələr aparıla bilər. Qadın hüquqlarının möhkəmləndirilməsi və qadının müdafiəsi istiqamətində qanuni tənzimləmələr Yəmən konstitusiyası ilə məhdudlaşmayıb, mülki və cinayət qaunvericiliyi ilə də möhkəmləndirilə bilər.
Yəməndə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, qadına təzyiq göstərilməsinin qarşısının alınması və qadınlara daha çox təhsil imkanı verilməsi ölkənin inkişafı üçün atılacaq əhəmiyyətli adımlardandır. Bütün bunlar yalnız bir partiyanın təşəbbüsü olaraq qalmamalı, ölkədəki bütün partiyaların dəstəyi ilə qadınlara daha çox imkan verilməsi milli siyasətə çevrilməlidir. Yəmən parlamentində qadınlara verilən təmsil hüququnun artırılması bu mövzuda edilə biləcək gözəl bir başlanğıc olacaq.
Adnan Oktarın “National Yemen”də yayımlanan məqaləsi: