Hazırda MENA bölgəsi (Middle East and North Africa – Yaxın Şərq və Şimali Afrika) başda olmaqla, müsəlman aləminin böyük hissəsində Quranın mahiyyətindən, əsas qaydalarından uzaq olan din anlayışı hökm sürür. Bu, Quranda izah edilən dindən çox fərqli, hətta bir çox cəhətdən Quranla ziddiyyət təşkil edən bir anlayışdır. "İslam" adlandırılan bu din, əslində, insanlar tərəfindən uydurulmuş batil xurafatlardan ibarətdir.
Allah ayələrdə möminlərin yalnız Qurandan məsul olduqlarını açıq şəkildə bildirir və dində Qurandan başqa mənbəni əsas götürənləri xəbərdar edir. (Qaləm surəsi, 36-37), (Zuxruf surəsi, 44) İçində heç bir ziddiyyətli, ixtilaflı və mübahisəli mövzu olmayan yeganə din Qurana əsaslanan İslamdır. Xurafatlar isə öz daxilində, demək olar ki, hər mövzuda ixtilaflı məzhəb və qruplara ayrılmış, yüzlərlə fərqli din ortaya çıxarmışdır. (Ənam surəsi, 159) Xurafat dinini müdafiə edən və yaşayanlar Allahın Quranda bildirdiyi dinə tabe olmağa qarşı çıxırlar. Yüzlərlə ildir ki, araşdırmadan, düşünmədən, mühakimə etmədən atalarından təvhil aldıqları dinə kor-koranə və inadla tabe olurlar. (Bəqərə surəsi, 170)
Xurafatlar hər mövzuda minlərlə qadağa və məhdudiyyətlər qoyan, Allahın bəxş etdiyi nemətlərdən, gözəlliklərdən, asanlıqdan insanları uzaqlaşdıran şeytani sistemdir. Bu sistemdən ən çox zərər görənlər isə qadınlardır. Xurafatlar qadınları dünyadan və ictimai həyatdan təcrid edərək onları bir növ həyat yoldaşlarının nökəri kimi yaşadıqları əzablı həyata məhkum edir. Onlara qarşı hər cür ayrı-seçkiliyi, bərabərsizliyi dəstəkləyir, onlara edilən zülm və pis münasibətə göz yumur. Xurafatçılar da kişilərin üstün hesab edildiyi bu ədalətsiz sistemi möhkəmləndirmək məqsədi ilə İslam adından Qurana zidd saysız-hesabsız hökmlər uydurmuşlar. Bunun sayəsində də qadınlara təzyiq göstərən, istismar edilmələrinə şərait yaradan, hətta əsas insani hüquqlarından və azadlıqlarından belə məhrum edən sistem formalaşmışdır.
Farhana Qazi "İslam dünyasında qadın" mövzusunda bir çox elmi fəaliyyəti olan Pakistan əsilli amerikalı alim, yazıçı, natiq, siyasi analitik və məsləhətçidir... Qazi bir müsahibəsində Pakistanda mədəniyyətin, dinin qarşısının kəsildiyinə diqqət çəkir. Pakistanı, "qızları, qadınları və onların İslamdakı əsas hüquqlarını inkar edən patriarxal qanunlara, qədim adət və ənənələrə malik ölkə" kimi təsvir edir.
Qazinin bu təsbiti təkcə Pakistana xas deyil. Təəssüf ki, müsəlman dünyasının çox böyük hissəsi eyni vəziyyətdədir. Qadının cəmiyyətdəki yeri bir çox ölkədə oxşardır. Əfqanıstanda qadınların əsas hüquqları bir tərəfə qalsın, doğulduqları zaman adlarının rəsmi sənədlərdə, hətta qəbir daşlarında belə istifadə edilməsi qadağandır. Onları öz adları ilə çağırmaq uyğunsuz, hətta təhqir kimi qəbul edilir. Əfqan qadınlarının həyatları təhsil və evlilik kimi, hər sahədə tamamilə ailələrindəki kişilərin insafına qalıb.
Qazi, həmçinin, İslam aləminin böyük hissəsini qədim ənənələrə bağlı patriarxal qanun və qaydalarla kor edilmiş, çökmüş kütlə kimi təsvir edir. Qadın hüquqlarına qarşı fətvalar verən separatçı qrupların və ifrat mühafizəkarların İslama böyük zərər verdiyini bildirir.
Radikal düşüncə tərzi qadını hər zaman arxa planda, təzyiq altında saxlayır, bütün hüquqlarını əlindən alır. Özünə lazım olduqda isə onu ən ön cərgələrə çəkir. Radikalizmi həyata keçirən terror təşkilatları qadınları hər cür münaqişədə, terror aktında və kamikadze hücumlarında istifadə edir.
“Atlantic Council”da yayımlanan bir araşdırmada bu məlumatlara yer verilib: "İstər Çeçen Qara Dullar, istərsə də Qəzza və İordan çayının qərb sahilindəki fələstinli kamikadzelər olsun, radikal islami hərəkatlar qadını, radikalizmi və zorakılığı güc, eləcə də öhdəlik qazanmaq üçün vasitə olaraq görməyə təşviq edir. "
Göründüyü kimi, xurafatçı, radikal dünyagörüşü sosial həyatda şəxsiyyətini əzib yox etdiyi, ən arxa plana atdığı qadına terror və zorakılıq mühitini “şəxsiyyət qazanma”, “önə çıxma” fürsəti kimi təqdim edir. Bütün bunlar da belə düşüncə tərzinin ikiüzlü, mənfəətçi və saxtakar olduğunu göstərir.
Radikallar qadınlardan cinsi olaraq faydalanma fürsəti yarandığı zaman da bu cür ikili münasibət göstərirlər. Adi vaxtlarda din, namus, əxlaq anlayışlarından istifadə edərək qadınlara evdə əsir həyatı yaşadıb kənarda gözünü belə açmasına icazə vermədiyi halda, “cihadlarında” bu dəyərləri aradan qaldırırlar.
“Atlantic Council”dakı məqalədə mövzu ilə bağlı bu ifadələr də yer alır: "Bəzi hesabatlara görə, səudiyyəli Muhəmməd əl-Arifi kimi din adamları (təkcə bir neçə saat davam edən müvəqqəti evlilikdən ibarət olan) "cinsi cihad" anlayışını qanuniləşdirmiş ola bilər".
Narahat edən məqam isə odur ki, bu cür fətvalardan təsirlənən və könüllü olaraq özlərini istifadə etdirmək məqsədi ilə bu saxta cihadçılara qatılan qadınların sayı kifayət qədər çoxdur. Eyni mənbədə Tunis və başqa İslam ölkələrindən çox sayda qadının da bu “cinsi cihad” dəvətinə qarşılıq verdiyi, Malayziyadan, Avropa ölkələrindən gənc qadınların terror təşkilatları tərəfindən istifadə edildiyi qeyd edilib.
Qadını ictimai həyatdan, mədəniyyətdən, müstəqil düşünüb hərəkət etməkdən çəkindirən radikal düşüncə, əslində, ən böyük zərbəni özünə, cəmiyyətinə və gələcək nəsillərə vurur. Beləcə, təzyiq, əsarət altında olan, məhdudiyyətlər qoyulan savadsız qadının böyütdüyü uşaqlar da sağlamlığından qidalanmasına, təhsilindən fiziki, zehni və ruhi inkişafına qədər yüzlərlə ildir davam edən eyni sistemin varisləri kimi yetişirlər. İslam cəmiyyətləri əsrlərdir ki, "geridə qalmış", "inkişaf etməmiş" kimi damğalardan xilas ola bilmir. Cəmiyyətin təqribən 50%-ni təşkil edən qadınlara zəncir vuran bir regionun inkişafını, dünyada güclü, uğurlu və söz sahibi olmasını gözləmək çox böyük səhvdir. Qadınların üzərindəki bu ağır zəncirlərin qaldırılması isə İslam dünyası üçün yeni, gözəl günlərin müjdəçisi olacaq. Bu da yalnız əcdadlardan gələn xurafat dinindən uzaqlaşaraq İslamın özünə və tək kitabı olan Qurana qayıtmaqla mümkündür.
Adnan Oktarın “Egyptian Streets”-də (Misir) yayımlanan məqaləsi:
https://egyptianstreets.com/2017/12/26/women-bound-by-chains-of-radicalism/