Qurani Kərim, Hz. Muhəmmədə (səv) vəhy edilmədən əvvəl, Ərəb cəmiyyəti böyük bir cəhalət içində yaşayırdı. Cəmiyyətin cəhalətinin ən əhəmiyyətli göstəricilərindən biri isə, qadına cəmiyyət içində sözdə ikinci təbəqədəki bir varlıq kimi baxılması idi. İslam əxlaqıyla birlikdə, qadın da cəmiyyət içində hörmətli bir yer əldə etdi. Quran əxlaqı, qadınlara hörmət, şəfqət və mərhəmətlə yaxınlaşılmasını mütləq etdi. Peyğəmbər Əfəndimizin (səv) bir çox tətbiqi də, İslam əxlaqında qadına verilən dəyərin isbatı idi.
İslam əxlaqının qadınları seçmə, şərəfli, hörmətli və qiymətli edən xüsusiyyətlərindən biri də mömin qadınlara qoyulan təsəttür hökmüdür. Allaha könüldən itaət edən mömin qadınlar, iffətləri və zadəganlıqlarıyla digər bütün qadınlara nümunə olacaq bir əxlaq göstərərlər. Salehə qadınların iffətlərini və zadəganlıqlarını tamamlayan ən əhəmiyyətli ünsürlərdən biri isə təsəttürləridir. Təsəttür hökmünün bildirildiyi Nur Surəsinin 31-ci ayəsində mömin qadınlar üçün, "... ismətlərini qorusunlar, bəzəklərini aşkar etməsinlər..." deyə buyurularkən, Əhzab Surəsinin 59-cu ayəsində isə təsəttürün, mömin qadınların "... qorunmasına və iffətli tanınmasına... " vəsilə olacağı xəbər verilmişdir. Bu səbəbdən mömin qadınların, təsəttürlərinin özlərinə təmin etdiyi bu iffətin, zadəganlığın, möhtərəmliyin, xüsusi qorumanın və nemətlərin şüurunda olmaları və davranışlarını da buna görə təyin etmələri son dərəcə əhəmiyyətlidir.
Bədiüzzaman da qadınlar üçün təsəttürün əhəmiyyətini ifadə edərkən, təsəttürün qadınlara təmin etdiyi asanlıq və gözəlliklərə diqqət çəkmişdir:
“Quranın təsəttür əmri fitri (yaradılışa uyğun) olmaqla birlikdə; o mədəni şəfqət (şəfqət qaynağı) və qiymətdar bir rəfiqə-i əbədiyyə (əbədi dost) ola bilən qadınları təsəttür ilə sükutdan (əxlaqən pozulmaqdan), zillətdən və mənəvi əsarətdən və səfalətdən qurtarır.” (Xanımlar Rəhbəri, s. 52)
İman edən qadınların şərəfi olan təsəttür, Qurani Kərimin, sünnənin və İslam alimlərinin ittifaqıyla sabit olan qəti bir əmrdir. Mövzuyla əlaqədar ayələrdə Rəbbimiz (c.c) belə buyurmuşdur:
Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar... (Nur Surəsi, 31)
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab Surəsi, 59)
Allahın (cc) icazəsiylə, Uca Rəbbimizin qorunmasını əmr etdiyini qoruyanlar, Onun sərhədlərini əsla aşmayanlar, Onun əmrlərinə diqqətlə uyanlar, Allah (cc) Qatında gözəl bir mövqe ümid edə bilərlər.