Cahil cəmiyyətlərdə "evdar qadın" deyildiyi vaxt hər kəsin ağlında konkret və tək bir model canlanır. Bunun səbəbi isə bu xarakteri meydana gətirən sistemin bir mənada ənənəviləşməsidir. Əlbəttə ki, müxtəlif səbəblərdən ötrü bu ümumiləşdirmədən kənarda qalan evdar qadınlar da vardır. Ancaq burada müzakirə olunan cahil əxlaqında geniş şəkildə yaşanan evdar qadın modelidir.
Cahil cəmiyyətlərdə evdar qadının klassik olaraq hər gün yaşadığı olduqca dəyişməz bir həyatı vardır. Ümumiyyətlə evdar qadının hər günkü əsl vəzifəsi, ailənin digər üzvlərinin otaqlarını səliqə-sahmana salmaq, paltarlarını yumaq, yemək hazırlamaq, alver etmək və evin digər təmizlik ehtiyaclarını aradan qaldırmaqdadan ibarətdir. Əlbəttə ki, hər insanın bu işləri görməsi lazımi və hətta zəruridir. Ancaq burada səhv olan məqam, insanların bu işləri dünyada yaşanan bütün problemləri görməzlikdən gələrək, axirəti tamamilə unudaraq və Allaha qarşı məsuliyyətlərini düşünməyərək, dünyaya olan bir ehtiras içində görmələridir. Və bütün həyatlarını, düşüncələrini, planlarını bu işlər üstündə qurmaları və özlərini yaradan Allahı razı salmağın yollarını axtarmaq əvəzinə, gündəlik həyatın kiçik məşğuliyyətləriylə özlərini qane etməyə çalışırlar.
Gündəlik işləri arasında cahil evdar qadının əsla güzəştə getmədiyi bəzi vərdişləri də vardır. Bu vərdişlər adətən bu əxlaqdakı qadınların əksəriyyətində eynidir. Özlərinə görə dəyişməz həyatlarına ancaq bu şəkildə yenilik qazandırdıqlarını və ev mühitinin problemlərindən bu şəkildə uzaqlaşdıqlarını düşünərlər. Əllərinə keçən hər imkanı, hər boş vaxtlarını bu vərdişlərinə sərf edərlər. Halbuki ətraflı araşdırıldığında bütün bu vərdişlərin bu kəsləri çox adi və sadə bir dünyaya çəkdiyi görünər. Bu vərdişlər arasında ən geniş yayılanlar bunlardır: