Cahil cəmiyyətdə yaşlı insan xarakteri
ucgen

Cahil cəmiyyətdə yaşlı insan xarakteri

1242
Gəncliyində hansı xarakteri mənimsəməyindən asılı olmayaraq, adətən, qocaldıqda cahil insanların standart xarakteri və həyat tərzi olur, ancaq bu mövzuya keçmədən əvvəl çox vacib bir məqamı da vurğulamaq istəyirik: Bu hissədə danışacağımız YAŞLI İNSAN XARAKTERİnin xüsusiyyətləri din əxlaqından uzaq yaşadıqları üçün yaranan əxlaq pozuqluğudur. Yəni həyatını Allah’ın razı olmayacağı tərzdə keçirən, qocalıb ölümə yaxınlaşdıqda da axirəti düşünməyən, dünyaya daha çox bağlanan insanların ruh halındakı pozuqluqlardır.
 
Əlbəttə ki, bu xüsusiyyətlər hər insanda fərqli tərzdə müşahidə edilə bilər, lakin burada bəhs edəcəyimiz pis əxlaq xüsusiyyətlərinin yalnız bir qismini və ya hamısını özündə əks etdirən insanlar ola bilər. Nəticə etibarilə burada mühüm olan Quran əxlaqından uzaq yaşamağın yaratdığı əxlaq və rəftar pozuqluğunun kiçik dünya yaratması və həmin insanların burada hər cür çirkin rəftar göstərməsidir.
 
Cahil qadınlar uşaqlarını evləndirib nəvə sahibi olduqdan sonra yaşlı qadın xarakterinə bürünürlər, kişilər isə ümumiyyətlə, təqaüdə çıxdıqları və ya işləyə bilməyəcək qədər qocaldıqlarına görə iş həyatını tərk edib evdə oturmağa başlayırlar. Bu vəziyyətdə özlərini ruhi və fiziki cəhətdən gənc hiss edənlər də cəmiyyətin verdiyi təlqinlərin təsiri ilə qocalmış insan kimi davranmağa məcbur olurlar. Ətrafındakı bütün dostları, həyat yoldaşları da qocalıb təqaüdə çıxmış, uşaqları da evləndiyinə görə öz problemlərinə başları qarışmış və onlardan xeyli uzaqlaşmışlar.
 
Bu insanlar, adətən, günlərini televizor seyr edərək, ya da mürgüləyərək keçirirlər, ancaq qadının yaşadığı "evdar qadın xarakteri"ndə heç bir dəyişiklik olmur, deyinmələri, kaprizləri həmişə davam edir. Həyat yoldaşları da eyni xarakterə sahib olduqda evin bütün məsuliyyətinin yalnız özlərinin üzərində olması onları daha da əsəbi davranmağa vadar edir.
 
 
 
Kişilər də artıq görəcək işləri olmadıqları üçün bütün gün evdə boş-boş oturmaqdan darıxıb sıxılırlar.
 
Gün ərzində hansı saatda nə edəcəkləri müəyyən olunmuş və artıq qorxunc monoton həyat başlamışdır. Bu monotonluğu aradan qaldırmaq üçün həmişə uşaqlarına ümid bəsləyirlər, lakin onlar da tamamilə öz həyatlarını yaşayırlar. Bəzən həftə sonları ziyarətə gəlirlər, ancaq bir neçə saat davam edən bu ziyarətlər onları monoton həyatdan xilas etməyə kifayət etmir.
 
Belə insanlar bəzən də özləri kimi qocalmış dostlarını ziyarət edir və bu yığıncaqlarda ancaq övladlarından və xəstəliklərindən danışırlar. Getdikləri həkimlərdən, özlərinə qoyulan yeni diaqnozlardan, istifadə etdikləri dərmanlardan bəhs edib bir-birlərinə tövsiyələr verirlər.
 
Bütün bu zəif hallarına və acizliklərinə baxmayaraq, cahiliyyə sisteminin onlara qazandırdığı xüsusiyyətlərdən və vərdişlərdən əl çəkmirlər. Halbuki, uzun illər cahiliyyə əxlaqını yaşamış və bununla heç bir şey əldə edə bilmədiklərini, xoşbəxt olmadıqlarını açıqca görmüşlər. Ölümün bu qədər yaxınlaşdığı dövrdə hələ də cahiliyyə həyatına meyil etmələri din əxlaqından uzaq yaşayan cəmiyyətin yaşlı xarakterinin ən mühüm tərəfidir. Bu insanlar özlərini ziyana sürükləyir, əslində isə hər şeyin yaradıcısı olan Allah’a yönəlmələridirlər. Müəyyən yaşa qədər bunu etməmiş ola bilərlər, amma Allah’a hesab verəcəklərini və ölümün də yaxınlaşdığını qavradıqları andan etibarən şüurlarının heç olmasa biraz açılması ilə keçmiş həyatlarına tövbə edərək Allah’ın razılığını qazanmağa çalışmalıdırlar.
 
O günə qədər Quran əxlaqından uzaq yaşadıqları həyatlarındakı çətinliklər, xəstəliklər, problemlər onlara ibrət olmalıdır, ancaq cahiliyyə cəmiyyətində təsvir etdiyimiz "yaşlı xarakterdəki" xarakterdəki insanlar ümumiyyətlə bunların heç birini etmirlər, əksinə daha üsyankar, söz başa düşməyən insanlara çevrilirlər. Nəticədə ortaya çıxan bu "YAŞLI İNSAN XARAKTERİ"nin başlıca xüsusiyyətlərini belə sadalaya bilərik:
 
 
 
 
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr