Nəfs, əsasən, məsuliyyəti başqasına yükləməyə, səhvi başqasında görməyə meyillidir. Nəfsinə tabe olan insanın başına sıxıntılı və ya narahatlıq verən bir iş gəldikdə səbəbini daima başqalarında görür. İş yerində, dostları ilə münasibətlərində, ailədaxili məsələlərdə, yəni insanların bir-birlərilə ünsiyyət zamanı baş verən anlaşılmazlıqlarda daima qarşı tərəfin ucbatından problem çıxdığına inanırlar. Nəfs insana, əslində, çox yaxşı niyyəti olduğunu, ancaq ona haqsızlıq edildiyini düşündürür. Nəfsə qulaq asdıqda insan bu təlqinlərlə özünü daima aldadır. Onu heç cür anlamadıqlarını, dediklərini, düşüncələrini, niyyətini ifadə edə bilmədiyini düşünür, bu inancla öz səhvlərini, çatışmayan cəhətlərini görə bilmir. Ona görə də bu səhvlərini düzəltmə imkanı olmur.
Haqsızlığa məruz qaldığına və problemlərin səbəbkarının daima başqaları olduğuna özünü inandırmış insan hadisələri də səthi qavrayıb dəyərləndirir. Habelə çox vaxt qəfil, düşüncəsiz, həssas və Quran əxlaqına zidd reaksiyalar verir. Düşdüyü vəziyyəti ağıllı, məntiqli dəyərləndirə bilmədiyi üçün qarşısındakını və ətrafındakıları da ittiham edir. Həm özünə, həm də yaxınlarına mənfi təsir edir. Daima qarşısındakıları təqsirləndirən, ağılla düşünməyən, haqsızlığa məruz qaldığına inanmış, hətta bunu adət halına çevirmiş insanın ətrafındakılara müsbət, gözəl, sevgi ilə yanaşması, bunu səmimi hiss etdirməsi də qeyri-mümkün olur. Hətta bu cür düşünən insan danışmasa belə, ətrafına mənfi enerji yayır.
Əgər bir insan Quran əxlaqına uyğun yaşamırsa və dərin imana sahib deyilsə, əlində buna dair heç bir məlumatı olmasa da, bu dünyada uzun ömür sürəcəyini zənn edir. Ətrafında ölümə dair yüzlərlə nümunə görsə də, imtahanın sirrinə müvafiq olaraq ətrafda ona bu açıq həqiqəti unutduran və onu qəflətə sürükləyən bir çox detal var. Halbuki dünya Allah tərəfindən hər fərd üçün ayrı-ayrılıqda şəxslərə xas qədərlə yaradılmışdır. Uzunömürlü insanların olması həmin şəxsin özünün də uzun illər yaşayacağına əsas deyil. Hər kəsin qədəri fərqlidir. Hər kəsin yeganə labüd sonu var. Hər kəs əzəli və əbədi, diri və qaim olan Rəbbimizə qovuşacaq. Hər kəs ancaq öz qədərində müəyyən edilənlərə əsasən, başqalarından asılı olmadan, ancaq özünəməxsus qədəri ilə imtahan olunur. Ona görə, “ancaq mən yaxşı davrandım”, “güzəştə getdim”, “səbir edib haqqımdan keçdim”, “bir az da qarşı tərəf etsin” kimi səthi məntiqlə insan niyyətini dəyişməməlidir. Müsəlman hər şəraitdə Allaha təvəkkül edər, Allah üçün səbir edər və bunu ömür boyu şövqlə edər, əsla gözəl əxlaqdan əl çəkməz. Hər an Allah rizası üçün gözəl davranar. Allahın hüzuruna tək çıxacağını, tək sorğu-sual ediləcəyini unutmaz. Onun günahını heç kim boynuna götürməyəcək və yaxud heç kim onun Allah rizası üçün etdiyi əməllərə şərik çıxmayacaq. Niyyətinə görə ancaq özü əməllərinin məsuliyyətini daşıyacaq.
Bununla yanaşı, insan öz-özünə ədaləti təmin edə bilməz, ancaq Allahın ədalət anlayışı ilə hər şeyi dəyərləndirməlidir. Hadisələrin Allahın təqdirindən uzaq (Allahı tənzih edirik), təsadüfən baş verdiyini düşünən insanlar, adətən, ədaləti özləri bərpa etməyə meyilli olurlar. Bu, əslində, həmin insanın qəflətdə olduğunu göstərir. Belə bir insan təvəkküldən, İslam əxlaqından çox uzaqdır. Təvəkkül və qədərə iman isə Allaha tam güvənməyi, tam təslim olmağı tələb edir. Əks təqdirdə, insan həm çox sıxıntılı yaşayar, həm də dəyərsiz varlığa çevrilər. Sınandığını, imtahan edildiyini unutmuş, axirətdə cənnətə layiq olmaq üçün imtahan edildiyindən bixəbər, ağılsız, sevginin, sədaqətin, vəfanın dəyərini bilməyən, sanki bütün insani xüsusiyyətlərini itirmiş vəziyyətə düşər.
Çünki təvəkkülsüzlük insanı ancaq nəfsin əsəri olan məntiqə yönəldir, ədalətdən uzaqlaşdırır. Qəzəbini cilovlamayıb başqalarına haqsızlıq etməsinə, məsələni nəfsi ilə dəyərləndirdiyi üçün kiçik məsələni böyütməsinə, asanlıqla bağlanacaq mövzunu böyük məsələyə çevirməsinə səbəb ola bilər. Çətin vəziyyətlə qarşılaşdıqda nəfs insanı ani hissləri ilə davranmağa yönəldə bilər. Nəfsdə qəzəblənmə, qarşı tərəfə əsəbi halda izah etmə, kədərlənmə, mübahisə etmə kimi meyillər ola bilər. Şeytanla eyni cəbhədə yer alan nəfs insanı ağılla düşünməkdən uzaqlaşdırır.
Halbuki vicdan, ağıl və Allah qorxusu ilə insan özünü doğru idarə edə bilir. Nəfsdə bu cür hisslər olsa da, nəfsin istəklərinə tabe olmaq olmaz. Allah qorxusu olan insanla Allah qorxusundan məhrum insan arasındakı fərqlər bu zaman üzə çıxır. Allah “Ali-İmran” surəsinin 134-cü ayəsində belə buyurmuşdur:
İmanlı insan Allahdan qorxduğuna görə, ağılla hərəkət edər. Müsəlman onu mənəvi cəhətdən kirlədən nəfsinin oyunlarından uzaq durar, bir az düşünər və dərhal gözəl, doğru olanı seçər. Çünki əks təqdirdə, nə maddi, nə də mənəvi heç bir qazancı olmaz. Nəfsə tabe olmaq axirətdə də, dünyada da itkiyə səbəb olar. Digər tərəfdən, qədəri düşünərək təvəkkül edib Quran əxlaqına uyğun hərəkət edən insan mənəvi cəhətdən getdikcə yüksələr, imanı getdikcə güclənər.
Heç kim unutmamalıdır ki, hər kəs öz əməllərinə görə məsuliyyət daşıyacaq. Ətrafdakı bəzi insanların qəflət içində etdiyi hərəkətlər insanın mənfi davranması üçün əsla bəhanə ola bilməz. İnsan seçimini özü edir. Mömin hər cür şəraitdə Qurana uyğun danışacaq, kamil davranacaq gücə malikdir.