Cahillik anlayışı, "cahil" sözündən törəyən və Quranda bildirilən mənasıyla Allahı lazım olduğu kimi tanımayan, Onun sonsuz gücünü və sifətlərini lazım olduğu kimi təqdir edə bilməyən, islam dinində olan doğrulardan, insanlara təqdim etdiyi üstün əxlaq və xarakter quruluşundan, mənəvi dəyərlərdən xəbərsiz olan cəmiyyətləri ifadə edər. Din əxlaqının həqiqi mənada yaşanmadığı hər birlik "cahil cəmiyyət" olaraq xarakterizə edilə bilər. Bu cür birliklər ilk baxışda bir-birlərindən tamamilə fərqli və bir-birinə zidd görünə bilər. Bu kimi kəslərin özlərinə məxsus geyim tərzləri, vərdişləri, zövqləri və danışıq üslubları ola bilər. Ancaq təməl dünyagörüşləri və inancları ortaqdır. Bu birliklərin hər biri, Allahın dinini görməzlikdən gələn və hər şeyi yaradanın Allah olduğunu anladıqları halda, Onun təyin etdiyi şəkildə yaşamayan insanlardan ibarətdir. Bu insanlar Allahın dinini unudub yerinə öz batil dinlərini yaratmışdırlar. Bu batil dinlərin təməli Allah sevgisi əvəzinə dünya sevgisi üzərində qurulmuşdur. Allahın razılığını qazanmaq əvəzinə insanların rəğbətini və təqdirlərini qazanmağa çalışırlar. Allaha şükr etmək və yalnız Ondan kömək diləmək əvəzinə, insanlara minnət hissi duyub, onlardan asılı rəftarlar göstərərlər. Yenə bütün gücün tək sahibinin Allah olduğunu unudaraq, yalnız Ondan qorxmaq əvəzinə insanlardan və onların qoyduqları qaydalardan qorxmuşdurlar.
Ancaq cahil cəmiyyət deyildikdə ağla yalnız Quran əxlaqından tamamilə xəbərsiz insanlar gəlməməlidir. Bu insanların bir qismi haqq dini çox yaxşı bildikləri halda yenə də düşdükləri bu cəhalətdən çıxa bilməzlər. Bu kəslər Allahın əmr etdiyi bəzi ibadətləri tətbiq etdikləri halda, Quran əxlaqını və mömin xarakterini yaşamağa çalışmazlar. Bunun səbəbləri isə bu kəslərin təməldə Allaha qəlbən bağlanmamaları və şüuraltında axirətə şübhə etmələridir. Dünyaya olan sevgiləri, Qurana zidd xarakterlərə yiyələnmələrinə və din əxlaqını bildikləri halda cahil cəmiyyətin cəhalətindən xilas ola bilməmələrinə səbəb olar.
Dünyanın dörd bir tərəfində bir-birindən tamamilə müstəqil və bir-birlərinə tamamilə zidd dünyagörüşlərinə sahib olan bu birliklərdə, ortaq bir həyat və bir inanc forması müşahidə edilir. Bu səbəblə də cahil cəmiyyətdə yaşanan insan xarakterlərinə toxunmadan əvvəl, bu fərqli xarakterlərin altında yatan dünyagörüşünü və ortaq batil inancları araşdırmaqda fayda vardır.