Məmur Xarakteri
ucgen

Məmur Xarakteri

1262

Cahil məntiqində məmur xarakteri daşıyan insanlar arasında fərqli bir ruh halı hakimdir. Bu səbəblə də bu kəslərin "məmur" olduqları, onlara baxan kimi aydın olar. Ancaq məmur olduqlarını göstərən gördükləri iş deyil, üzlərindəki ifadə və göstərdikləri rəftarlardır. Cahiliyyə əxlaqındakı bu insanların rəftarlarına istiqamət verən səhv məntiq isə budur; bu kəslər sabit maaşlarla sabit mövqelərdə olurlar. Bu səbəbdən də normadan artıq göstərəcəkləri bir səy onlara nə maaşları, nə mövqeləri, nə də etibarları baxımından əlavə bir mənfəət qazandırmayacaq. Bu vəziyyətdə əlavə bir iş görməklə yalnız boşuna yorulacaqlarını düşünürlər. Bundan əlavə, əgər görüləcək əlavə bir iş varsa bunu başqasının üstünə buraxmaq olduğu halda, öz üstlərinə götürməyi də cahil dünyagörüşüylə "giclik" olaraq qiymətləndirərlər. İşlərini həll etmək üçün gələn kəslərə göstərəcəkləri rəftarlara da heç diqqət göstərməzlər. Çünki bu insanlara göstərəcəkləri gözəl əxlaqlı bir rəftarı da "əlavə iş" olaraq qiymətləndirərlər.

Məhz bu düşüncələrindən ötrü cahiliyyə əxlaqına sahib olan məmurların böyük bir hissəsi ətraflarındakı şəxslərə qarşı laqeyd bir xarakterə yiyələnərlər. Yalnız özlərinə verilən işi görər və bundan başqa bir şey istənildiyi vaxt, ya heç maraqlanmaz, ya da başqasına istiqamətləndirirlər. Ofisə gəlib özlərindən bir şey soruşan adamın ya heç üzünə baxmaz və ya baxıb heç bir cavab vermədən başlarını aşağı salar və işlərinə davam edərlər. Qarşılarındakı adamı zərər çəkmiş bir vəziyyətdə buraxmaqdan heç bir narahatlıq hissi keçirməzlər. Cahiliyyə əxlaqındakı məmurların bu başdan sovma və yola verən rəftarları artıq, demək olar ki, bütün cəmiyyətin əzbərlədiyi bir mənzərədir. Qarşılarındakı kəslərə dəyər verməz və sırf öz rahatlıqları üçün lazım gəlsə onları səbəbsiz yerə saatlarla növbələrdə gözlədə bilər, ya da stol-stol gəzdirə bilərlər. Biganəliklərindən ötrü mənəvi keyfiyyətlərinin bir çoxu korlanmışdır. Vəziyyəti başa düşmək, incə düşünmək, nəzakət, ya da xoş münasibət göstərmək üçün bir səbəb görmürlər. Bu rəftarları göstərsələr də, göstərməsələr də onsuz da maaşlarını alacaqlar. Və onsuz da qarşılarındakı insanı da bir daha görməyəcəklər. Bu səbəblə də hər şeyləri mexanikləşmişdir. Az danışar, az gülər, az düşünər və yalnız özlərinə verilən işi görərlər. Halbuki Allahın əmr etdiyi əxlaqı yaşayan insanların belə rəftarlar göstərmələri mümkün deyil. Onlar digər insanlara qarşı hər vəziyyətdə hörmətli, qayğıkeş və nəzakətli bir rəftar göstərərlər. Çətin vəziyyətdə qalan kəslərə əllərindən gəldiyi qədər kömək edər, o an kömək edə biləcək bir imkanları olmasa belə heç olmasa gözəl bir sözlə qarşılıq verərlər.

Burada təsvir edilən məmur xarakterinə sahib kəslərin başqa bir xüsusiyyətləri də hər cəhətdən klassikləşmiş, yəni həmişə eyni rəftarları göstərən, hadisələr qarşısında müəyyən reaksiyalar verən kəslər olmalarıdır. Gündəlik həyatlarının gedişatı, görüşdükləri insanlar, danışdıqları mövzular, vərdişləri, zövqləri tamamilə bu klassik xarakterin təsiri altındadır. Hələ də gəncliklərindəki dəbdə olan tərzdə geyinər, eyni saç stillərinidən istifadə edərlər. Yeniliklərə tamamilə qapalı bir xarakterləri vardır. Heç bir mövzuda alışdıqları rejimi pozmaq istəməzlər. Onları edəcəkləri yeniliyin əvvəlkindən daha gözəl olacağına inandırmaq mümkün olmaz. Bütün işlərini köhnəlmiş alətlərlə və köhnəlmiş üsullarla görər, saatlarla məşğul olar və vaxt itirərlər. Amma yenə də alışdıqları stildən imtina etməzlər.

Bütün bu izah edilənlərdən də aydın olacağı kimi cahillik əxlaqının məmur xarakterini yaşayan insanların böyük bir qismi həm əxlaqlarında, həm də ictimai həyatlarında tənbəl və passiv bir rəftar nümayiş etdirirlər. Mənfəət qazanacaqlarını düşündükləri bir hadisə olmadığı müddətcə də bu əxlaqlarından imtina etməzlər. Mövzunun əvvəlində də deyildiyi kimi bir mənfəət qazana bilməyəcəklərsə etdiklərinin boşa çıxacağına inanarlar. Halbuki məmurluq, bir xidmət peşəsidir. İslam əxlaqını yaşayan bir məmur bir iş üçün gələn kəslərə çox gözəl rəftarlar göstərərək xidmət edir. Əsla onları çətinliyə salacaq, boş yerə vaxtlarını aparacaq şəkildə davranmaz. Çünki, insanın yaxşılıq və gözəl əxlaq niyyəti ilə etdiyi heç bir şeyin puç olmayacağını bilir. Gördüyü hər işi Allahın rizasını qazanmaq, Allahın bəyəndiyi əxlaqı xeyli yaxşı bir şəkildə yaşamaq niyyəti ilə bir ibadət olaraq yerinə yetirər. Gözəl davranışlarının hamısı haqq-hesab günündə ortaya qoyulmaq surətiylə Allah Qatındakı bir kitabdadır.

Quranda hz. Loğmanın oğluna bu mövzunu belə xatırlatdığı bildirilmişdir:

Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi, 16)

Yenə Allahın bu mövzunu xatırlatdığı ayələrdən bəziləri isə belədir:

Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” (Zumər surəsi, 10)

... Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)

Əlbəttə ki, gözəl rəftarlar göstərmək üçün insanın səy göstərməli və zəhmət çəkməlidir, amma alınacaq qarşılıq ayələrdən də aydın olduğu kimi, yaxşı bir şəkildə keçən bir həyat, sonsuz bir cənnət həyatı və daha da əhəmiyyətlisi Allahın rizası olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo