Cahil cəmiyyətdə peşələrə görə xarakterlər
ucgen

Cahil cəmiyyətdə peşələrə görə xarakterlər

1536
Cahil cəmiyyətlərdə bütün insan xarakterləri müəyyən meyarların təsiri nəticəsində meydana gəlir. Əsas meyarlardan biri də peşələrdir. Çünki insanın peşəsi cəmiyyətdə onun ictimai şəxsiyyətini və mövqeyini təyin edən çox mühüm amildir. Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə hər insan peşəsinə, ictimai hörmətinə və sərvətinə görə qiymətləndirilir. Yəni cahil cəmiyyətlərdə bütün peşələr hörmətə görə sıralanır və bu hər kəs tərəfindən bilinir. Məsələn, professorlar həkimlərdən, həkimlər müəllimlərdən, müəllimlər xidmətçilərdən daha çox hörmət görürlər.
 
Buna görə də, cahil cəmiyyətlərdə peşə seçən insan yalnız öz maraq sahəsini və qabiliyyətlərini deyil, həm də əldə edəcəyi ictimai mövqeyi və görəcəyi hörməti də nəzərə almalıdır.
 
Peşə seçimi ilə yanaşı insan o günə qədər göstərdiyi xarakterini də dəyişməlidir. Seçdiyi peşənin xarakterinə uyğun yaşamalıdır, çünki cahiliyyə sistemi ona bu xarakteri uyğun görüb. Əgər həqiqətən də, işində yüksəlmək istəyirsə, xarakterini dəyişdirib bu şəxsiyyətə bürünməlidir. 
 
İnsanın xarakterini belə dəyişməsi isə cəmiyyətin heç bir üzvü tərəfindən qınanmır. Əksinə bu yeni xarakter nə qədər yaxşı mənimsənilsə, o qədər çox bəyənilir. Bu halda insanın geyim tərzindən yeriməsinə, oturmasına, səs tonuna, üslubuna qədər hər şeyi peşəsini təmsil edir.
 
Bunlarla yanaşı, hər peşənin "özünə xas" yanlış qaydaları da var. Beləliklə, seçdiyi peşədə müvəffəqiyyətli olmaq və işində yüksəlmək istəyən hər insan bu "qaydalara" tabe olmaq məcburiyyətindədir.
 
Bunu da bildirmək lazımdır ki, cahiliyyə cəmiyyətində müxtəlif səbəblərə görə bu qaydalara tabe olmayan insanlar da var. Bu insanlar həyat tərzləri və ya prinsiplərinə görə peşələrinin xarakterlərinə təsir etməsinə icazə vermirlər.
 
Lakin bu çox az insana aiddir. Bu xarakterləri göstərmələrində əsl məqsəd də şəxsiyyətlərini bildirmək deyil, Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdəki insanların böyük əksəriyyətinə hakim olan səhv anlayışları düzəltməkdir.
 
Allah insanlara xoşbəxt və rahat yaşamağın yollarını Quranda göstərmişdir. İnsan yalnız Allah’a yönəldiyi, Onu dost tutduğu və bəyəndiyi həyatı yaşayanda çətinliklərdən xilas ola bilər.
 
Allah bir ayəsində bu mühüm sirri belə bildirir:
 

O kəslər ki, Allah’ı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allah’ı zikr etməklə rahatlıq tapar. (Rəd surəsi, 28)

 
Allah ilə dost olan insan isə yol göstərici kimi Rəbbimizin endirdiyi haqq kitaba tabe olur. Qurana görə öz xarakterini və həyat tərzini müəyyən edir. Quranın Allah’ın izni ilə insanları qaranlıqlardan nura çıxaran xüsusiyyəti var:
 

Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allah’ın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

 
Buna görə də Quranın qazandırdığı xarakterdə sıxıntı, narahatlıq və qəm-kədər yoxdur. Mütləq gözəl həyat, sabit xarakter və yaxşı rəftarlar var. Allah bu xarakteri mənimsəyən möminlərə etdiklərinin ən gözəli ilə cavab verəcəyini vəd etmişdir:
 

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)

Allah'ı qoyub insanların razılığını axtardıqları üçün
 
Cahil insanların xoşbəxt ola bilməmələrinin bir səbəbi də Allah üçün deyil, insanlar üçün yaşamalarıdır. Bu o deməkdir ki, əgər bir insan bütün doğrularını və yanlışlarını insanların nə deyəcəyinə görə təyin edirsə, yəni laqeyd davranışlarına kədərlənib, bəyənmələrinə sevinirsə, deməli, onların razılığını qazanmağa çalışır. Həmin şəxslərin yanında özünü alçatmamaq üçün cəhd edirsə, bu şəxs insanlar üçün yaşayır deməkdir.
 
İnsanlar üçün yaşamaq isə çox çətindir. Çünki hər insanın zövqü fərqlidir. Bir şəxsin ətrafında yüzlərlə insan olduğunu düşünsək, onların hər birini razı salmaq üçün ayrı-ayrı səy göstərməli olduğu açıq-aydın görünür. Biri yanında şən xarakterli insan görmək istəyəcəksə, digəri də passiv və ciddi olanını axtaracaq. Yəni bir insanın xoşuna gələn rəftar digərini qane etməyə bilər. Həyatda minlərlə belə uyğunsuzluq və zövq fərqi var. Bu vəziyyətdə "insanların rizası üçün yaşayan "şəxslər "minlərlə fərqli tələbi eyni anda" yerinə yetirməlidirlər. Ancaq bunu etdikdən sonra istədiyi bütün insanlar ondan razı olacaq və ancaq bundan sonra ona dəyər verəcəklər.
 
Allah onların bu sıxıntılarına Quranda belə nümunə vermişdir:
 

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah’a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər surəsi, 29)

 
İnsana yalnız Allah’ın sonsuz ağlına inanmaq və elminə təslim olmaq kömək edəcək. Allah insanı və bütün digər varlıqları yaratmışdır. İnsanı nələrin xoşbəxt edəcəyini də yenə ancaq Allah bilir. Allah insanlara qurtuluş yolunu Quranda bildirmişdir: Yalnız Allah’dan qorxub Onun razılığını axtarmaq.
 

Allah: "İki tanrıya sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!" – dedi. (Nəhl surəsi, 51)

 
Bunun əksinə davranmaq insanı bədbəxt etməklə yanaşı, böyük günah qazanmasına səbəb olur. İnsanın Allah’dan başqa varlıqların razılığını qazanmasına çalışması Quranda "şərik qoşmaq" kimi ifadə edilir. Şərik qoşan insan Allah’dan başqa varlığı özünə ilah seçərək bütün həyatını onun üçün yaşayır. Belə insanların axirətdə görəcəkləri qarşılıq isə böyük itki və peşmançılıq olacaq. Buna görə də Allah insanları cəhənnəmlə və geri qayıdış ümidi olmayan peşmançılıqla qarşılaşmadan əvvəl bu mövzuda xəbərdar etmişdir:
 

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan." "Sən yalnız Allah’a ibadət et və şükür edənlərdən ol!" (Zumər surəsi, 65-66)

 

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah’a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

 
Bir şey də unudulmamalıdır ki, insanın dünyada ikən bütün həyatını uğrunda fəda etdiyi və Allah’ı unudaraq onların razılığını qazanmağı hədəflədiyi bütün şəxslər axirət günü onu tək buraxacaqlar. Çünki hər insan yalnız özünün etdiklərindən sorğu-suala çəkiləcək və heç kim bir-birinə kömək edə bilməyəcək. Quranda bu vacib məlumat belə bildirilmişdir:
 

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

 

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah’a) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

 
Tək qalmağın qorxu və həyəcanından insanlar o gün dünyada olan ən yaxınlarını, yəni uşaqlarını, həyat yoldaşlarını, dostlarını yalnız cəhənnəm əzabından xilas ola bilmək üçün fidyə vermək istəyəcək. Ancaq bu istəkləri qəbul olunmayacaq. Ayələrdə bu vəziyyət belə xəbər verilir:
 

Dost dostunun halını xəbər almayacaq. Halbuki, onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur... (Məaric surəsi, 10-15)

 
Bu ayədən aydın olduğu kimi, insanların razılığı üçün qurulan həyat dünyada bədbəxtlik gətirməklə yanaşı, axirətdə də insana zərər verir. Bu vəziyyətdən xilas olmağın yolu isə çox sadədir; Allah’a təslim olub yalnız Onun razılığını axtararaq yaşamaq...
 
Dünyanın imtahan yeri olduğunu unutduqları üçün
 
Cahiliyyə xarakterinə sahib olan insanların xoşbəxt ola bilməmələrinin digər səbəbi də yaradılış məqsədlərini unutmalarıdır. Halbuki, insan Allah’ın ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, Ona gözəl qul ola biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub, dünya həyatına qapılacaqmı deyə sınanır. Allah Quranda dünya həyatının bu həqiqətini belə bildirir:
 

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk Surəsi, 2)

 
İnsanın belə sınanması həyatının hər anında davam edir. Məktəbdə, işdə, evdə, küçədə, tək və ya izdihamlı yerdə olanda, xəstələnəndə və ya sağlam ikən, dünyanın başqa tərəfinə də getsə, orada yenə imtahan olunacaq. Söylədiyi hər söz, göstərdiyi hər rəftar və düşündüyü hər şey əskiksiz olaraq axirətdə qarşısına çıxacaq.
 
İnsanın dünyada olan hər hadisənin yalnız sınaq olduğunu unutması onu təvəkkülsüzlüyə aparır. Belə ki, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez eşidilən "niyə belə oldu, kaş belə olmazdı" "heç nə yolunda getmir", "bütün işlər tərs gedir", "elə etməsəydim, belə olmazdı" və bunlar kimi əksər şikayətlərin altında bu həqiqətin unudulması yatır.
 
Qədəri unutmağın və təvəkkülsüzlüyün nəticəsi isə sıxıntı və bədbəxtlikdir. İnsanların böyük əksəriyyəti hadisələrin hikmətlərini düşünmədiklərinə görə şər görünən ən xırda vəziyyətlə qarşılaşanda dərhal şikayət etməyə başlayırlar. Bunun nəticəsində də həmişə narahat, bədbəxt və çətin həyat yaşayırlar.Halbuki, insanın üzərinə düşən məsuliyyət Allah’ın özü üçün yaratdığı hər andan razı olmasıdır. Şər hesab edilən hadisələr meydana gəlsə də, gözəl əxlaqda və Allah’a olan təslimiyyətində qərarlı olmalı və vacib olan yaradılış məqsədini unutmamalıdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayan şəxslər bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə və dünyada özlərinə gözəllik kimi geri qayıdacağını bilməyin dincliyini və xoşbəxtliyini yaşayırlar.
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo