Cahil cəmiyyət fərdlərinin Quran əxlaqından uzaq bir həyat tərzi yaşadıqları, onları həyatlarının hər mərhələsində böyük yanılmalara və çətinliklərə aparar. Bu yanılmalardan ən əhəmiyyətlisini isə, şübhəsiz ki, özləri yaşayarlar. Tərs məntiqləri və Qurana uyğun olmayan qiymətləndirmələrindən ötrü bu cəmiyyətdə yaranan xarakterlərin heç biri dincliyə və xoşbəxtliyə nail ola bilməz.
Cahil insanların hələ uşaqlıq illərindən etibarən özlərinə model olaraq seçdikləri kəslər mütləq vardır. Böyüyəndə həmişə onlar kimi olmağı hədəfləyər, onların rəftarlarını və həyat tərzlərini təqlid etməyi qarşılarına məqsəd qoyarlar. Bu, bəzən anaları ataları, bacıları, ya da böyük qardaşları, bəzən də yaxın ətraflarından tanıdıqları bir yaxınları, qonşuları və ya televiziya kanalından görüb bəyəndikləri biri ola bilər. Həsəd apardıqları bu şəxsiyyət, insanın yaşadığı mühitə, həyat şərtlərinə, məhəlləyə və mədəniyyət səviyyəsinə görə fərqliliklər göstərər. Bəziləri ən mükəmməl həyat formasının üsyankar və məsuliyyətsiz bir xarakterlə əldə ediləcəyinə inandıqları halda, bəziləri də yenə ətrafından aldığı təlqinlərlə ən etibarlı xarakterin ancaq qürurlu və soyuqqanlı bir xarakter göstərilərək əldə edilə biləcəyinə inanır.
Amma həsəd apardıqları bu modelə çatdıqlarında hadisənin heç də kənardan göründüyü kimi olmadığını başa düşərlər. Bundan sonra da bütün həyatlarını həqiqi mənada ruhlarını qaneedən bir həyatı axtarmaqla keçirərlər. Amma bu axtarışın sonu gəlməz. Yaşları irəliləyib, həyat şərtləri və ətrafları dəyişdikcə, həsəd apardıqları şəxsiyyətlər də dəyişər. Dəbdə olan hər stildən, ortaya atılan hər yeni cərəyandan təsirlənər və axtardıqları dincliyi, ehtimal ki, bu xarakterlərdən tapa biləcəklərini ümid edərək bunları da bir-bir sınayarlar. Cahil insanların yaşadığı bu şəxsiyyət axtarışı ölümlərinə qədər davam edir. Amma əsla rahat olduqları və yaradılışlarına uyğun olan xarakteri və həyat tərzini tapa bilməzlər. Çünki sınadıqları hər sistem, yenə ancaq cahil inancın bir məhsuludur.
Bəziləri də müəyyən bir yaşdan sonra, müəyyən bir xarakteri qoruyub saxlayarlar. Amma bu, onların axtardıqları modeli tapıb xoşbəxt bir həyat yaşamalarından qaynaqlanmaz. Əksinə problemin cahillik sistemi içərisində həllsiz olduğunu başa düşüb, vəziyyətlərini qəbul etmələrindən qaynaqlanır.
Məhz sonrakı səhifələrdə cahil cəmiyyətlərdə hakim olan bu xarakterlər ümumi mənada təsnif edilərək tanıdılmağa çalışılacaq və bu kəslərin necə çətin bir həyat yaşadıqları ortaya qoyulacaq. Bu əhəmiyyətli həqiqət vurğulanacaq, bir tərəfdən də çıxılmaz vəziyyətdə olan cahil xarakterləriylə mömin xarakteri arasındakı böyük fərq görüləcək. Beləcə cahil sistemi yaşayan insanlar hər nə yolu sınayarlarsa sınasınlar böyük bir "ziyan" içərisində olduqları və bu ziyandan xilas olmalarının tək həllinin mömin əxlaqını yaşamaq olduğu bir daha xatırladılacaqdır.
Ancaq bundan əvvəl əhəmiyyətli bir məqamı xatırlatmaqda fayda vardır: Burada göstərilən insan xarakterləri cahil cəmiyyətlərin ümumi vəziyyətini təmsil edir. Əlbəttə ki, cəmiyyətdə müxtəlif səbəblərdən ötrü bu ümumiləşdirmələrə uyğun olmayan istisna kəsləri də vardır. Belə kəslər müəyyən şərtlər altında olaraq, o şərtlərin tələb etdiyi xarakter quruluşunun heç bir xüsusiyyətini daşımaya bilər. Bu səbəblə də cahil insanların hamısının bu izah edilən xarakterləri mənimsədiyini deyə bilmərik. Burada əsl diqqət çəkilmək istənilən şey də fərdlər deyil, cəmiyyətdəki bütün insanlara hakim olan və cahil sisteminin yanlışığını ifadə edən xarakter quruluşlarıdır.