Cahil cəmiyyətdə evdar qadınlar küsəyən olurlar
ucgen

Cahil cəmiyyətdə evdar qadınlar küsəyən olurlar

2448
Cahil cəmiyyətlərdə evdar qadın xarakterinin diqqəti cəlb edən xüsusiyyətlərindən biri də küsəyən olmalarıdır. Bu insanlar şüur altlarında qorxularla birlikdə yaşayırlar. İkinci plana atılma, tərk edilmə, aldadılma bunun əsas göstəricilərindəndir. Cahiliyyə sisteminin yanlış təmələ söykəndiyini bildikləri üçün hər an vəfasızlıqla qarşılaşa biləcəklərini düşünürlər. Məhz buna görə də qarşılaşdıqları hər hadisəni, eşitdikləri hər sözü bu psixologiyaya uyğun dəyərləndirirlər.
 
Məsələn, evlilik ildönümü, ad günü və s. kimi mühüm bir günün həyat yoldaşları, ya da uşaqları tərəfindən unudulması cahil qadınların küsmələrinə və qəribə davranmalarına səbəb ola bilir. Yaxınlarının xırda bir hadisəni belə unutmalarına görə, artıq sevilmədiklərini, əhəmiyyət verilmədiklərini, ya da ikinci plana atıldıqlarını düşünərək küsə bilirlər. Bu ruh halları çox vaxt böyük mübahisələrə və gərgin mühitlərə səbəb olur.
 
Mömin qadının xarakterində isə belə bir əxlaq pozuqluğu olmur. O hər şeydən əvvəl Allah’ın əmri olduğu üçün nə insanlar, nə də hadisələr haqqında şübhəyə qapılmır. Ortada aydın olmayan bir söz və ya rəftar varsa bunu mütləq dəqiqləşdirir, qarşı tərəfin məqsədini və niyyətini öyrənir və buna uyğun hərəkət edir. Amma heç vaxt nə olduğunu anlaya bilmədiyi mövzu, ya da sözü aydınlaşdırmadan küsəyən davranış göstərmir. Onsuz da Quran əxlaqında küsəyən olmağın doğru olmadığını bilir. Bununla yanaşı, mömin qadının evliliyi və ya dostluğu da yenə möminlərlə olacağından, onsuz da belə hadisələrin ola biləcəyi vəziyyət də meydana gəlmir. Çünki mömin xarakteri sözlərin açıq və doğru danışılmasını tələb edir. Allah kinayəli sözü və cahillərin əxlaqında olan "söz atma" kimi davranışları möminlərə qadağan etmişdir. Göründüyü kimi, mömin qadın Qurana uyğun yaşadığına görə belə bir əxlaq pozuqluğunun təsir etmədiyi olduqca hüzurlu və etibarlı həyat yaşayır.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr