Diqqəti cəlb etməyə çalışmaq cahiliyyə cəmiyyətində istər qadın olsun, istər kişi, bütün qocalara xas xüsusiyyətdir, ancaq onlarda meydana gələn bu xarakterin ən mühüm səbəbi yenə cahiliyyə sisteminin yanlış əxlaqıdır. Aralarındakı sevgi anlayışı, əxlaqlarına və imanlarına görə deyil, yalnız mənfəətlərə söykənir, buna görə də mənfəətlər bitəndə sevgiləri və maraqları da bitir. Bu vəziyyətdə mənfəət qazana bilməyən qocalar da sevgini və diqqəti cəlb etməyin fərqli yollarını axtarmağa başlayırlar, ancaq onlar da bunu həqiqətən özlərini sevdirəcək xüsusiyyətlər və rəftarlar göstərmədən cahiliyyə sisteminin çirkin üsulları ilə əldə etməyə çalışırlar. Bu da fərqli üsullarla çirkin əxlaq göstərdiklərinə görə qarşı tərəfdə sevgi yaratmaq əvəzinə nifrət oyadır.
Qocaların diqqəti cəlb etmək üçün seçdikləri üsullardan biri də tez-tez xəstəliklərini, necə ağrıdıqlarını və çətin vəziyyətdə olduqlarını dilə gətirməkdir. Allah’a təvəkkül etmədikləri və hal-hazırki vəziyyətlərinə şükür etmədikləri üçün xəstəliklərindən həmişə şikayətlənirlər. Dediklərində həqiqət olsa da çox vaxt daha təsirli olması üçün vəziyyəti şişirdir və ya yalan danışırlar, xəstə olsalar daha çox diqqəti cəlb edəcəklərinə inanırlar.
Bu halda, həqiqətən də, qarşı tərəf çox mərhəmətli davranmağa başlayır, amma vəziyyəti şişirtmələri bir tərəfdən onları hirsləndirir. Yenə də bunu istədiklərini bildiklərinə görə onlara qarşı diqqətcil olurlar, amma bütün bu edilənlər onları razı salmır. Çünki cahiliyyə əxlaqına uyğun yaşayan qocalar həmişə diqqətin öz üzərlərində olmasını istəyirlər. Buna görə də, bəzən çox qəmgin olur və bir kənarda oturaraq nə yemək yeyir, nə də danışırlar. Məqsədləri başqalarından bunların səbəbinin soruşulması və beləcə də nazlanmalarıdır.
Soruşulduqda da heç nə olmadığını söyləyərək qarşı tərəfi xeyli məşğul edirlər. Çünki cavabı nə qədər çətin alsalar diqqəti o qədər çox çəkmiş olurlar. Bəzən də evin çox səssiz küncünə gedib saatlarla oradan çıxmırlar və beləliklə diqqəti çəkməyə çalışırlar. Oturduqları yerdə əllərində dəsmal səssizcə ağlayır və soruşulduqda da "tək olduqlarını"onları "sevən insanların olmadığını" söyləyirlər. Bununla da qarşı tərəfin "biz varıq" deyərək sevgi göstərməsini umurlar.
Əgər bütün bunlarla yenə də qane olmasalar, bu halda danışıqları ilə istəklərini dilə gətirirlər, yəni cahiliyyə cəmiyyətində hamının mənasını bildiyi atmacalı sözlərdən istifadə edirlər. Məsələn, "istənmədiyim yerdə qalmaram", "gedəcək yerim olsa, sizi narahat etməzdim", və ya "məni qocalar evinə göndərin, daha rahat yaşayarsınız" kimi ifadələr işlədirlər. Bu ifadələrin çoxu məhz özlərinə qarşı diqqəti artıra bilmək üçündür.
Halbuki, bütün bu üslubları gözəl rəftar göstərmək üçün istifadə etsəydilər, bəlkə də, istədikləri sevgi və diqqəti əldə edəcəkdilər. Ancaq çirkin rəftarlar göstərdiklərinə görə istədikləri nəticəni əldə edə bilmirlər.