İman gətirənlərin bir çox gözəl xüsusiyyətləri vardır. Bunlardan biri də heç bir vəziyyət qarşısında Quranda təsvir edilən mömin xarakterindən kənara çıxmamalarıdır.
Bəs möminlərin güclü şəxsiyyətlərinin təməlində nə dayanır?
Uca Allahın razı olacağı mömin xarakterinə necə sahib olmaq olar?
Cəmiyyətdə bir çox insan düşdükləri mühitə uyğun xarakterlərini dəyişdirirlər. Bu insanlar əyləncəli mühitdə şən, ciddi mühitdə ciddi, mənfəət əldə etmək istədikləri digər mühitlərdə mənfəətlərinə uyğun hərəkət edir, tək qaldıqda bu xarakterlərdən uzaqlaşaraq gerçək şəxsiyyətlərini nümayiş etdirirlər. Bu tip insanlara cəmiyyətdə “hər mühitə uyğun insan” adı verilir və əslində, son dərəcə yanlış olan bu şəxsiyyət forması sanki gözəl xüsusiyyətmiş kimi qəbul edilir. Halbuki bu, çox təhlükəlidir. Çünki bu insanlar dəyişən şərtlər qarşısında gözlənilməz davranışlar göstərə bilirlər. Məsələn, mülayim görünən insan bəzi hadisələr ürəyincə getmədiyi vəziyyətdə son dərəcə əsəbi və qəzəbli davrana, yetkin görünən biri isə çox bəsit hadisə qarşısında uşaq kimi rəftar göstərə bilər.
Əslində, bu insanların olduqları mühitə görə fərqli xarakter göstərmələrinin səbəbi bir çox bütə sitayiş etmələridir. Bu insanlar beyinlərində hər kəs üçün müəyyən məqam müəyyən ediblər və bu məqamlara uyğun olaraq insanlara münasibət göstərirlər.
Uca Allah bu insanların vəziyyətini Quranda bir çox sahibi olan kölə ilə yalnız Özünə təslim olan insanı misal verərək hikmətli şəkildə belə bildirir.
Allah bir –biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. (Zumər surəsi, 29)
Uca Allah Quranda razı olacağı müsəlman xarakterini bildirmişdir
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)
Yuxarıdakı ayədə buyrulduğu kimi, Uca Allahın bəyəndiyi tək bir müsəlman xarakteri vardır. Bu müsəlman xarakterində fərqli qadın və kişi xarakterləri, cəmiyyətin insanlara verdiyi fərqli rollar, məqam, mövqe, peşə ya da mala görə fərqli şəxsiyyətə sahib olmaq yoxdur.
Möminin tək xüsusiyyəti təqva sahibi olması, müxtəlif hadisələr və insanlar qarşısında mömin əxlaqından uzaqlaşmamasıdır. Məqalədə Uca Allahın Quranda müxtəlif misallarla diqqət çəkdiyi müsəlman xarakterinin necə əldə ediləcəyini izah edəcəyik.
Səmimiyyət
Möminlərin ən əsas xüsusiyyətlərindən biri də səmimi olmalarıdır. Çünki səmimiyyət hər şərt və vəziyyətdə möminin Uca Allahın bəyəndiyi əxlaqı göstərməsi, heç kəsin görmədiyi və bilmədiyi anlarda belə nəfsinin istəklərinə qalib gələrək daim Rəbbimizin qoyduğu sərhədləri qorumasıdır. Möminin səmimi davranışına ən gözəl nümunələrdən biri hz. Yusufun (əs) ondan murad almaq istəyən və onu həbsə atdırmaqla təhdid edən xanıma verdiyi cavabdır.
Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur.Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. (Yusuf surəsi, 33)
Hər yerdə və hər şərtdə Uca Allahı xatırladan söhbətlər edilməsi
Möminlər Uca Allahın “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et” (Nəhl surəsi, 125) əmrini yerinə yetirmək, Uca Allahın bəyəndiyi haqq dini təbliğ etmək, Quran ilə öyüd vermək, yaxşılığı əmr edib pis əməllərdən çəkindirmək və Allahın ayələrini xatırlatmaqla məsuldurlar.
Möminlər bu öhdəliklərini yerinə yetirərkən olduqları mühit çətin, qarşılaşdıqları insanlar güc və məqam baxımından üstün mövqedə olsa və özlərinə bu insanlardan zərər toxunacağını bilsələr belə, təbliğdən əsla boyun qaçırmazlar. Hikmətsiz və boş söhbətlərdən uzaq duraraq qarşılarındakı insanları Quran ilə xəbərdar edir, hər hadisədə bütün gücün Uca Allaha aid olduğunu izah edir, insanları Uca Allah və yaratdıqları mövzusunda düşünməyə dəvət edirlər, söhbətlərində mütləq Rəbbimizi xatırladan hikmətli nümunələrdən istifadə edir, məsxərəçi üslubla verilən suallara da Qurandan nümunələr gətirərək cavab verirlər.
Çətin şərtlərdə də Uca Allaha təslimiyyətin itirilməməsi
Uca Allahın “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutanlar (Fussilət surəsi, 30) ayəsində bildirdiyi kimi, möminlərin çətin anlarında Rəbbimizə olan güvən və təslimiyyətləri sarsılmazdır. Bu təslimiyyətə görə möminlər iman gətirməyən insanların davranışlarında rast gəlinən qorxaqlıq, geri çəkilmə, müdafiə etdiyi fikirlərdən imtina etmə kimi xüsusiyyətlər yoxdur. Möminlərin çətinlik qarşısında dəyişməyən əxlaqlarına ən gözəl nümunələrdən biri Peyğəmbər Əfəndimizdir (səv). O mağaraya sığındıqda Allaha olan dərin bağlılıq və güvənini dostuna “Qəm yemə, Allah bizimlədir.”(Tövbə surəsi, 40) ayəsində bildirilən sözlərlə göstərmişdir.
Daim Allahın nemətlərini xatırlayıb şükür etmək
Möminlərin mühüm xüsusiyyətlərindən biri də həm özlərinə verilən imkanlar, həm də gördükləri gözəlliklər qarşısında bu imkanları və gözəllikləri yaradanın Uca Allah olduğunu xatırlayıb, Ona şükür etmələridir. Bu mövzuda Quranda örnək göstərilən insanlardan biri hz.Yusufdur (əs). Hz.Yusuf (əs) atasına başına gələn hadisələri bir-bir danışaraq hər şeyin Uca Allahın yaratdığı qədər üzərində yaşandığını bildirmiş və bu yaşadıqları üçün Ona şükür etmişdir. Quranda bu xəbər belə bildirilir:
O dedi: “Atacan! Bu çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şühbəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir”. (Yusuf surəsi, 100)
Təvazökar olmaq
Möminlərin ən gözəl xüsusiyyətlərindən biri də sahib olduqları imkanlara görə təkəbbür hissinə qapılmamalarıdır.Uca Allah müsəlmanların bu xüsusiyyətini bir ayədə belə bildirir:
Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi,23)
Möminlərə bu mövzuda örnək göstərilən insan hz.Süleymandır (əs). Hz. Süleyman (əs) ona verilən nemətlər səbəbi ilə lovğalanan Qarunun əksinə sahib olduğu ehtişamlı nemətləri Allahın şanına təriflər demək, bu nemətləri Allahın verdiyini xatırlamaq, Onu zikr etmək və Onun yolunda sərf etmək istədiyini bildirmişdir. Bu, Quranda belə bildirilir:
Həqiqətən, mən mal və ya at sevgisini Rəbbimi zikr etməkdən dolayı seçdim. (Sad surəsi, 32)
Qınayıcının qınamasından qorxmamaq
Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir (Ali-İmran surəsi, 186) ayəsində xəbər verildiyi kimi, möminlərə qarşı mübarizə aparılacaq, ələ salınacaq, qınanacaq və möminlər əziyyətverici sözlər eşidəcək, fiziki və mənəvi hücumlara məruz qalacaqlar. Ancaq bu davranışlar qarşısında möminlər Allahdan aldıqları gücə görə çox cəsarətlidirlər. Uca Allah atəşə atılmaqdan qorxmayan hz.İbrahimin (əs) cəsur davranışlarını Quranda bütün möminlərə nümunə göstərir. Hz.İbrahim (əs) Allah qorxusundan qaynaqlanan güclü ağlı və cəsarəti bir çox ayədə nümunə verilmişdir. Quranda hz.İbrahim (əs) bütləri ilahlaşdıran inkarçılara qarşı ağıllı cəsarət göstərdiyi belə izah edilmişdir:
Ayələrdə bildirildiyi kimi, hz.İbrahim (əs) qınayıcının qınamasından qorxmayaraq tək başına bütün qövmünə qarşı çıxmış və bütlərin ilah olmadığını, əksinə onların insanlar tərəfindən yonulmuş taxtlardan başqa bir şey olmadığını çox ağıllı üsulla onlara hiss etdirmişdir.
Sözlərində etibarlı olması
Möminlər Allahın hər an hər yerdə onlar ilə birlikdə olduğunu, hesab günündə söylədikləri sözlərdən sorğuya çəkiləcəklərini bildikləri üçün yalan danışmır (Əhzəb surəsi, 70). Yaxınları əleyhinə olsa belə, doğrunu deməkdən çəkinmir (Nisa surəsi, 135). Yanlış əxlaq göstərən birini gördükdə onu xəbərdar edir, etməyəcəkləri şeylər üçün söz vermirlər (Saf surəsi, 2-3).
Uca Allah möminlərin bu xüsusiyyətlərini Rad surəsinin 20-ci ayəsində belə xəbər verir:
Möminlərin Allah qorxusundan qaynaqlanan Quranın hökmlərinə olan bağlılıqları sözlərində etibarlı olmasını təmin edir.
Möminlər ibadətlərində diqqətlidirlər
“O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?” (Məryəm surəsi, 65) ayəsində əmr edildiyi kimi, möminlərin ən önəmli xüsusiyyətlərindən biri də ibadətlərində qərarlı olmalarıdır. Ancaq namaz, oruc, həcc, zəkat kimi fərz olan hökümlərdən başqa, Allah üçün etdikləri hər söhbət və davranışın da ibadət olduğunu bilirlər. Necə ki möminlər 5 vaxt namaz ibadətini diqqətlə yerinə yetirirlər, qəzəbi yenməyin, gözəl söz söyləməyin, insanları xəbərdar edib qorxutmağın, sui-zənn etməməyin, mübahisə etməməyin də ibadət olduğunu düşünərək bunu öz davranışlarında daim əks etdirirlər.
Diqqət və şüurun açıq olması
Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl və sübh çağı Quran oxu! Çünki sübh çağı oxunan Quranın şahidləri olur (İsra surəsi, 78) ayəsində bildirildiyi kimi, Uca Allah sübh çağı Quran oxunmasına diqqət çəkərək möminin oyanması ilə birlikdə yenidən yatana qədər keçən zaman içində diqqətinin daim açıq olmasını əmr edir. Çünki diqqət və şüur açıqlığı insanların hadisələr qarşısında tez nəticələr çıxarmasını, şüurlarının açıq olmasını, hadisələri dəqiq analiz etməsini və daim İslamın xeyirinə nəticələr çıxarmasını təmin edir. Buna görə də möminlər gün boyu Allahla müntəzəm əlaqədə olur və qəflətdən uzaq olaraq daim şüurlarını açıq tuturlar.
Coşqun, şən və canlı olmaq
Möminlərin Allahın varlığından, Onun rizasını qazanmaqdan, Allaha duyduqları dərin hörmət və sevgidən qaynaqlanan son dərəcə canlı, coşqun və şən ruh halları vardır. Bu halları gözlərində canlı baxışlarla, yaşıdlarından daha gənc görünmələri ilə və üzlərindəki nurla əks olunur. Əslində, xarici görünüşlərindəki bu canlılığın qaynağı “Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28) ayəsində xəbər verildiyi kimi, Allahı anmanın, Onun rizasını qazanmaq üçün şövq və həyacanla hərəkət etməyin ruhda yaratdığı şövqdən və bədənin də bunla harmoniya təşkil etməsindən qaynaqlanır.
Məsuliyyətli olmaq
Möminlər uşaq kimi davranmaq, naz etmək, saf görünmək, hadisələri anlamazlıqdan gəlmək, boş söz və işlərlə məşğul olmaq, qısqanclıq, həsəd etmək və s. kimi Uca Allahın Quranda qadağan etdiyi bir çox xüsusiyyətlərdən özlərini çəkindirirlər. Çünki onlar “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər,qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”( Nisa surəsi, 75) ayəsində diqqət çəkildiyi kimi, Uca Allahın seçib bəyəndiyi İslamın dünyada hakim olması kimi şərəfli mübarizəyə həyatlarını həsr etmişlər. Bu böyük fikri mübarizə möminlərin tək məqsədidir və onların hadisələrə görə fərqli davranışlar göstərmələrinin qarşısını alır.
Möminlər uca Allahdan sevgi və hörmətlə qorxan, Onun Salam ( güvən və rahatlıq) isminin ən çox təzahür etdiyi insanlardır. Rəbbimizin hər an onları izlədiyini və axirətdə etdikləri hər şeyə görə hesab verəcəklərini bilən möminlər bu səbəbdən sadəcə Allah`ın razılığını qazanmaq üçün Onun bəyəndiyi, Quranda ətraflı izah etdiyi müsəlman xarakterinə sahib olmaq üçün səmimi cəhd göstərirlər. Bu üstün əxlaqlarına görə uca Allah`ın razılığını qazanacaqlarını umanlar və Rəbbimizin izni ilə həm dünyada, həm də axirətdə xilas olanlar olacaqlar.
İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. (Tövbə surəsi, 20)