15/31- Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
15/32- Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
15/33- İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
15/34- Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun”.
15/35- “Haqq-hesab (din) gününə qədər sənə lənət olacaqdır”.
15/36- İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
15/37- Allah dedi: “Sən möhlət verilənlərdənsən”.
Ayədə şeytanın münafiq və alçaq xarakteri görünür, özünü daha üstün görür.
Allah, din gününə qədər deyə bildirir, şeytan onların diriləcəyi günə qədər, deyir. İki ayrı ifadə var.
Din günü deyildikdə nəzərdə tutulan şey hz. Mehdi (ə.s)-ın zühuru ola bilər. Allahualem.
15/39- İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.
Ayə işarə olaraq, iddia edilən ergenekon işçilərinin xarakterinə də diqqət çəkilmiş olur. İmanlı Türk milləti, hz. Mehdi (ə.s)-ın tələbələri istisnadır, inşaAllah.
(Adnan Oktarın 27 avqust 2010-cu il tarixli müsahibəsindən şərhlər)