İnsanlara həyatı boyu ehtiyacı olan hər məsələdə bütün məlumatları Allah Quranda açıqlamışdır. Dünya həyatının gerçək üzünü, insanların yaradılış məqsədini, gözəl yaşamağın sirlərini, insan fitrətinə ən uyğun əxlaq anlayışını insanlara bildirmişdir. Quranda Allahın əmr etdiyi hökmlər qadın və kişilərə aiddir. Bəzi xurafatçı kütlələr qadın düşmənçiliyini və qadına dəyər verməməyi təlqin etməyə çalışsalar da, bu anlayışa Quranda yer yoxdur. Əksinə, Quranda Rəbbimiz qadınları qoruyan və dəyər verən bir çox ayə nazil etmişdir.
Xurafatçılar qadını necə dəyərləndirir?
Quranda qadını qoruyan ayələr hansılardır?
Hörmətli Adnan Oktarın qadınlarla bağlı açıqlamaları nələrdir?
Xurafatçılıq Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) yaşadığı İslamdan çox fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. İslam dini sevgini, dostluğu, qardaşlığı, sevinci, estetika, incəsənət və elmə əhəmiyyət verməyi, qadına layiq olduğu dəyəri verməyi, mərhəməti, qısaca desək, gözəl olan hər şeyi əmr edir. Xurafatçılıq isə xurafat və bidətlərlə dolu tamamilə başqa dini ortaya qoyur. Sevginin olmadığı, nifrətin və qəzəbin hakim olduğu, təmizliyə, incəsənət və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan olunduğu, qadınlara və uşaqlara amansız qəzəb duyulan sistem şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bəladır.
Xurafatçılar insana və heç bir canlıya dəyər vermirlər. Ruhlarında incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçı, qadına da nifrət edir. Xurafatçıların başlıca cəhətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına üçüncü sinif varlıq münasibəti göstərmək xurafatçılığın əsas xüsusiyyətidir.
Xurafatçılar qadına təzyiq göstərir, hörmət və sevgi bəsləmir, dəyər vermirlər. Qadınları ancaq təmizlik edən, xidmətçi varlıq kimi görürlər. Hətta qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və qabiliyyətinin fiziki quruluşu ilə əlaqədar olaraq daha məhdud olduğuna inanırlar. Məsələn, cəmiyyətdə kişi işi və ya qadın işi deyə ayırd edilən məsələlər var. Əlbəttə, fiziki gücləri və quruluşları baxımından qadınların görə biləcəyi işlərlə kişilərinki fərqlənir. Ancaq bu fərq qadının ağıl və bacarıq yönündən daha gücsüz olması demək deyil. Dövrümüzdə qadınlar bir çox sahədəki bilik və bacarıqları ilə bu ön mühakimənin əsassızlığını ortaya qoyurlar.
Quranda qadınla kişi bərabərdir
Qadının cəmiyyətdəki yeri haqqında dünyanın hər ölkəsində əsrlərdən bəri müzakirələr davam edir. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, iş həyatında yer tutub-tutmaması kimi bir sıra sosial məsələlər illər boyu dünya gündəmindədir. Halbuki, bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox vacibdir və həqiqi İslam əxlaqının mənimsəndiyi cəmiyyətdə bu cür müzakirələr olmaz. Çünki İslamda qadınla kişi bərabərdir.
Əlbəttə, fiziki cəhətdən qadınla kişi bir-birindən fərqlidir. Ancaq qadının fiziki baxımdan kişidən gücsüz olması ona cəmiyyətdə kişidən az dəyər verilməsi üçün əsaslı səbəb deyil.
İslam əxlaqına görə, bir insanın qadın və ya kişi olması deyil, Allaha dərin iman və Allah qorxusu ilə bağlanması önəmlidir. Allahın əmr və qadağalarına dəqiqliklə tabe olması, Quran əxlaqına uyğun yaşamağa çalışmasıdır. Allah qatında insanın bu xüsusiyyətlərinə dəyər verilir. Allah Quranda qadın və ya kişi olmasından asılı olmayaraq, iman gətirən şəxsin lazımi xüsusiyyətlərini çox ətraflı açıqlamışdır.
Quranda qadın və kişiyə eyni cür xitab edilir
Quran ayələrinə baxdıqda Allahın qadınla kişiyə ortaq xitab etdiyini görürük. Allah Quranda bir insanın gənc, yaşlı, qadın və ya kişi olmasının deyil, səmimi qəlbdən iman gətirməsinin vacib olduğunu bildirir. Buna görə, Allah Quran ayələrində qadına və kişiyə birlikdə xitab edir və hər ikisinin öhdəliklərinin eyni olduğunu xatırladır. Quranda bu cür bir çox ayə var.
Allah Quranda “Mömin olaraq yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)“ayəsində səmimi iman gətirən insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını bildirmiş, iman gətirənlərin heç bir haqsızlıq edilmədən mütləq Allahın rəhməti və cənnəti ilə mükafatlandırılacağını xəbər vermişdir.
Qadınlar haqqında on illərlə davam edən mübahisələrin kökündə xurafatçıların yanlış düşüncə tərzi durur. Dövrümüzdə dünyanın bir çox ölkəsində zorakılığa və pis rəftara məruz qalan, işsiz, qayğıya möhtac, yaşlılar evinə tərk edilmiş çox sayda qadının olması sözügedən yanlış düşüncə tərzinin nəticəsidir. Bu ictimai problemin həqiqi həlli Quran əxlaqına uyğun yaşamaqdır. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın hüquqlarını qorumağa çalışmış, cəmiyyətdə qadınlara qarşı yanlış baxışı aradan qaldırmış, qadına cəmiyyətdə dəyərli yer qazandırmışdır. Rəbbimiz Quranda insanlara Öz qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğunu bidirmişdir.
İnsanlar arasındakı yeganə üstünlük ölçüsü təqvadır
Xurafatçılar Quranda olmayanları İslam dininə daxil etməyə çalışır, öz xurafatlarına uyğun olmayan hökm və əmrləri inkar edirlər. Quranın sevgi, şəfqət, qardaşlıq və sülhü nəsihət etməsi, bütün gözəlliklərin təriflənməsi, incəsənətə və elmə təşviq edilməsi, qadınlara üstünlük verilməsi, qorunması onların qəzəbinə səbəb olur. Xurafatçı düşüncə tərzində kişinin üstün olduğu düşünülür. Ancaq Allahın Quranda bildirdiyi kimi, üstünlüyü qadın və ya kişi olmaqda, fiziki gücdə və ya başqa meyarda axtarmaq böyük aldanışdır.
Allah bir ayədə: “… Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun! (Bəqərə surəsi, 197)“ – şəklində buyuraraq insanlara dünyada əldə edəcəkləri ən xeyirli tədarükün təqva olduğunu xəbər vermişdir, yəni Qurana əsasən, insanlar arasındakı yeganə üstünlük ölçüsü təqvadır.
Peyğəmbərimiz (s.ə.v) xanımları dünyanın bəzəyi kimi görmüş və onlara çox dəyər vermişdir
Peyğəmbərimiz (s.ə.v) Allahın Quranda bildirdiyi kimi, qadınların cəmiyyətdə qorunması, layiq olduqları hörmət və sevgi görməsi üçün ictimai sahədə görülməli tədbirləri Quran ayələrilə və şəxsən özü tətbiq edərək bütün insanlara bildirmişdir. Peyğəmbərimizin (s.ə.v) Quran ayələrinə uyğun bütün davranışları qadınların lehinədir və qadınların zərər çəkməsinin, əzilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Peyğəmbərimizin (s.ə.v) xanımlarına və əshabındakı xanımlara göstərdiyi gözəl rəftar bütün müsəlmanların qadınlara qarşı düşüncə tərzini müəyyən edən ən gözəl nümunədir. Peyğəmbərimizin (s.ə.v) ilk xanımlarından hz. Xədicə (r.ə) və hz. Sudə (r.ə), hz. Aişə (r.ə), hz. Həfsə (r.ə), hz. Zeynəb (r.ə), hz. Ümmi Sələmə (r.ə), hz. Cüveyriyyə (r.ə), hz. Ümmi Həbibə (r.ə), hz. Safiyə (r.ə), hz. Meymunə (r.ə) kimi adları çəkilən digər xanımları da Peyğəmbərimizin (s.ə.v) bu nümunəvi davranışlarından müxtəlif rəvayətlərdə bəhs edirlər.
Rəvayətlərdə Peyğəmbərimizin (s.ə.v) xanımları ilə oyun oynadığı, qaçışda yarışdığı da bildirilir. Səhabələr “PEYĞƏMBƏR (S.Ə.V) XANIMLARI İLƏ ƏN ÇOX ZARAFAT EDƏN İNSAN İDİ. (Hasan B. Süfyan Müsnedi’nde aktarılmıştır; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2-ci cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.105)” sözləri ilə Peyğəmbərimizin (s.ə.v) xanımlarına diqqətini və sevgisini bildirmişlər.
Bundan əlavə, hz. Aişə (r.ə) “Peyğəmbərimiz (s.ə.v) “XANIMLARINA QARŞI İNSANLARIN ƏN MÜLAYİMİ, ƏN SƏXAVƏTLİSİ, ƏN GÜLƏRÜZLÜSÜ İDİ. (G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 531/7)” sözü ilə müsəlmanların xanımlarına və bütün qadınlara necə davranmalı olduğunu bildirmişdir.
QURANDA QADINA VERİLƏN DƏYƏRİ BİLDİRƏN BƏZİ AYƏLƏR
- Anaya verilən dəyər
- Ailə həyatında qadına verilən dəyər
- Qadınların könlünü alaraq və razı salaraq boşamaq
- Qadınların boşandıqdan sonra maddi cəhətdən təmin edilməsi
- Qadına verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınlar üçün sığınacaq yeri təmin edilməsi
- Qadına zorla varis çıxmamaq
- Yetim qadınların hüquqlarının qorunması
Qadınlar Allahın yaratdığı çox mübarək və möhtərəm varlıqlardır. Allah onları dünyanın ən gözəl bəzəyi kimi yaratmışdır. Şeytan isə qadın düşmənidir və qadına nifrət edir. Darvinistlər, kommunistlər, faşistlər və xurafatçılar da qadına nifrət edirlər. Qadını üçüncü sinif varlıq kimi görürlər. Halbuki, qadınlar çox zəkalı, ağıllı, incədüşüncəli, incəsənətə meyilli gözəl varlıqlardır. Quranda xurafatçılar, münafiqlər, müşrik və saxtakarlarla bağlı çoxlu ayə var. Ancaq istər Quranda, istərsə də Peyğəmbərimizin (s.ə.v) hədislərində xurafatçıların Quran və hədislərə əsaslandırdığı qadınları alçaldan sözlərə və xurafata yer yoxdur. Unutmaq olmaz ki, hər xalqın arasında pislər var, qadınların da pisi Quranda münafiq adlandırılır və axirətdə eynilə münafiq kişilər kimi cəza çəkəcəkləri bildirilir. Ancaq xurafatçıların qadınların hamısını pisləyən, böyük qisminin cəhənnəmə gedəcəyini bildirən sözləri tamamilə xurafatdır və bu şəxslər Allahın adından yalan danışırlar.
Hörmətli Adnan Oktar qadınların dünyanın bəzəyi olduğundan bəhs edir
ADNAN OKTAR: Bizim aydın, təmiz zəkaya ehtiyacımız var. Təzyiq göstərdikdə beyin zərər görür, funksiyaları pozulur, bədbinlik əmələ gəlir. Kompyuterlərin enerjisi kəsildikdə bir işə yaramadığı kimi, bədbin insan da bir işə yaramaz. Xurafatçılıq insanın damarlarını qoparır. Sevinməyi, gülməyi qadağan edir. İnsan gülməlidir. Niyə gülməyi qadağan edirsiniz? Gülsün. Gənc qızları nəfəs almağa qoymurlar. Elə qanunlar qoyublar ki, qadını üçüncü sinif, insanlıqdan çıxmış, şübhəli varlıq kimi göstərirlər. Əslində, xristianların və yəhudilərin xurafatçıları da eyni düşüncədədirlər. Doğrusu, yəhudilərin içindəki xurafatçılardan da təsirləniblər. Bu gün baxıb təhlil etdim, həqiqətən, mənbəyi bir az da oradan gəlir.
Qadınlar olduqca zəkalı və sevimli varlıqlardır. Özünün üstün olduğunu haradan çıxarmısan? Kişilərdə belə bir xüsus var. Gənc qız dostları olur, mütləq ondan ağıllı olduğunu iddia edirlər. Qadınların ağılsız olduğuna inanırlar. Halbuki, çox yaxşı bilirlər ki, bir qadın bir kişini yaxşı təhlil edir, ancaq bir kişi bir qadını asanlıqla anlamır. Qadın onun bütün cəhətlərini – zəif cəhətlərini, çatışmayan xüsusiyyətlərini, acizliyini görür. Qadın üstün varlıqdır, çox zəkalıdır. İncəsənətə, sevgiyə meyillidir. İnsanlar Allahın qadındakı təcəllisini görməlidirlər. Dünyanın ən gözəl bəzəyi qadındır. Qadın cənnət varlığı kimidir, qeyri-adidir, çox əxlaqlıdır. Əgər layiq olduğu dəyər verilərsə, qadın qeyri-adi sevgi göstərər, güclü incəsənət bacarığı üzə çıxar. Əgər kədərləndirsən, mənəvi olaraq çökər. Gözəlliyi də, sağlamlığı da gedər. Çünki qadın çox incə varlıqdır. Ona görə, Allah: “Bitki kimi yetişdirilən”, – deyərək Quranda ona diqqət çəkir. Bir çox insan qadına kobud davranır, təhqir edir, öz üstünlüyünü göstərir. Halbuki, insan zəka cəhətdən üstün olduğunu iddia edərsə, qadını əzməyə çalışarsa, qadın özünə hörmətini itirər, ondan sonra da məhv olar və bir işə yaramaz, Allah qorusun, gücü gedər. Ona görə, müsəlman müsəlmana xoş söz deməli, könlünü almalı, yaxşı, doğru, gözəl cəhətini vurğulamalı, sevgi göstərməlidir. Xoş söz vacibdir, həqiqətən, doğru olan, üstün xüsusiyyətlərini söyləməlidir. Xurafatçılar: “Xoş söz deməyin”, – deyirlər. Xoş söz, sevgi, gülmək, ətrafa baxmaq, danışmaq qadağandır, bir sözlə: “Öl”, – deyirlər. (11 iyun 2011-ci il. A9 TV)
Cənab Adnan Oktar qadına təzyiq göstərmək, hörmət və sevgi bəsləməmək, dəyər verməmək kimi davranışların münafiq, müşrik və xurafatçılara məxsus olduğunu, Quranda bütün sistemin qadını qorumaq üzərində qurulduğunu izah edir
ADNAN OKTAR: Bəzi insanlar təəssüb və təzyiqin qadınları xoşbəxt edəcəyini düşünürlər. Qadınlara güvənmirlər, “Qadın evdə oturmalıdır”, – deyirlər. “Əsla pəncərədən küçəyə baxmasın”. Niyə? “Oradan biri ilə tanış olar, ünsiyyət qurar, dost olar, ona görə küçəyə baxan pəncərə olmamalıdır”, – deyir. Bu qəribə düşüncə tərzinin ardında qadına etibar etməmək və potensial təhlükə kimi görmək durur. Qız uşaqlarını doğulan kimi öldürmək müşrik və münafiq xarakteridir. Münafiqlər qadına çox nifrət edirlər. Ancaq onlardan soruşsan: “Qoruyuram”, – deyir. Necə qoruyursan? “Evdə saxlayıram, küçəyə buraxmıram, başqa nə edim?” – deyir. Onların özünəməxsus klassik metodlarını saymaqla qurtarmaq olmaz. Özünü etibarlı hesab edir. Axı, sən də insansan, o da insandır. O da səni otağa salıb bağlasın, küçəyə buraxmasın. Elə şey olarmı? Hər şeyi kişilərin lehinə yozurlar. Halbuki, Quranda qadını müdafiə edən üslub var. Allah daima qadının tərəfindədir. Qurandakı ayələr də qadını qoruyur. Yəni, əsasən, məsuliyyət kişinin üstünə düşür. Bundan sonra belə şeyə izin vermərik, inşaAllah… (7 sentyabr 2010-cu il, Gaziantep Olay TV və Çay TV)