Möminlərin birlik olmasının fərz olması

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.(Ali İmran 103)

Birlik olub fikri mübarizə aparmaq

Qoy sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran 104)

Möminlərin ayrılığa düşməməyi

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran 105)

 

Fitnə qalmayana qədər mübarizə aparmaq fərzdir

Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür. (Ənfal surəsi 39)

 

Dini qorumaq, ayrılığa düşməmək

(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi 13)

 

Elm sahibləri doğru bilgini bildikləri halda, ayrılığa düşmələri

Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər. Əgər Rəbbindən, müəyyən bir vaxtadək Söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra Kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər. (Şura surəsi 14)

 

Allahın Rəhmətindən ümid kəsmək

(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zümər surəsi 53)

 

Çəkişməmək, birlik olmaq

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (ənfal surəsi 46)

 

Möminlər birlik olmazsa, yer üzündə fitnə çıxar

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

 

Müsəlmanlara hücum olduğunda birlik olub qarşı gəlmək

O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alarlar. (Şura surəsi, 39)

 

Səf bağlayıb, birlik olub mübarizə aparmaq

Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Saff surəsi, 4)

 

Dinlərini parça-parça edib, özləri də birləşənlər

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)

 

Fikri mübarizə yerinə ailə, əşirət, ticarət seçmək

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tovbə surəsi, 24)

 

Allahın hakimiyyəti vəd etməsi

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

 

Allahın yolunda fikri mübarizə aparmaq

Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir. (Saff surəsi, 11)

Sizə nə olub ki, (malınızdan) Allah yolunda xərcləmirsiniz? Halbuki, göylərin və yerin mirası Allahındır. Sizlərdən (Məkkənin) fəthindən əvvəl xərcləyib döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən) sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır. (Hədid surəsi, 10)

 

Yer üzündə təxribatçılığı önləmək

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular. (Hud surəsi, 166)

 

Xeyirə çağıran bir cəmiyyətin olması

Qoy sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran, 104)

 

Xeyirə qarşı olan, hücum edən və şübhə edənlər

(Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,         xeyirə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, ... (Qaf surəsi, 24-25)

 

Zəif buraxılanlar adına mübarizə aparmamaq

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

 

Şeytanın dostlarına qarşı mübarizə aparmaq

Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.(Nisa surəsi, 76)

 

Möminləri mübarizə üçün hazırlamaq, təşviq etmək

Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də (döyüşə) təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir. (Nisa surəsi, 84)

 

Mübarizədə zəiflik göstərməmək

(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 104)

 

Kafirlərlə dostluq etməmək

Möminləri qoyub kafirləri (özlərinə) dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki, qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)

Ey iman gətirənlər! Möminləri qoyub kafirləri (özünüzə) dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz? (Nisa surəsi, 144)

Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir. Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi, 14-16)

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz). Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar. (Mümtəhənə surəsi, 1)

 

Kitab əhli ilə ən gözəl tərzdə mübarizə

İçərilərindən zülm edənlər istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)

(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)