Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta emosionallığın hər insanın əsas xüsusiyyətlərdən biri olduğuna inanılır. Bu düşüncəyə görə, emosionallığın səbəb olduğu hərəkətlər də lazımlı insani duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik kimi yanlış xüsusiyyətlərin ‘insanın içindən gələn duyğular’ olduğu düşünülərək daim buna təşviq edilir.
Halbuki bu düşüncə tamamilə səhvdir. Xüsusilə cahiliyyə cəmiyyətində qadın xarakterində görünən emosionallıq insanın zəif xarakterli olmasına səbəb olur. Belə halda insan hadisələr qarşısında duyğularına uyğun hərəkət etdiyi üçün ağılla davranmır. Məntiqli və doğru düşünə bilmir, məqsədə uyğun qərarlar qəbul edə bilmir.
Müsəlman qadın bütün həyatını və xarakterini Qurana əsasən müəyyənləşdirdiyi üçün nəfsin bu xüsusiyyətini və ona qarşı necə mübarizə aparmaq lazım olduğunu çox yaxşı bilir. Emosionallığın insanı ağıldan uzaqlaşdırdığını, doğru düşünməsinə və həqiqətləri görməsinə mane olduğunu, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Bundan başqa, cahiliyyə qadın əxlaqına xas olan durğunlaşmaq, kədərlənmək, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq, içinə qapanmaq kimi davranışların imanlı insanın xarakterinə zidd olduğunun da şüurundadır. Çünki bütün bu davranışlar Allah`ın bəyənmədiyi və insanın bunlardan uzaqlaşmalı olduğu davranışlardır. Bu mənfi davranışların hər biri insanın bəzi inanc zəifliklərindən və gerçəkləri kifayət qədər qavraya bilmədiklərindən qaynaqlanır. Asanlıqla hüznə qapılan, ağlayan, nəfsinə məğlub olan, qısqanclıq edən, durğunlaşan, içinə qapanan insanlar Allah`ın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı kədərlənmələri, hirslənmələri, qısqanclıq etmələri inanc zəifliklərindən qaynaqlanır.
Allah`a könüldən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allah`ın idarəsində olduğunu bilərək, hər şeyi xeyir gözüylə qiymətləndirmək insanın duyğularına qapılıb mənfi münasibət göstərməsinə mane olur. Müsəlman qadın Allah`a olan güclü sevgisi və dərin Allah qorxusundan emosionallığın səbəb olduğu bütün yanlış davranışlardan diqqətlə çəkinir. Müsəlman qadın Allah`ın “Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər.”(Furqan surəsi, 74) ayəsi ilə bildirdiyi kimi, bütün hərəkətləri, xarakterləri, yüksək əxlaqı ilə insanlara nümunə olmağı hədəfləyən insandır. Bu da ona heç bir hadisə qarşısında aciz qalmayan güclü şəxsiyyət qazandırır.
Mömin qadınlar əksər vaxtı qadın əxlaqında görünən bu emosional davranışlardan çəkinib güclü xarakter göstərərək bu xarakteri mənimsəyən qadınlar üçün gözəl nümunə olacağını bilir və bu məsuliyyətlə hərəkət edirlər. Allah`ın “…nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!”(Həşr surəsi, 9) ayəsiylə bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, rahatlığa qovuşur və xoşbəxtliyi ən gözəl şəkildə yaşayırlar. Emosionallığın insanlara yaşatdığı bütün çətinliklərdən və sıxıntılardan uzaq olurlar.