İman edən bütün insanlar kimi, Müsəlman qadının da tək rəhbəri Qurani-kərim və Peyğəmbərimizin (səv) sünnəsidir. Mömin qadın bütün şəxsiyyətini, xarakter xüsusiyyətlərini, həyat tərzini, ideallarını, istəklərini, rəftarlarını və əxlaqını Qurana və Peyğəmbərimizin (səv) tövsiyyələrinə görə təyin edər. Allah möminlər üçün ən doğru və ən gözəl hökmlərin Quranda olduğunu
“...Qəti inanan bir camaat üçün Allah'dan daha yaxşı hökm verən kim ola bilər?”(Maidə surəsi, 50)
ayəsi ilə insanlara bildirmişdir. Başqa ayədə isə Allah Quranın iman edənlər üçün hər mövzuda yol göstərici kitab olduğunu belə xəbər vermişdir:
“... Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, Müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik.” (Nəhl surəsi, 89)
Peyğəmbərimiz isə
"Sizə iki şey buraxıram. Bunlara əməl etsəniz, əsla yolunuzu azmazsınız: Allah'ın Kitabı və Rəsulunun sünnəsi"
sözləri ilə Müsəlmanların ən əhəmiyyətli iki yol göstəricisinin Qurani-kərim və Peyğəmbərimizin sünnəsi olduğunu xatırlatmışdır. Quran və Peyğəmbərimizin sünnəsi iman edən bir qadının həyatı boyunca hər mövzuda yol göstəricisidir.
Cahiliyyə cəmiyyətlərində qadınların mənimsədikləri əxlaqa baxdığımızda, bu şəxslərin vərdişlərinə, ya da nəfslərinin istəklərinə görə hərəkət etdiklərini görərik. Uşaqlıq illərindən etibarən xarakterlərini formalaşdıran təlqinlər bu şəxslərin yönəldikləri yeganə yola çevrilmişdir. Ətraflarında yaşayan qadınların həmişə eyni cür davranmaları, eyni danışıqları, filmlərdə, romanlarda qadınların həmişə eyni xarakteri göstərmələri, qadınlardan bəhs edilərkən eyni ortaq xarakterin dilə gətirilməsi, bu şəxslər üçün bu xarakteri sanki vərdişə çevirmişdir. Buna görə də onlar üçün doğru yol bütün qadınların ümumi tətbiqləri və nəfslərinin o ankı istəkləri olmuşdur. Hər hansı bir hadisə qarşısında verəcəkləri reaksiya, verəcəkləri qərar və hətta bəzən söyləyəcəkləri sözlər belə eynidir. Ancaq əhəmiyyətli olan isə bu yollarının tamamilə batil olması və özlərini də səhv yola aparmasıdır.
Mömin qadınlar isə hər işlərində Quranı rəhbər etdikləri və Peyğəmbərimizin (səv) əxlaqını nümunə götürdükləri üçün daim məqsədəuyğun hərəkət edər, hikmətli qərarlar alar və buna görə də etdikləri hər işdə ən yaxşı nəticələri görərlər. Bundan başqa, cahiliyyə əxlaqının qadınlara yaşatdığı bütün narahatlıqlardan və çətinliklərdən uzaq bir həyat sürərlər. Allahın,
“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.”(Nəhl surəsi, 97)
ayəsi ilə mömin qadınlara və mömin kişilərə vəd etdiyi kimi gözəl bir həyat yaşayarlar.