Nə demişdiNə oldu

 

TV Kayseri ve Samsun Aks 22 SENTYABR 2010

Adnan Oktar: 
İndi Türkiyənin belə çətin bir dövrdən keçdiyini görür bu yoldaşımız, deyilmi? PKK-nın və yaxud digər kəslərin etdikləri hərəkətləri görür, deyilmi? Cənub-Şərqdə edilən, məktəblərdə edilən boykotu görür. Bunun dövləti necə çətinə soxduğunu da görür. İndi belə bir mühitdə insan sakitləşdiricimi olar, təşkil edicimi olar, yoxsa belə hərəkətlərmi edər? Qardaşım, din dərsi niyə boykot edilsin? Yəni mənim Şiə qardaşım niyə din öyrənməsin? Xristianlığı öyrənsin, yəhudiliyi öyrənsin, müsəlmanlığı öyrənsin, şiəliyi öyrənsin, bektaşiliyi öyrənsin, vəhhabiliyi öyrənsin, kommunizmi öyrənsin, faşizmi öyrənsin. Ümumi mədəniyyətdən, məlumatdan qorxmaq olmaz. Yəni, "onu öyrənmə, bunu öyrənmə. Ona  boykot, buna boykot"  etmək olmaz.


Ekin TV, 19 Yanvar 2009 

Adnan Oktar: 
Bizim millət çox gözəl xasiyyətlidir, bizim millətimiz, çox məzlumdur, bizim millət qarışıqlıqdan xoşlanmaz. Osmanlıdan etibarən də köhnədən bəri İslamı çox mükəmməl yaşayan bir millətdir Türk milləti. Çox zadəgandır, çox məqbuldur. Deyirdilər şiə-sünni ayrı-seçkiliyi. Hz. Əliylə Hz. Əbubəkr  zamanında şiə, sünni qarşıdurması var idimi? Bax, hər yer Hz. Əbubəkr dolu, hər yer Hz. Əli dolu və qucaqlaşırıq və qardaşıq. Əllərindən gələni etsinlər, heç bir şey edə bilməzlər. Şiələr xalis qəhramandır. Hamısı aslandır. Türkiyənin bünövrəsi  bu insanlardır, bir də onlar türkdürlər. Çox igiddirlər şiələr. Sünni qardaşlarımız da elə çox təmizdirlər, eynilə  şiələr kimi. Heç ayrı-seçkiliyimiz yox.


Irak An Anbar TV, 21 Sentyabr 2008

Adnan Oktar:
Bunlar bizi bir-birimizə kilitləyəcək, inşaAllah, qardaşlıq bağımızı çox  gücləndirəcək, sevincli, gözəl bir şənliyə  doğru biz gedirik, inşaAllah. Hz Mehdinin zühuru an məsələsi, Hz. İsanın enişi də an məsələsidir, inşaAllah. Çox gözəl bir birlik olacaq.Sünni, şiə qardaşlarım qardaşlıqlarını gücləndirsinlər.  Çox gözəl bir qardaşlıq bağı meydana gətirsinlər.Cəfərilər, sünnilər, şiələr son dərəcə təqvalıdır. Ərəblər bizim canımız qardaşlarımız, Peyğamberimizin soyudur. Kürdlər canımız qardaşlarımızdır.  Xristianlar hamısı Əhli-Kitabdır, hamısı bizim qardaşımızdır. Bu ayrılığa əsla yol verilməsin.

 

Akit, 18 Aprel 2011

Əhlibeyt Elm və Qardaşlıq Dərnəyi Əqdə nəzakət ziyarəti etdi. Dərnək Başçısı Əli Kamal Tayanç, İdarə heyəti Üzvləri Mahmud Ərdoğan və İskəndər Dəmirdən ibarət olan heyət, Müəssisə müdiri Nuru Karahasanoğlu ilə görüşdü. Tayanç ziyarətində şiələrin Quran kursu açması lazım olduğunu ifadə etdi. Şiəlik və Əhlibeyt ilə bağlı  işlər gördüyünü yazan Tayanç, dərnək olaraq müstəqil Quran kursu açmağı düşündüklərini söylədi. Xeyirdə yarış etmək istədiklərini ifadə edən Başçı Tayanç, Quran kursunun əhəmiyyətli olduğuna toxundu. Dövlətin birliyi, müsəlmanların hüzur və qardaşlığın səmimiyyəti üçün belə bir istəkdə olduqlarını yazan Əli Kamal Tayanç, qardaş olaraq iki cəmiyyətin eyni zamanda sülh  elçiləri olduqlarını ifadə etdi. Tayanç, Quran kursunda hədis məlumatı, əhlibeyt həyatı, səhabələrin yaşayışı, Hz. Məhəmməd, Hz. Əli, Əhməd Yəsəvi, Hacı Bektaş Vəlinin həyatlarının həm məscidə həm də cammatların toplandıqları evlərə getdiklərinin  söylədi.