Peyğəmbərimiz (s.ə.v) axır zamanda yaşanacaq hadisələrin hamısını çox təfərrüatlı şəkildə xəbər vermiş, sanki bir təqvim kimi hz. Mehdi (ə.s)-ın hansı hadisələrdən sonra çıxacağını, hz. Mehdi (ə.s) çıxmamışdan əvvəl və çıxdıqdan sonra nələr yaşanacağını izah etmişdir. Peyğəmbərimiz (s.ə.v)–in xəbər verdiyi bütün hadisələr hicri, 1400 (miladi, 1979)-cü ildən etibarən ard-arda reallaşmış və bu xəbərlərin reallaşması ilə yüzlərlə hədisin səhih olduğu dəqiqləşdirilmişdir.
Rəsulullah (s.ə.v)-in xəbər verdiyi axır zaman hadisələrindən biri də, Misirdə yaşanan qarışıqlıqdır. Peyğəmbərimiz (s.ə.v) bu münaqişənin hansı hadisələrdən sonra baş verəcəyinə kimi hadisəni bütün ayrıntıları ilə təsvir etmişdir. Buna görə, iki uclu bir kometanın (ulduzun) çıxmasının ardından "ala qarğaya" bənzəyən bir şəxsin Misirdə qarışıqlıq və fitnələrə səbəb olacağını bildirmişdir
Peyğəmbər Əfəndimiz (s.ə.v) bu şəxsin fitnələrin yaşandığı və iki uclu kometanın çıxdığı dövrdə yaşayacağını bildirmişdir. Bəhs edilən Lulin kometası 2009-cu ilin fevral ayında dünyaya ən yaxın nöqtədən keçmişdir. Hədisin bu cəhəti yaşadığımız dövrə işarə etdiyi aydın olur. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.v)-in "Misirdə zühur edən alaca qarğa" bənzətməsi isə Hüsnü Mübarəkə tam olaraq uyğun gəlir.
Peyğəmbərimiz (s.ə.v)-in bu şəxslə əlaqədar xəbər verdiyi başqa ayrıntılar da var. Bu ayrıntılara əsasən bu şəxsin batıq burunlu olacağı bildirilir:
Deyləmi, Əbu Əli Mərdənidən (rəvayətçi silsiləsi ilə), o da Əbu Zərdən, Əbu Zər də Rəsulullah (s.ə.v)-dən belə rəvayət etdilər: “MİSİRDƏ QUREYŞDƏN BİR ADAM ÇIXAR, BATIQ BURUNLUDUR. MƏĞLUB OLAR , MÜLKÜNÜ XARAB EDƏR VƏ RUMA QAÇAR.” Onları götürüb İskəndəriyəyə gətirər, müsəlmanlarla döyüşər və ilk müharibə bu olar.”
Şəkildə də görüldüyü kimi Hüsnü Mübarəkin burnunda eyni hədisdə təsvir edildiyi kimi açıq şəkildə fərq edilən bir batıqlıq vardır. |
Peyğəmbərimiz (s.ə.v)-in verdiyi ayrıntılar bununla da məhdudlaşmır. Peyğəmbərimiz (s.ə.v) bu adamın uzun boylu, geniş çiyinli, hərbi gücü böyük olan bir kəs olduğunu da xəbər vermişdir:
“Kabdan gələn bir başqa rəvayətdə də Mahzum qəbiləsinə mənsub bir kəs başa keçəcək, daha sonra Mövla gələcək sonra da QARŞI ÇIXANI YOX EDƏN, UZUN BOYLU, ÇOX QÜVVƏTLİ, GENİŞ ÇİYİNLİ BİR ƏRƏB başa keçəcək... “ (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 30)
Bu hədisdə bildirilən ayrıntıların hər biri yenə də eyni şəkildə tam olaraq Hüsnü Mübarəkə uyğun gəlir.
Məsələn, Hüsnü Mübarək "uzun boylu olmağı" prezidentlik şərtlərinə əlavə etmişdir. Özü də eynilə hədisdə ifadə edildiyi kimi "uzun boyludur".
Hədisdə ifadə edilən bir başqa xüsusiyyət isə, bu adamın "ona qarşı çıxanı yox etməsi"dir. Necə ki, Mübarək, dövlət başçısı olduğu illər boyunca, xalqa və xüsusilə də müsəlmanlara etdiyi zülmlərdən və diktator rəhbərliyinə görə "Son Firon" olaraq xatırlanılır.
Peyğəmbərimiz (s.ə.v) bu adamın "fiziki cəhətdən qüvvətli və geniş çiyinli " olduğundan da bəhs etmişdir. İstər hərbi keçmişi, istərsə də “ÖZÜNƏ AİD 25 MİNLİK BİR ORDUSU” olması səbəbiylə zahirən qüvvətli olan Mübarəkin fiziki cəhətdən də güclü və geniş çiyinli olduğu açıq şəkildə görünür.
Rəsulullah (s.ə.v) bütün bu hadisələri izah edərkən fitnə və münaqişələrin hz. Mehdi (ə.s)-ın zühuruyla sona çatacağını da müjdələmişdir.
“... ONUNLA (HZ. MEHDİ (Ə.S) İLƏ) FİTNƏDƏN XİLAS OLACAQLAR. “ (Kitab-ül Burhan fi Alametil Mehdiyyil Muntazar)
“... Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, BU FİTNƏ QALDIĞI YERDƏN DƏRHAL BAŞQA BİR TƏRƏFƏ YAYILACAQ VƏ BU VƏZİYYƏT BİR MÜNADİNİN SƏMADAN SƏSLƏNƏRƏK ‘EY İNSANLAR, ƏMİRİNİZ ARTIQ MEHDİDİR' DEMƏSİNƏ QƏDƏR DAVAM EDƏCƏK.” (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyyil Muntazar, 22)
Peyğəmbərimiz (s.ə.v)-in müjdələrinə kimi fitnələrlə dolu qorxu və şiddət dolu qaranlıq dövr olacaq və ardından Allah, hz. Mehdi (ə.s) vəsiləsiylə bütün insanlığı böyük bir qurtuluşa çıxardacaq.