Terrorla mübarizədə düzgün seçilmiş müttəfiqlər
ucgen

Terrorla mübarizədə düzgün seçilmiş müttəfiqlər

2101

2015-ci ilin ilk həftəsi Parisdə baş verən qanlı terror hücumu və ardından Belçikada həyata keçirilən terrorla mübarizə əməliyyatları tarixə damğasını vurdu. Avropanı hazırlıqsız yaxalayan bu terror hadisələri terrorizmin dünyanın təkcə müəyyən bir bölgəsi ilə məhdud problem olmadığını bir daha ortaya qoydu.

Bu hadisələrdən sonra 28 Avropa İttifaqı üzvünün Xarici İşlər nazirləri gedərək artan terror təhlükəsinə qarşı Brüsseldə bir araya gəldilər.

Ancaq Brüssel görüşlərində daha öncə rast gəlinməmiş yeni bir şey baş verdi. Avropa İttifaqı Xarici İşlər naziri tarixdə ilk dəfə İslam dinini istismar edərək aparılan terrora qarşı mübarizədə İslam ölkələrini birliyə  çağırdı.

Bu təşəbbüs Avropa İttifaqına daxil olan ölkələrin müsəlman ölkələrlə daha çox əməkdaşlıq etməsinin zəruriliyini bildirən Avropa İttifaqının xarici siyasət rəhbəri Federika Moqerini tərəfindən dilə gətirildi.

Moqerininin sözləri bu şəkildədi: “Bu təkcə Parisdə qarşı-qarşıya qaldığımız bir təhlükə deyil. Başda müsəlman ölkələr olmaqla, gedərək dünyanın bir çox bölgəsində yayılan təhlükədir. Bu səbəbdən ilk öncə ərəb ölkələri ilə sonra da bir-birimizlə əməkdaşlıq metodlarını inkişaf etdirmək lazımdır. Daha çox məlumat paylaşmalı, daha çox əməkdaşlıq etməliyik”.

Terrorizmlə mübarizədə effektiv mübarizə metodu üçün xüsusilə müsəlmanlar olaraq bütün tərəflərlə kəşfiyyat xarakterli məlumatların paylaşılması və əməkdaşlıq etmək əlbəttə ki, zəruri və çox ağıllı üsuldur. Ancaq yenə də bu mövzu dəyərləndirilərkən bu sualın cavabını da vermək lazımdır. Terrorla mübarizə apararkən İslami çevrələr içərisində qərb ölkələrinin həqiqətən güvənib ittifaq edə biləcəkləri tərəflər kimlər olmalıdır? 

Güya İslamdan qaynaqlandığı irəli sürülən bir çox problem, əslində daha çox müsəlman olduqlarını deyən, əslində İslam haqqında düzgün məlumatları olmayan insanların mövhumatçılığından və cahiliyyindən irəli gəlir.

Dolayısilə əgər terrorla mübarizədə Qərb dünyasına yardım edə biləcək biri varsa, onlar ancaq İslamı Quranda bildirildiyi kimi yaşayan səmimi müsəlmanlardır. Quranın ən doğru şəkildə izah edilməsi, insanların zehinlərini İslami olmayan hər cür yanlış fikirdən, batil inanclardan və azğın düşüncələrdən təmizləyəcək.

Dolayısilə bu gün Qərb dünyasının qarşı-qarşıya qaldığı terrorla mübarizədə yardım tələb edə biləcəyi, etibarlı və ağıllı əməkdaşlar, ancaq ağıl, sevgi və şəfqət ruhu ilə Quran əxlaqını ən düzgün şəkildə yaşayan insanlar ola bilər.

Dünyaya terrorun mənbəyinin İslam olmadığını və hətta əksinə terrorun yeganə həll yolunun İslam olduğunu göstərməyin tək yolu cəhalətin əsl Quran əxlaqına əsaslan maarifləndirmə ilə aradan qaldırılmasıdır.

Terrorla mübarizədə digər əhəmiyyətli bir amil də nəticəyə nail olmaq üçün ən düzgün üsulun tətbiq edilməsidir. Belə ki, mövzu terrorizmlə mübarizə olduğunda bəzi Qərb ölkələri problemi həll etməyin ən təsirli yolunun «hərbi əməkdaşlıq qurmaq» olduğuna inanır. Buna görə də ilk öncə hərbi taktikalar və müharibə strategiyası ilə ortaya çıxırlar.

İŞİD, Şimalı və Qərbi İraqın böyük hissəsini ələ keçirdikdən sonra Amerikanın hava hücumlarının İŞİD üzərində dağıdıcı olacağını düşünərək, İraq və Suriyada hava hücumlarını başlatması bu nümunələrindən biridir. Belə ki, Amerika tarixi hərbi əməliyyatlar baxımından bir çox uğursuzluqlarla doludur. Vyetnamda kommunizmə, Əfqanıstanda Taliban təhlükəsinə qarşı aparılan silahlı mübarizələr Amerikaya heç bir qazanc gətirməmişdir.  

Problemə yol açan səbəb cahillik və xurafat olduğu üçün həll yolu da hərbi yolda deyil, maarifləndirmədə axtarılmalıdır. Zehinləri həqiqətdən kənar inanclarla kölgələnmiş insanların düzgün şəkildə maarifləndirilmələri İŞİD, əl-Qaidə və oxşar terrorist təşkilatların yanlış ideologiyalarını əsaslandırdıqları fikir sistemini aradan qaldırmağın tək yoludur. Xurafat və cahilliyə qarşı belə bir intellktual səfərbərlik elan edildiyi təqdirdə, Qərb dünyasının artıq terrorla mübarizədə daha təsirli metod axtarışlarına və ya hərbi əməkdaşlıq qurmağa ehtiyacı olmayacaq.

Yanlış olan ideologiyanın maarifləndirmə yolu ilə aradan qaldırılması terrordan irəli gələn bütün problemlərin bir-bir deyil, kökündən həll edilməsinə gətirib çıxaracaq.

İntellektual mübarizə cəmiyyətləri gözlənilməyən bir anda təhdid edən terrorizmin yenidən ortaya çıxmasının qarşısını almaq üçün bir vasitə olacaq. Fikri mübarizə radikal zehniyyəti və bundan irəli gələn terrorizmi məğlub etməyin tək və qəti yoludur.

 

Adnan Oktarın «The Malaysian Insider»da nəşr olunan məqaləsi:

http://www.themalaysianinsider.com/sideviews/article/the-right-partners-in-fighting-terrorism-harun-yahya
 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr