Terrorla düzgün mübarizə aparılırmı?
ucgen

Terrorla düzgün mübarizə aparılırmı?

1886

11 sentyabr 2001-ci il və ya məşhur adı ilə 9/11 hücumları təqribən 3.000 insanın həyatını itirməsi ilə nəticələnmişdi. Bu o günə qədər tarixin ən qanlı terror hadisəsi idi. 11 sentyabrdan bu günə qədər keçən 15 il ərzində isə təqribən 150.000 nəfər terror hücumlarında həyatını itirdi. 2000-ci ildə ölənlərin sayı 3.500, 2011-ci ildə 7.000, 2014-cü ildə  isə 32.865-ə çatdı. (1) Terror hücumlarına məruz qalan ölkə sayı 62-yə yüksəldi. 11 sentyabrdan sonra terrorizm  yayıldı və daha çox can almağa başladı. Hazırda dünya daha təhlükəli yer halına gəlib.

 

9/11-dən sonra prezident Corc Buş və qərargah rəisləri  "War on Terror" (Terrorizmlə mübarizə) proqramınastart verdilər. Əfqanıstan və İraq işğal edildi. Hədəf anidən və güclü şəkildə başda əl-Qaidə və Üsamə bin Laden olmaqla terrorizmi və terroru təşviq edən liderləri yer üzündən silmək idi. Lakin plan alt-üst oldu . Bu gün Üsamə bin Laden öldürülmüş və əl-Qaidə gücdən düşmüş olsa da, dünyada 170 terror təşkilatı mövcuddur. Yaraqlıların sayı isə on minlərlədir.

 

11 sentyabrdan əvvəl qlobal terrorizm əl-Qaidə, Əlcəzair, Qafqazlardakı bir neçə təşkilat və Ərəbistan yarımadasındakı bəzi kiçik qruplarla məhdud idi. Bu gün isə İndoneziyadan Qərbi Afrika sahillərinə qədər geniş sahəni əhatə edir. 11 sentyabrdan öncə terrorizm peşəkar terrorçuların nəzarətində idi. Əl-Qaidə əfqan müharibəsində təlim görmüş məhdud saydadöyüşçülərdəntəşkil olunmuşdu. Bu gün isə terror təşkilatlarının zəminini döyüş təlimi keçməmiş gənclər təşkil edir. ABŞ-ın İraq, Əfqanıstan, Pakistan və ən son olaraq Suriya küçələrinə müharibəni gətirməsi, terrorizmi də xalq zəmininə endirdi. İyerarxiya zənciri ilə idarə olunan klassik terror təşkilatları bir-birinə bağlılığı zəif olan, müstəqil hərəkət edən təşkilatlara çevrildi.

 

2014-cü ildə Qərbdəki hücumların 70%-i "tənha canavar" olaraq da adlandırılan fərdi şəkildə həyata keçirilirdi. Boston Marafonu hücumlarını universitet tələbəsi Tsarnaev qardaşları həyata keçirdi. Çarli Hebdonun Paris ofisinə hücum edən Kouachi qardaşları operativ qərarları özləri verdilər. Bu dövrdə terrorçuların təqibi çətinləşdi, hətta mümkünsüz hala gəldi.

 

2001-ci ildən sonra terror təşkilatları də dəyişdi. Daha əvvəl əl-Qaidə Əfqanıstanda Talibanın himayəsində olankiçik təşkilat idi. Dövrümüzdə olan terror təşkilatları isə İraq və Suriyada dağılan rejimlərin silah anbarlarına, neftayırma zavodlarına, neft yataqlarına malikdirlər. Terror təşkilatları studiyalar, sosial media və "Twitter" vasitəsilə dünyanın hər tərəfində təbliğat apara bilirlər.

 

Qərb dünyası terrora qarşı potensial müttəfiqi olan sivil xalqları da yanına çəkə bilmədi. Terrorla mübarizə adı altında baş verən zülmlər, yüz minlərlə dinc sakinin ölümü, Əbu Qərib, ya da ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinin qizli həbsxanalarında həyata keçirilən işgəncələr dinc xalqı terrorla mübarizədən uzaqlaşdırdı. Qərb yaxşı ilə pisi, cinayətkarla məsumu ayırd edə bilməyərək ən böyük müttəfiqini itirdi.

 

Artan İslam əleyhdarlığı milyonlarla müsəlmanı tələyə salıb. Müsəlmanlar terrorizmlə mübarizə adı altında təqib edilir. ABŞ-ın Terrorçu İzləmə Mərkəzi siyahılarında 1.200.000 müsəlman qeydiyyata salınıb. 5 il öncə bu rəqəm 230.000 idi. Bir çox amerikalı siyahıya düşməmək üçün müsəlman dostları ilə əlaqələrini minimuma endirib. «Uçuşuna qadağa qoyulanlar» siyahısı adı altında 47.000 nəfərin təyyarəyə minməsi qadağan olunmuş, bir çox amerikalı ancaq ikinci axtarışdan sonra təyyarəyə minə bilir. Suriyaya döyüşməyə gedən, ya da getməyə çalışan ABŞ vətəndaşının sayının təkcə 250 olduğunu nəzərə alsaq, milyonlarla müsəlmanın potensial terrorçu hesab edilməsi təbii ki, qəbul edilməzdir.

 

Bu gün ABŞ-da terrorçu siyahıları ilə şəxsi həyatın məxfiliyi, ifadə azadlığı, səyahət etmək kimi əsas insan hüquqları pozulur. ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinin "ölüm siyahıları", pilotsuz uçan aparatlarla məsum və ya cinayətkar ayırd etmədən törədilən qətllər ABŞ-ın terrora qarşı apardığı haqlı mübarizəni ləkələyir. Müsəlman xalqlar arasındakı dostlarını itirməsinə səbəb olur. Halbuki milyonlarla müsəlman radikalizm və terrorizmlə ən azı ABŞ qədər mübarizə aparmaq istəyir.

 

11 sentyabrdan sonra siyasi fikirlərdəki ideoloji üstünlük terrorçu təşkilatların lehində oldu. Hər keçən gün dünyanın hər yerindən insanlar terror qruplarına qoşulurlar. 2011- 2015-ci illər arasında 25-30.000 potensial döyüşçü Suriyaya axın etdi. Bu rəqəm Somali, Yəmən, İraq, Əfqanıstan və Pakistana son 20 ildə gələn potensial terrorçu sayından daha çoxdur.

 

ABŞ-ın Federal Təhqiqat Bürosunun ən çox axtarılan terrorçular siyahısı ilk dəfə 2001-ci ildə nəşr olunmuşdu. Siyahıdakıların 9-u öldürüldü, 3-ü də həbs edildi. Zərərsizləşdirilənlər 18 yeni terrorçu ilə əvəz olundu. Demək olar ki, hər ölkə öz "ən çox axtarılan terrorçu siyahısı"nı elan edib. 2001-ci illə müqayisədə dünya hazırda daha təhlükəli yerdir.

 

Başda ABŞ və Qərb dünyası olmaqla dünya dövlətləri baş verənlərdən dərs çıxarmaq məcburiyyətindədir. Terrorizmi müharibə, top, tüfəng, bomba, terrorçu siyahıları ilə aradan qaldırmaq mümkün deyil. 21-ci əsr terrorizmi İslamın yanlış şərh olunmasından irəli gələn ideoloji hərəkatdır. İdeologiyanı məğlub etməyin yolu isə yalnız fikri mübarizədir. Bunun əksi olan hər metod terroru artıracaq və gücləndirəcək. Radikal terrorizmin çarəsi həqiqi İslamdır. Terrorizmin dağıdıcı fəlsəfəsi ancaq Quran İslamının yayılması ilə məğlub olar. Bu gün İslam adı altında yandırıb yıxan, günahsızları öldürən radikallar Qurandan kənar mənbələrdəki şiddət tərəfdarı izahların əhatəsindədirlər. Bu fitnə alovu ancaq Quran əxlaqının düzgün izah edilməsi ilə söndürülə bilər. Qərb dünyası müharibələr üçün xərclədiyi imkanlarını gerçək İslamın izah edilməsinə sərf etməlidir. Çünki terror ancaq həqiqi İslamın izah edilməsi və yaşanması ilə aradan qaldırıla bilər.

 

 

  1. http://economicsandpeace.org/wp-content/uploads/2015/11/Global-Terrorism-Index-2015.pdf

Adnan Oktarın «Middle East Monitor»da dərc olunan məqaləsi:

https://www.middleeastmonitor.com/articles/americas/24355-is-the-war-on-terror-on-the-right-path

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo