Adnan Oktar: İddia edilən ergenekonun bir qolu da PKK-dır. PKK da terror təşkilatıdır. Lakin bunun üst quruluşunu masonluq meydana gətirir. Yoxsa bu cür təşkilatlar heç bir şəkildə nə intizamlı ola bilər, nə gücləri olar, nə də aktiv vəzifə ala bilərlər. Ancaq belə gizli, şeytani, mütəşəkkil güclərin təsiri ilə hərəkət edə bilərlər. Masonluq ürəyi istəmədiyində başlarını əzir. Yəni təsirsiz hala gətirmək istədiklərində ləğv edir və təsirsiz hala gətirirlər. Lakin masonluğun Türkiyə üzərindəki düşüncəsi çox qaranlıqdır. Çünki Türkiyə sanki İslamın qalasıdır. İslamın bayraqdarı olan bir millət Türk millətidir. Uzun zamanda bütün dünyaya İslam əxlaqının hakimiyyətinə vəsilə olacağını anladıqları üçün Türkiyəni bölmək, parçalamaq və kommunizmin pəncəsinə salmaq istədilər. PKK hərəkatı respublika tarixinin ən böyük kommunist cəhdidir.... Biz bu quruluş ortaya çıxmadan əvvəl aylarla iddia edilən ergenekon adını vermədən söylədik. Mən buna "KDD" deyirəm. Yəni Kommunist Dərin Dövləti. Həmişə söylədik bunu... Amma çox şükür, Allah bu komitəni Səid Nursinin ifadəsi ilə dağıtdı. Qəhrəman ordu və imanlı millət bu həqiqəti gördü və lazım olan müdaxiləni etdi. Amma içlərində günahsızlar da vardır. Günahsız olub tutulanları tənzih edirəm.
Türkiyə, 01 iyul 2010
İddia edilən ergenekon ilə PKK əlaqəsinə diqqət çəkən TC Sənaye və Ticarət Naziri Nihad Ergün Türkiyədə çevriliş etmək istəyənlərin terror təşkilatları ilə əməkdaşlıq etdiyini söylədi.