Xaçlılar necə Xristanlığın həqiqi mənasını tamamilə təhrif edərək vəhşiliklər həyata keçirtdilərsə, İslam dünyasında ortaya çıxan bəzi azğın qruplar da İslam adına şiddət tətbiq etdilər. Hər ikisinin də ortaq xüsusiyyətləri Quranda təsvir edildiyi kimi "bədəvi", yəni cahil, mədəniyyətsiz, özünə qapalı, sərt və kobud təbiətli insanlar olmaları idi.
Günahsız insanlara qarşı terror təşkil etmək, din əxlaqına tamamilə zidd bir hərəkətdir. Heç bir Müsəlman belə bir cinayəti törətməz. Əksinə, Müsəlmanlar bu cür cinayətlər törədən insanların qarşısını almaqla, "yer üzündəki təxribatçılığı" ortadan qaldırmaq və bütün insanlara dinclik və güvən gətirməklə məsuldurlar. Müsəlmanlıq terrorla bir yerdə götürülə bilməz, əksinə terrorun maneə törədicisi və həllidir.
"Xristian" və "Yəhudi" terroru və ya "İslami" terror olmaz. Hətta terroru tətbiq edən insanları ətraflı şəkildə araşdırsaq , bu terrorun dini deyil, ictimai bir fakt olduğu açıq-aşkar ortaya çıxacaqdır.
Xaçlılar: Öz Dinlərini Tapdalayan Barbarlar
Bir dinin və ya başqa bir fikir sisteminin həqiqi mənasını bəzən onun elə öz tərəfdarları tamamilə təhrif edə bilərlər. Xristianlıq tarixinin qaranlıq bir dövrünü təşkil edən Səlib yürüşləri dövrü bunun yaxşı bir nümunəsidir.
Xaçlılar 11-ci əsrin sonunda müqəddəs torpaqları (Fələstin ətrafını) fəth etmək məqsədi ilə Avropadan yola çıxan Avropalı Xristianlar idi. Guya dini bir məqsədlə yola çıxmışdılar, amma keçdikləri hər yerə vəhşilik və qorxu saçmışdılar. Sivil xalqa qarşı kütləvi qırğınlar həyata keçirdilər, bir çox kənd və şəhəri yağmaladılar. Müsəlman, Yəhudi və Ortodoks Xristianların İslam idarəçiliyi altında sülh içində yaşadıqları Qüdsü fəth etdiklərində isə böyük bir qırğın reallaşdırdılar. Bütün Müsəlman və Yəhudilərin boyunlarını vurmaqla vəhşicəsinə öldürdülər. Bir tarixçinin ifadəsi ilə desək, "gördükləri bütün Ərəbləri və Türkləri öldürdülər... kişi və ya qadın, hamısını qətl etdilər." Xaçlılardan biri, Raymund of Aguiles bu vəhşiliklə "fəxr edərək" belə xəbər verirdi:
"Görülməyə dəyər inanılmaz səhnələr reallaşdı. Adamlarımızın bəziləri - ki bunlar ən mərhəmətliləri idi- düşmənlərin başlarını kəsirdilər. Digərləri onlara oxlarla hücum edir, bəziləri isə diri-diri atəşə ataraq daha uzun müddətdə öldürüb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla dolu idi. Belə ki, yolda bunlara ilişmədən getmək çətin hala gəlmişdi. Amma bütün bunlar Süleyman Məbədində edilənlərin yanında cılız qalırdı. Orada nələr baş verirdi? Əgər sizə həqiqətləri söyləsəm, buna inanmaqda çətinlik çəkərsiniz. Heç olmasa bunu söyləyim ki, Süleyman Məbədində axan qanların hündürlüyü adamlarımızın dizlərindən yuxarı idi." (August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, s. 261)
Xaçlı ordusu Qüdsdə iki gün içində təxminən 40 min Müsəlmanı yuxarıda göstərilən üsullarla vəhşicəsinə öldürdü.
Xaçlıların barbarlığı o qədər azmışdı ki, 4. Səlib yürüşü zamanı öz dindaşlarının şəhəri olan İstanbulu yağmaladılar, kilsələrdəki qızılları söküb parçalamaqdan belə çəkinmədilər.
Əlbəttə ki, bütün bu barbarlıq Xristianlığın siyasət doktrinasına zidd idi. Çünki Xristianlıq, İncildə bildirildiyi kimi "sevgi çağırışı" dır. Matta İncilində hz. İsanın şagirdlərinə "düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin" dediyi yazılıb. (Matta, 5/44) Luka İncilində isə hz. İsanın "bir yanağına yumruq vurlusa, digər yanağını çevir" dediyi bildirilir. (Luka, 6/29) Əhdi-Cədidin heç bir yerində şiddəti qanuniləşdirən bir hökm yoxdur, günahsız insanların qətl edilməsi isə təsəvvür edilə bilməz. "Günahsızların qırğını" anlayışı isə İncildə zalım Yəhudi kralı Hirodesin körpə yaşdakı hz. İsanı yox etmə cəhdi kimi keçir…
Yaxşı, Xristianlıqda şiddətə heç yer verməyən bir sevgi dini olduğu halda, Xristian Xaçlılar necə olmuşdur ki, tarixin ən böyük vəhşiliklərini reallaşdırmışdı? Bunun ən böyük səbəbi Xaçlıların cahil insanlardan "ən barbar, mədəniyyətsiz və kobud dəstə" deyilə biləcək kəslərdən ibarət ordu olması idi. Öz dinləri haqqında demək olar ki, heç bir şey bilməyən, İncili həyatlarında oxumamış, hətta bəlkə görməmiş, Xristianlığın əxlaqi meyarlarından xəbərsiz olan kütlələr tamamilə səhv bir istiqamətə süründürülmüşlər. Din adı ilə ortaya çıxan bir qrup Allah adına böhtan atmış, "Allah bunu istəyir" kimi Xaçlı şüarı ilə bu cahil kütlələri barbarlığa sürümüşdülər. Bu saxtakar üsulla dinin qəti olaraq qadağan etdiyi hərəkətləri geniş xalq kütlələrinə tətbiq etmişdilər.
O dövrdə mədəni cəhətdən daha çox inkişaf etmiş Şərq Xristianlarının, məsələn Bizanslıların Xaçlılardan çox daha insancıl olduqlarına diqqət yetirmək lazımdır. Xaçlılar gəlmədən əvvəl də, onlar getdikdən sonra da Ortodoks Xristianlar Müsəlmanlarla hüzur içində ortaq bir həyat sürmüşlər. BBC televiziyasının şərhçisi Terry Johnsa görə, Xaçlıların Orta şərqdən çıxması ilə "mədəni həyat təkrar başlamış və üç dinin mənsubları yenə Qüdsdə bir yerdə həyatlarını davam etdirmişdilər."
Xaçlılar nümunəsi ümumi bir faktı göstərir: Bir fikirin ardıcılları əgər mədəniyyətdən uzaq, fikri cəhətdən az inkişaf etmiş, "cahil" insanlardırsa, o zaman şiddətə meylləri çox yüksək olar. Bu, dindənkənar ideologiyalar üçün də aiddir. Dünyadakı bütün kommunist hərəkatlar şiddəti əsas götürürlər, amma bütün kommunistlərin ən vəhşi və qana susamış olanları Kambocada ortaya çıxan Qırmızı Kxmerlər olmuşdur. Çünki, onlar kommunistlərin ən cahilləridir.
Cahil insanlar şiddət təşviq edən bir fikri cinnət nöqtəsinə çatdırdıqları kimi, şiddətə qarşı bir fikiri (məsələn dini) də şiddətlə qarışdıra bilərlər. İslam dünyasında da bunun bir neçə nümunələri yaşanmışdır.
Qurana Görə Bədəvi Xarakteri
Peyğəmbərimiz (s.ə.v.) dövründə Ərəbistanda iki əsas sosial təbəqə vardı: Şəhər insanları və bədəvilər. Ərəbistanın şəhərlərində o dövrün şərtlərinə görə, olduqca inkişaf etmiş mədəniyyət hakim idi. Ticari əlaqələr bu şəhərləri xarici dünya ilə əlaqələndirir və bu, şəhərli Ərəblərin "mədəniyyət"lərini artırırdı. Geyim mədəniyyətinə sahib idilər, ədəbiyyata və xüsusilə də şeiriyyətə xüsusi maraq göstərirdilər. Bədəvilər isə çölllərdə yaşayan köçəri qəbilələr idi və çox geri qalmış mədəniyyətə sahib idilər. Sənət və ədəbiyyatdan tamamilə xəbərsiz idilər. Səhranın sərt şərtlərində kobud bir xarakter əldə etmişdilər.
İslam, yarımadanın ən əhəmiyyətli şəhəri olan Məkkənin sakinləri arasında doğdu və inkişaf etdi. Amma, İslam yayıldıqca Ərəbistanın bütün qəbilələri onu mərhələ-mərhələ qəbul etdilər. Bunlara Bədəvilər də daxil idi, amma Bədəvilərlə əlaqədar bir problem vardı: İntellektual və mədəni dünyagörüşləri İslamın dərinliyini qavramaq üçün çox aşağı idi.
Bədəvilər "inkar və nifaq” baxımından da sərhəd tanımayan ictimai qruplar olub Peyğəmbərimiz (səv) dövründə İslam dünyasına daxil oldular. Ancaq sonrakı dövrlərdə İslam dünyasında müxtəlif ixtilaflar çıxartmağa başladılar. Bədəvilər arasında inkişaf edən "xaricilər" adlı məzhəb bunun bir nümunəsi idi. Sünni inancının xaricinə çıxdıqları üçün "xaricilər" (üsyan edənlər) adlanırdılar, bu azğın məzhəbin ən fundamental xüsusiyyəti son dərəcə qatı, vəhşi və fanatik olmaları idi. İslamın əsası, Quran əxlaqının üstünlükləri ilə bağlı heç bir anlayışa sahib olmayan xaricilər bir neçə Quran ayəsinin həqiqi mənasını tamamilə təhrif edərək özlərindən olmayan bütün Müsəlmanlara qarşı döyüşə başladılar. Bundan başqa "terror" hərəkatları təşkil etdilər. Peyğəmbərimizin (s.ə.v.) ən yaxın səhabələrindən biri olan və onun tərəfindən "elm şəhərinin qapısı" olaraq təsvir edilən Hz. Əli bir xarici tərəfindən təşkil edilən sui-qəsd nəticəsində xəncərlə şəhid edildi.
İslam tarixinin daha sonrakı dövrlərində də "xaşxaşılar" olaraq bilinən başqa bir təşkilat inkişaf etdi. Bunlar sadə şüarlarla və vədlərlə asanca aldadıla bilən, dinin əsası və dərinliyi haqqında heç bir anlayışa sahib olmayan, cəhalətləri səbəbi ilə də böyük bir fanatizm nümayiş etdirən xadimlərdən meydana gəlmiş "terror təşkilatı" idi.
Başqa sözlə desək, xaçlılar necə Xristanlığın həqiqi mənasını tamamilə təhrif edərək vəhşiliklər həyata keçirirdilərsə, İslam dünyasında ortaya çıxan bəzi azğın qruplar da İslam adına şiddət tətbiq etdilər. Hər ikisinin də ortaq xüsusiyyəti Quranda təsvir edildiyi kimi "bədəvi", yəni cahil, mədəniyyətsiz, özünə qapalı, sərt və kobud təbiətli insanlar olmaları idi.