Hz. Mehdi (ə.s)-ın insanların arasında görünmədiyi bir qeyb dövrü olacaq. Bu dövrdə insanlar hz. Mehdi (ə.s)-ın itdiyini, hətta bəziləri öldüyünü belə düşünəcəklər. Bu vəziyyət Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə belə bildirilir:
Yuxarıdakı hədisdə isə Peyğəmbərimiz (s.ə.v); "..SONRA FİTNƏ DOĞULACAQ VƏ BƏLALAR GƏLƏCƏK, MİLLİYYƏTÇİLİK QATI DİNÇİLİYİ DİRİLƏCƏK, XALQ DİNİNDƏ YOLUNU İTİRƏCƏK." Ifadəsiylə, hicri 1400 (1979-1980)-cı illərdə cəmiyyətdə böyük qarışıqlıq və fitnələrin baş verəcəyi, insanların din əxlaqından uzaqlaşıb marksist, kommunist, ateist və darvinist görüşlərə doğru azdığı bir dövrə diqqət çəkir. Həqiqətən də cəmiyyətdə "80-cı illər" olaraq adlandırılan, xüsusilə, Türkiyədə anarxiya, terror, qarışıqlıq və narahatlığın son dərəcə inkişaf etdiyi, xalqın can və mal təhlükəsizliyinin, rahatlığının qalmadığı, insanların İslam dinindən uzaqlaşdığı bir dövrə girilmişdir. Xüsusilə, PKK terroru, Türk cəmiyyətində kürd-türk ayrı-seçkiliyi istiqamətində böyük bir fitnə mövzusu ortaya ataraq cəmiyyət içində milliyyətçilik ruhunun doğulmasına səbəb olmuşdur. Xalqı, İslam dininin sülh, sevgi dolu, dinc ruhundan uzaqlaşdırıb; kommunist, marksist və darvinist bir görüşə çəkmişdir. Ancaq hz. Mehdi (ə.s)-ın zühur etməsi ilə inşaAllah bu batil ideologiyalar, fikirlər yerlə bir olacaq və Allah inancı bütün sürəti ilə dünyada yayılacaq.