Bəzi tarixçilərə görə 20-ci əsr ünsiyyət əsri idi. Yaşadığımız əsr isə informasiya əsri kimi xarakterizə olunur. Lakin 11 sentyabr 2001-ci il hücumları ilə başlayan və getdikcə yayılan, hazırda da İŞİD ilə son həddə çatan terror dalğası terrorun beynəlxalq sahədə daha da irəliləməsi səbəbindən insanları narahat edir.
Beynəlxalq terror hadisələrinin sayı 1968-ci ildən 1980-ci illərin sonuna qədər geniş vüsət almış, bu ildən sonra isə azalmağa başlamışdır. Ancaq bu hadisələrdə ölənlərin sayında – xüsusilə, 1980-ci illərdən bu günə kimi - böyük artım müşahidə olunur. Məsələn, 1968-ci ildə beynəlxalq terror hadisələrində ölənlərin sayı 34 ikən, bu rəqəm 2001-ci ildə 3250-yə yüksəlmişdir. Ərəb baharından sonra yaşananları nəzərə alsaq, bu gün bu rəqəmin çox artdığını söyləmək mümkündür.
Vəziyyətə baxdıqda görünür ki, terror artıq bir bölgəyə xas təhlükəsizlik problemi olmaqdan çıxıb. Yayılma təsiri artıq regional deyil, beynəlxalq ölçüdədir. Terror aktları artıq daha öldürücü və yayılmış vəziyyətdədir. Terror aktları artıq regional bir təhlükəsizlik problemi olmaqdan əlavə, bütün dünyanı təsiri altına alan beynəlxalq problem xüsusiyyəti qazanmışdır.
Müharibələrin ölkələrin iqtisadiyyatına və sosial həyata təsirini tədqiq edən bir çox araşdırmalar mövcuddur. Lakin terrorun təsiri üzərində elə də dayanılmayıb. Terror hadisələrinin artması ilə birlikdə aparılan araşdırmalar da terrorun insanların ölümü, binaların və nəqliyyatın təxribatı kimi birbaşa zərərləri ilə yanaşı, bilavasitə bir çox başqa təxribatların olduğunu ortaya çıxardı. Üstəlik, terror aktları qeyri-nizami fəaliyyət olduğu üçün əvvəlcədən təxmin edilə bilmir, buna görə də iqtisadi təsirlərinə qarşı tədbir almaq, demək olar ki, mümkün olmur.
Terror aktları artıq birjalara və neft bazarlarına çox tez təsir edə bilir. Səyahət vərdişlərinin və təhlükəsizlik anlayışının dəyişməsinə səbəb ola bilir. Terror iqtisadi və sosial nəticəsinə görə beynəlxalq maliyyə sisteminin işləməsinə və ölkələrin iqtisadiyyatına böyük zərərlər verir.
Terrorun xroniki hala gəldiyi ölkələrdə investisiyalar azalır, turizm dayanır, ölkəyə kənardan xarici sərmayənin girişi yavaşlayır. Terrorizm istehlakçıların davranışlarına da təsir edir. İnsanlar qida tədarük edirlər. Daha az istehlak edilir. Ölkələrdə istehsalat və xarici ticarət yavaşlayır. Terrorla mübarizə və milli tehlükəsizlik üçün dövlət büdcəsindən böyük məbləğlər ayrılır. Bu da əskikliklər meydana gətirərək vətəndaşların həyat bahalığı yaşamalarına səbəb olur. Ticarət həyatı durğunlaşdığı üçün iqtisadiyyat kiçilir, işsizlik artır.
Ölkələr getdikcə yayılması və zərərlərinin artması səbəbindən terrorla mübarizəyə əvvəlkinə nisbətən daha çox diqqət ayırırlar. Terror təşkilatlarının silahlı fəaliyyətlərinə qarşı müxtəlif strategiyalar qurarkən, bunlar yenə də, əsasən, silahla qarşılıq vermək üzərində qurulur.
Terror təşkilatları qarşılaşdıqları silahlı hücumları belə məharətlə təbliğata çevirə bilirlər. Onlara qarşı hazırlanan hücumları tərəfdarlarına haqlılıqlarının bir dəlili kimi təqdim edə bilirlər. Buna görə də təşkilatlar ya daha da güclənirlər, ya da yer altına keçərək fəaliyyətlərinə davam edirlər. Bu onlara qarşı istifadə edilən silahlı mübarizə üsullarını daha da təsirsiz edir.
Ölkələr təşkilatların sadə, az xərcli üsullarına qarşı son dərəcə bahalı üsullarla, qeyri-real həll yolları ilə və silahlarla mübarizə aparırlar. Məsələn, tarlada, mağarada gizlənən fəallar insansız hava vasitələri ilə axtarılır, amma terror təşkilatlarının ən çox nədən çəkindiyi haqda ciddi bir araşdırma aparılmır. Ölkələr mövzuya maddi həll yolları tapmağa çalışarkən ən təsirli üsulu müəyyən etməyə çalışmırlar.
İstər Boko Haram kimi xurafatdan törəmiş təşkilatlar, istərsə də PKK kimi kommunist ideologiyalı təşkilatlar təhsil qurumlarını özlərinə hədəf olaraq seçirlər. Təşkilatlar məktəbləri yandırır, müəllimləri öldürüb, şagirdləri qaçırırlar. Bu cür fəaliyyətlər, əslində, terrorizmə qarşı ediləcək mübarizə üsulu haqqında güclü bir işarə də verir. Terror qrupları dövlətin polisindən və əsgərindən daha çox təhsil qurumlarından və müəllimlərdən çəkinirlər. Çünki təhsil bu təşkilatların varlıq səbəblərini aradan qaldıra biləcək ən vacib ünsürdür.
Terror təşkilatlarının ideologiyaları çürük təməllər üzərində qurulmuşdur. İstər İslam əxlaqının adından istifadə edərək ortaya çıxsın, istər marksist, istərsə də etnik millətçi olsun, hamısının ideoloji dayaqlarına qarşı tətbiq ediləcək ən təsirli mübarizə üsulu təhsildir.
Marksist, leninist, stalinist və irqçi təşkilatların “insanların bir heyvan olduğu, həyatın da var gücü ilə mübarizə sahəsi olduğu və bu mübarizədə sadəcə güclülərin sağ qaldığına” dair ideologiyalarına qarşı gənclər məktəblərdə təhsillə maarifləndirilməlidirlər. Məktəblərdə gənclərə darvinizm və materializm, hətta kommunizm, faşizm və bütün cərəyanlar öyrədilməli, ancaq bununla birlikdə mütləq elmə söykənən cavablar gənclərə danışılmalıdır.
İslam adından ortaya çıxan təşkilatlara qarşı ən yaxşı həll yolu da təhsildir. Təhsil yolu ilə İŞİD, Boko Haram və ya Əl Qaidə kimi təşkilatlara qarşı görüləcək ən yaxşı tədbir düşüncələrindəki yanlışı güclü bir şəkildə dilə gətirməkdir. Bu vəzifəni əvvəlcə müsəlmanlar etməlidir. Çünki İslam əxlaqını ən yaxşı müsəlmanlar öyrədə bilərlər. Zəif etirazlar və ya həllini tapmamış danışıqlar yerinə, İslam dinində günahsız bir insanı öldürməyin çox böyük bir günah olduğu, Qurana görə hər vəziyyətdə ədalətli davranmağın əsas olduğu, müsəlmanların insanları İslam əxlaqına təzyiq və güc tətbiq edərək deyil, sadəcə gözəl söz ilə dəvət etməsi gərəkdiyi, İslamda inanc azadlığı olduğu danışılmalıdır.
Dünyanın hər yerində qarşılaşdığımız amansız terror hadisələrini törədən bütün terror təşkilatlarına qarşı ediləcək şüurlu bir maarifləndirmə səfərbərliyi əngəllənə bilər.