Media hazırladığı xəbərin sensasiyalı olmasını istəyir. Lakin mediaya reyting qazandıracaq sensasiyalı xəbər bəzən terror təşkilatının hədəflədiyi propaqanda üsuludur. Terror təşkilatı çox vaxt etdiyi terror hadisəsi ilə deyil, həmin hadisənin yaratdığı təsirlə qorxu yaratmaq istəyir. Bəzən bunu qanlı terror hadisələri, bəzən isə hadisələrin propaqandası ilə edir.
Dövrümüzdə sosial şəbəkə nəzarətsiz olduğundan terror propaqandası üçün geniş şəkildə istifadə edilən və dezinformasiyanın çəkinmədən yayıldığı məkan halına gəlib. Xüsusilə müharibə mühitləri və ya terrorun geniş yayıldığı bölgələrdə mobil telefonlar vasitəsilə yayılan şəkillər, beynəlxalq ictimaiyyətin mühakiməsini bir anda istiqamətləndirə bilir. Həmin paylaşımlar o bölgədə nələr olduğuna dair fikir formalaşdırmaq baxımından faydalı olsa da, bunun yalan xəbərlə edilməsi böyük zərərə səbəb olur. Paylaşılan şəkilin bir müddət sonra keçmişdə baş vermiş bir hadisədən götürüldüyü ortaya çıxır, lakin bu həqiqət ortaya çıxana qədər cəmiyyət daxilində istənilən fikir rahat şəkildə formalaşdırılır.
Suriyada, İraq müharibəsində, İsrail-Fəlistin qarşıdurmalarında tez-tez qarşımıza çıxan həmin dezinformasiya, terrorun son günlərdə yayıldığı Türkiyədə özünü göstərir. PKK terror təşkilatı tərəfindən blokadaya alınan Cizrə kəndində səkkiz günlük küçəyə çıxmaq qadağası tətbiq edilmiş və bu əsnada təhlükəszilik qüvvələri böyük əməliyyat həyata keçirmişdilər. Lakin küçəyə çıxma qadağası əsnasında «Cizrədə qətliam var» heşteqi ilə aparılan provakasiya, yayılan vəhşilik şəkilləri həm Türkiyədə, həm də beynəlxalq mediada qısa müddətli panikaya səbəb olmuşdur. Qısa müddət ərzində dondurucuda saxlanılan uşaq meyidi şəklinin Fələstindəki hadisələr zamanı çəkilən şəkil olduğu, yayılan qətliam xəbərlərinin PKK-nın provakasiyası olduğu məlum olmuşdur. Amma bu həqiqətdən xəbərsiz olan və ya gözardı edən beynəlxalq media öz istədiyi şəkildə sosial mühəndisliyə davam edir. Yenə də sosial medianın təsiri ilə Türkiyə kürd vətəndaşlarını qətl edən zalım dövlət olaraq təqdim edilir, yenə PKK bir çox media orqanı tərəfindən «qəhrəman döyüşçülər» olaraq tanıdılır.
Türkiyədə PKK tərəfindən əzilən kürdlərin səsini isə heç kim eşitmir. Çünki təəssüf ki, sosial media bu məzlum insanların monopoliyasında deyil.
Terrorist səsini propaqanda ilə eşitdirdiyi üçün terrorizmin geniş yayıldığı ölkələrdə sosial media yolu ilə aparılan dezinformasiya və çirkin propaqandanın dərhal təsbit edilməsi və düzgün bilginin vaxt itirmədən geniş şəkildə paylaşılması lazımdır.
Terrorçuların yaratmaq istədiyi qorxu cəmiyyətinə imkan verməmək üçün dezinformasiyanın qarşısı sürətlə alınmalıdır.
Bu cür cəmiyyətlərdə aparıcı medianın üzərinə böyük iş düşür. Yenə Türkiyədən nümunə versək, son dövrlərdə PKK tərəfindən həyata keçirilən terror hadisələri və şəhid edilən əsgərlərimiz bir çox yayım kanalında kədərli xəbər kimi verilmiş, hadisələr dramatikləşdirilmiş, diktorlar xüsusi səs tonu və vurğularla sanki «məhv» olduq görüntüsü verməyə çalışmışlar. Şəhid dəfn etmə mərasimləri ölüm marşları və tabutları qucaqlayaraq ağlayan insanların görüntüləri ilə verilmişdir. Ölüm marşının cəmiyyətdə nə qədər böyük mənfi psixoloji təsir yaratdığı və bu təsirin terror qruplarını nə qədər sevindirdiyi məlumdur. Kommunist bölücü terror təşkilatı PKK son dövrlərdə həyata keçirdiyi terror hadisələrindən çox, bəzi media qurumları tərəfindən şüursuzca aparılan bu propaqanda nəticəsində kirli üstünlük qazanmıştır. Şəhid cənazələrinin bu görüntülərlə verilməsi, PKK-nın əsgərə qarşı silah tətbiq etmə əzmini daha da artırmış, terror aktlarının uğurlu olduğu fikrini formalaşdırmışdır.
Halbuki dinimizə görə, şəhidlik gözəllikdir. Allah şəhidlərin “ölü olaraq qəbul edilməməsini” istəyir və onların Allah Qatında sevinc içində olduqlarını bildirir. Şəhidlər mərsiyələr və cənazə marşları ilə yox, minlərlə insanın iştirakı ilə, təkbirlərlə yola salınmalıdır. Küçə-küçə, rayon-rayon, kənd-kənd gəzdirilməli, şəhidin şanı ucaldılmalıdır. İman gücü ilə bir araya gələn bu topluluq PKK kimi fitnə qruplarını qorxudacaq. Artıq həmin terroristlər üçün əsgərə qarşı silahdan istifadə etmək mənasını itirəcək. Çünki propaqanda vasitələri əllərindən alınmış olacaq.
Unudulmamalıdır ki, əgər terroristlər terror hadisələrinin yayılması, səs salması və tərəfdar toplaması üçün media və sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir və bu sahədə uğur qazanırlarsa, mediadan düzgün istifadə etməklə terrorun sona çatdırılması da mümkündür. Media bu məsələdə həssas olmalı, terrorla bağlı xəbərlərdə reytinq və rəqabət anlayışını bir kənara buraxmalıdır. Terror təşkilatlarını güclü və təsirli kimi göstərəcək görüntülərdən çəkinilməlidir. Əksinə terror aktının cəmiyyətdə təsirli olmadığı, hətta cəmiyyəti birliyə sövq etdiyi görüntüsü yayılmalıdır. Terroristin görmək istədiyi qorxunun, cəmiyyətə təsir etmədiyi hiss etdirilməlidir. Bu həqiqət hər zaman hafizələrdə olmalıdır: Terror qorxu ilə qidalanır. Əgər cəmiyyət qorxu içində deyilsə, terror hadisəsinin heç bir mənası qalmayacaq.
Media terrorun mənbəyinin daima ideoloji olduğunu xatırlamaq məcburiyyətindədir. Bir terroristin həyatı çox çətindir. Bəllidir ki, o pulla, daha yaxşı həyatla, ya da gələcəyə dair vədlərlə aldadılmamışdır. Onun beynini dolduran hər zaman ideologiyadır. Dolayısilə media terrora qarşı təsirli mübarizə aparacaqsa, bunu terroristin ideologiyasını dağıdaraq etməlidir. Bir insanın ideologiyası əgər onu insanları öldürməyə təşviq edirsə, bu ideologiyanın azğın ideologiya olduğu açıqdır. Həmin ideologiyanın elmi yolla aradan qaldırılmasını asanlıqla həyata keçirmək mümkündür. Media bu üstünlükdən istifadə etməli, müxtəlif vasitələrlə terroristin yanlış ideologiyasını düzəldən, onun beynini dolduran fikri darmadağın edən elmi xəbər metodundan istifadə etməlidir.
Əlimizdə media kimi mühüm bir imkan var. Əgər insanlığın xilasını və terrorun məhv olmasını həqiqətən istəyiriksə, bu böyük imkanı təxribatçıların ixtiyarına verməməliyik.
Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:
http://www.arabnews.com/columns/news/811391