Hörmətli Adnan Oktar uzun illərdən bəri əsərlərində İslam dininin fərqli dillərdən, fərqli irq və mədəniyyətlərdən olan insanları bir-birinə qardaş etdiyini, İslami təməllərə arxalanan Anadolu əxlaqına sarılmış bütün türk xalqının, həmçinin də kürd, sünni, şiə, lazı, çərkəz ilə qardaş olduqlarını izah edir. Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanan qəzet xəbərlərində İslam əxlaqından qaynaqlanan birliklə ölkəmizin sülhün və sevginin necə yaşanacağını digər xalqlara göstərə biləcək tək məmləkət olduğu gündəmə gətirilib. Hörmətli Adnan Oktarın göstərdiyi bu xidmətlər türk millətini etnik təməldə və məzhəb fərqliliklərinə görə bölməyə çalışan qaranlıq ideologiyaların yaratdığı terrorun tək həllinin Quran əxlaqı, sevgi, hörmət, qardaşlıq, fədakarlıq, xeyirxahlıq, mərhəmət, xoş niyyət və anlayış olduğu düşüncəsinin ictimaiyyətdə qəbul edilməsinə səbəb olub.
Hörmətli Adnan Oktar reportajlarında həmçinin şərq insanlarının gözəl əxlaqına diqqət yetirmişdir. Məsələn, 2008-ci ilin fevral ayında Şərq TV reportajında şərq xalqının İslam əxlaqından qaynaqlanan gözəl rəftarını belə ifadə etmişdir:
"… Cənub-şərqi Anadolu bölgəsindəki qardaşlarımız İslamı çox gözəl yaşayan, qədimdən bəri gözəl yaşayan, qiymətli alimlərin, elm adamlarının yetişdirdiyi bölgəmizdir. Bizi süni olaraq bölməyə çalışırlar, belə bir oyuna qətiyyən gəlməsinlər. Bütün Türkiyə cənub-şərq xalqını sevir, hər kəs bir-birinə hörmət edir. Oradakı vətəndaşlarımızın tər-təmiz, çox hörmətli insanlar olduqlarına inanıram. Ən yaxşı həyat şərtlərində yaşamaları lazım olduğuna inanıram…"
Adnan Oktar / Şərq TV -27 Fevral 2008
"… Türk İslam Birliyi meydana gəlməli, hər kəs bir-birini sevməli, küçədə insanlar bir-birləri ilə qarşılaşdığında salam verməli, sevgi ilə baxmalı, coşğulu olmalı, dostluq, qardaşlıq olmalıdır. Mən illərdən bəri Türkiyədə gərginlik olduğunu görürəm. Yəni, sevgisizlik, gərginlik hökm sürür... İnsanlar bir-birini ələ verir, bir-birinin ayağından dartıb çəkir. Şübhəsiz yaxşı insanlar çoxdur, amma bu cür qurulmuş sistem də mövcuddur. Mən bu sistemin ortadan qalxmasını, sevginin hakim olmasını istəyirəm. Bunun da ancaq Allah qorxusu və Allah sevgisi ilə olacağını düşünürəm…"
Adnan Oktar / Iğdır TV - 28 Avqust 2008-ci il
"… Sevgi ilə yaxınlaşsan həll edilməyəcək məsələ yoxdur, yəni birinci səmimiyyət, ikinci sevgi lazımdır. Allah inancı, Allahı sevmək, Allahdan qorxmaq gözəl əxlaqın zəminini meydana gətirir…"
Adnan Oktar / Kipr ADA TV - 1 Avqust 2008-ci il