Tarix boyun terror və anarxiyanın dəhşətli dövrləri olmuşdur, bütün bəşəriyyəti təhdid edən bu problemi həll edə bilmək üçün müxtəlif təkliflər irəli sürmüşlər. Terror və anarxiyaya qarşı mübarizə aparılmasını vacib bilən insanlardan biri də böyük İslam alimi Bədiüzzaman Səid Nursidir. Türkiyə və digər ölkələrdə son dövrlərdə yaşanan terror hücumları bizi Bədiüzzamanın bu qiymətli fikirləri üzərində təkrar düşünməyə sövq edir. Bədiüzzaman din əxlaqının insanlar arasında yayılmasını təklif etmiş və müxtəlif tövsiyələr vermişdir.
Bədiüzzaman Səid Nursinin həyatı dünya tarixində əsaslı dəyişikliklərin olduğu dövrə təsadüf edir. I Dünya Müharibəsi Bədiüzzamanın həyatında əhəmiyyətli yer tutur. Osmanlının çökməsinə və Türkiyə Cümhuriyyətinin quruluş mərhələsinə çox yaxından şahid olmuşdur. O, Rusiyada Oktyabr İnqilabından sonra kommunizmin iqtidara keçməsinə, dünya dövlətlərinin Birinci və İkinci Dünya Müharibələrinə sövq edilməsinə və Türkiyə Cümhuriyyətinin bu müddətdə yaşadığı çətin dövrlərə şahidlik etmişdir. Bədiüzzaman yaşadığı dövrdə reallaşan bütün hadisələri ətraflı təhlil etmiş və siyasət meydanında yaşanan bütün hadisələri Quran ayələrinə əsasən şərh etmişdir. Onun bu xüsusiyyətini bütün əsərlərində və hər sözündə görmək olur. Dindən uzaqlaşmağın cəmiyyəti necə böyük təxribata sürükləyəcəyini, Müsəlmanların isə birləşməklə dinsiz ideologiyalara qarşı böyük uğur əldə edəcəklərini hər sözündə ifadə etmişdir.
Bədiüzzaman həm öz yaşadığı dövrdə, həm də özündən sonra terror və anarxiyanın insanların qarşısına böyük bir bəla olaraq çıxacağını bilirdi. Buna görə də terrorla mübarizədə müxtəlif həll yollarını təqdim edir, insanları bu mövzuda bilikləndirməyə çalışırdı. O, deyirdi ki, "Dinin şiddətlə aradan qaldırdığı şey fitnə və anarxiyadır. Çünki anarxiya heç bir haqq tanımır, insan əxlaqını və mədəniyyət əsərlərini vəhşi heyvanların əxlaqına çevirir…"(1) Bu sözlərlə İslam dininin terror və şiddətə qarşı ən gözəl şəkildə ifadə etmişdi.Bütün həyatını bu dünyagörüşünü insanlara izah etməklə keçirmişdi. Ustad bir sözündə "Madam ki, imani xidməti tam ixlasla, anarxiyaya son qoymaqla, asayişi mühafizə etməklə səbir və dözüm lazımdır. Mən də bunun üçün rahatlığımı və şərəfimi fəda edirəm. Onları da fəda edirəm" deyib.(2) Anarxiya və terrorla mübarizəni iman edənlərin üzərinə düşən məsuliyyət olduğunu, bu mübarizənin səbir və dözüm tələb etdiyini qeyd etmişdir.
Bir rəhbər kimi Bədiüzzamanın təcrübələri və sözləri bizlər üçün çox qiymətlidir. Buna görə də Quran əxlaqındakı sevgi, barış və rahatlıq dolu dünyanı təsis etmək üçün ciddi cəhd göstərmiş bu insanın hər bir şərhi üzərində diqqətlə düşünməliyik.
Bədiüzzaman deyirdi ki, terror problemi ancaq sevgi ilə həll edilə biləcək
Bədiüzzamanın şərhlərindəki prioritet məslələrdən biri də insan sevgisi və insan həyatına verilən əhəmiyyətdir. Bu, Quran əxlaqının insana qazandırdığı gözəllikdir. Bədiüzzaman bir sözündə bunu belə ifadə etmişdir:
Qurani Hakimdən aldığımız həqiqət dərsi budur ki, evdə, yaxud hər hansı bir gəmidə bir günahsız və on cani olsa, Quranın ədalətinə görə o günahsızın haqqına zərər verməmək üçün evi və gəmini yandırmağa ehtiyac qalmaz, bəs bir tək caniyə görə on günahsızın evi və ya gəmisi yandırılarmı? Yandırılsa ən böyük zülm, ən böyük xəyanət olmazmı? On cani üçün doxsan günahsızın həyatını təhlükəyə və zərərə salmaq ilahi ədalətə və Qurana uyğun gəlmədiyinə görə, biz bütün qüvvətimizlə Qurana uyğun ədaləti qorumağa cəhd etməliyik…(3)
Ustad yuxarıdakı sözündə insan həyatının nə qədər əhəmiyyətli olduğunu, bir insanın həyatını qorumaq üçün hər cür fədakarlıq etməyin lazım olduğunu bildirmişdir. Müsəlman dünyadakı bütün insanların təhlükəsizliyini, rahatlığını təmin etməyi, xoşniyyətli və sevgi dolu bir dünyada yaşamalarını diləyər. Bu, onun üzərində olan məsuliyyət və Allahın bildirdiyi bir əmrdir. Buna görə də din əxlaqının yayılmasına cəhd göstərər və insanların təhlükəsizliyini pozacaq hər cür zorakılığa mane olmaq üçün əllərindən gələni edərlər. Anarxiya və terror insanı sanki canavara çevirdiyi zaman, İslam əxlaqının yaşandığı mühit cənnəti xatırladır. Bədiüzzaman bunu bəzi sözlərində belə ifadə edir:
... Bir Müsəlman İslamiyyətdən çıxsa, İslam dinindən üz çevirər və anarxist olar, ictimai həyat üçün zəhər olar. Çünki anarxiya heç bir haqq tanımır, insaniyyətin gözəl xüsusiyyətlərini vəhşi heyvanların əxlaqına çevirir. (4)
Həqiqi bir Müsəlman, səmimi mömin heç bir zaman anarxiyaya və təxribatçılığa tərəfdar çıxmaz. Dinin şiddətlə aradan qaldırdığı şey fitnə və anarxiyadır. Çünki anarxiya heç bir haqq tanımır. İnsanlığın gözəl xüsusiyyətlərini və mədəniyyət əsərlərini vəhşi heyvanların əxlaqına çevirir. (5)
Bədiüzzaman din əxlaqının izah edilməsi ilə insan sevgisini bilməyən, təcavüzkar insanların ürəklərində belə böyük bir eşq və məhəbbət meydana gələcəyini, bu Allah sevgisinin isə insanları hər cür zorakılıqdan uzaq tutacağını bildirmişdir. Müsəlmanın vəzifəsi insanlarda bu sevgini meydana gətirmək üçün dinin gözəlliklərini və Quran həqiqətlərini izah etmək olduğunu vurğulamışdır. Ustad yazdığı Nur Risalələrinin bu vəzifəni yerinə yetirdiyini belə vurğulayır:
Bəli, Risaleyi Nur haqq və həqiqətə bağlı olan, dəlil və isbata söykənən iman və Quran həqiqətlərini zamanın tələblərinə uyğun, cəmiyyətin qəbul edəcəyi tərzdə, cazibədar bir üslub və asan şərhlərlə isbat və izah etməsi ilə milyonlarla insanın iman və inancına səbəb olmuş, ruhlarda İslam eşqi və məhəbbətini oyandırmaqla sürətlə anarxiyanın əlaməti olan dinsizlik və əxlaqsızlığa qarşı mənəvi bir səd inşa etmişdir. Bəli, ruhlarda, ağıl və ürəklərdə təsis edilən müqəddəs ideal və məqsəd birliyi, iman eşqi və məhəbbətini, yıxılmaz bir qüvvət, aşılmaz bir səd kimi mənəvi təsir meydana gətirmişdir. (6)
Quran əxlaqının yaşanması terrorla mübarizədə ən əhəmiyyətli nöqtədir
Bədiüzzaman terror və anarxiya ilə mübarizədə ən əhəmiyyətli məsələ kimi din əxlaqının yayılmasını hər fürsətdə bildirmişdir. Sözlərindən bəzisi belədir:
Hər bir şəhər öz xalqına geniş bir xanadır. Əgər axirət inancı o böyük ailə fərdlərində hökm etməzsə, gözəl əxlaqın əsasları olan ixlas, səmimiyyət, fəzilət, hamiyət, fədakarlıq, Allahın razılığı, axirət savabı öz yerini pis niyyət, mənfəət, saxtakarlıq, özünü bəyənmişlik, süni hərəkət, riya, rüşvət, yalançılıq kimi xüsusiyyətlərlə verəcəkdir. Təhlükəsizlik və insaniyyət yerinə anarxistlik və vəhşilik hökm edəcək və o şəhər həyatı zəhərlənəcəkdir. Uşaqlar avaralığa, gənclər sərxoşluğa, güclülər zülmə, qocalar ağlamağa başlayacaqlar. (7)
Bədiüzzamanın da vurğuladığı kimi, din əxlaqının yaşanması ilə bir çox gözəl əxlaq xüsusiyyətləri ortaya çıxdığı halda, dindən uzaq cəmiyyətdə hər cür saxtakarlıq, zorakılıq, anarxiya, vəhşilik və terror dirçəlir. Yardım etmək, fədakarlıq, dürüstlük kimi üstünlüklər ortadan qalxır. İnsanlar yalnız öz mənfəətlərini düşünür, yalnız öz rahatlıqlarını fikirləşir, yalnız öz mənfəətləri naminə çalışırlar. Ancaq dinin yaşanması cəmiyyətdə çox böyük bir həmrəylik, qardaşlıq və dostluq meydana gəlməsinə vəsilə olur. Bədiüzzaman sözünün davamında din əxlaqının cəmiyyətə və ailə həyatına qazandırdığı gözəllikləri bu şəkildə bildirir:
Buna müqayisə olaraq məmləkət bir evdir və həmçinin vətən də milli ailənin evidir. Əgər axirət inancı bu geniş evlərdə hökm etsə, səmimi hörmət, ciddi mərhəmət, rüşvətsiz söhbət, köməklik, hiyləsiz xidmət və birlikdə yaşannılanlar və riyasız lütfkarlıq və fəzilət və mənlik duyğusu verməyən böyüklük bu həyatda dirçəlməyə başlayar. Uşaqlara deyilər: "Cənnət var, avaralıqdan əl çək." Quran dərsi ilə təmkin verilər. Gənclərə deyilər: "Cəhənnəm var, sərxoşluğu burax." Ağılları başlarına gələr. Zalıma deyilər: "Şiddətli əzab var, döyüləcəksən." Ədalətə boyun əyər. Qocalara deyilər: "Sənin əlindən çıxmış bütün səadətlərinin əvəzində axirət səadəti və əbədi bir gənclik gözləyir səni. Onları qazanmağa çalış." Ağlamağını gülməyə çevirər.
İnsanların ictimai həyatını tədqiq edən sosioloqların və əxlaq elmi ilə məşğul olanların qulaqları cingildəsin! Bax, axirət inancının minlərlə faydasından göstərdiyimiz beş-altı nümunə digərləri ilə müqayisə edilsə, tamamilə aydın olar ki, iki dünyanın və iki həyatın səadətə səbəb olan tək yolu imandır. (8)
Yuxarıdakı nümunələrdə də göründüyü kimi din əxlaqı yaşandıqda insanlara öyüd vermək, onları pisliklərdən daşınmağa çağırıb doğru yola sövq etmək son dərəcə asan olur. Bədiüzzaman terrorun və anarxiyanın ancaq sevgini, sülhü, əhvi, şəfqəti və mərhəməti əmr edən, insanı hər cür pislik və təxribatçılıqdan çəkinməyə çağıran Quran əxlaqının yaşanması ilə yox olacağını tez-tez ifadə etmişdir. Aşağıdakı sözlərində də Müsəlmanlara Quran həqiqətlərinə sarılmağı tövsiyə etmiş və yer üzündə dinin hakim olması ilə anarxiyanın sona çatacağını təkrar vurğulamışdır:
İnsanlığı dəhşətli müsibətlərə sövq edən, anarxiyanın və təxribatın tək çarəsi ancaq və ancaq İlahi, səmavi bir dinin əzəli və əbədi gerçəkləridir, həqiqi İslamdır. (9)
Hal-hazırda ən böyük təhlükə olan münafiqlik və dinsizlik, anarxiyalıq və materialistlərə qarşı tək bir çarə var: O da Quranın həqiqətlərinə sarılmaqdır. Böyük Çini az bir zamanda kommunist rejiminə çevirən insanlıq müsibəti, siyasi və maddi qüvvələr ilə susmaz. Onu susduran Quranın həqiqətidir. (10)
Bədiüzzaman terror və anarxiyanın yox olmasında Quran əxlaqının və Quranın təfsiri hökmündəki Risalələrin çox böyük bir vəzifə boynuna götürdüyünə və gələcəkdə də bu vəzifəsinə davam edəcəyinə daha çox diqqət yetirir. Buna görə Quran əxlaqının izah edilməsi, insanların əsl İslama dəvət edilməsi terrorla mübarizəni daha təsirli edəcək. Bədiüzzaman "Risali Nurun hərçənd siyasətlə əlaqəsi yoxdur, amma küfrü yox etdiyi üçün, küfrün altında olan anarxiyalılığı və üstündə olan istibdadı mütləği əsaslarla pozur və rədd edir " (11) sözlərinə nəzər yetirilmişdir . Bədiüzzaman bir başqa şərhində isə anarxizimdən xilas olmaq üçün 5 əsasdan bəhs etmişdir. Bunlar Ustadın dedyinə əsasən "... Hörmət, mərhəmət, haramdan çəkinmək, güvənlik, özbaşınalığı buraxıb itaət etmək". (12)
Bədiüzzaman eyni sözünün davamında Risali Nurun üzərinə götürdüyü vəzifəni necə yerinə yetirdiyini bu şəkildə vurğulayır:
"Risali Nur ictimai həyata baxdığı zaman bu beş əsası qüvvətli olaraq təsbit edir və möhkəmlədir. Asayişin təməl daşını mühafizə etdiyinin subutu isə bu iyirmi il ərzində Risali Nurun yüz min adamın vətən və millətinə sahib çıxması olmuşdur ". (13)
Sənət, Bacarıq və İttifaqın Gücü ilə Mübarizə Aparmaq
Bədiüzzaman Səid Nursi əsərlərində dinsizlik, terror və anarxiya ilə necə mübarizə aparılacağını ətraflı şəkildə təsvir etmişdir. "... Bizim düşmənimiz cəhalət, zərurət, ixtilafdır. Bu üç düşmənə qarşı sənət, bacarıq, ittifaq silahları ilə mübarizə edəcəyik..." sözlərini demişdir. Səid Nursinin bu sözləri insanların dinsizliyə qarşı mübarizəsinin nə şəkildə olacağını anlamaq baxımından çox əhəmiyyətlidir. Bədiüzzaman yuxarıdakı sözündə üç təhlükəyə diqqət çəkmişdir: Cəhalət, zərurət və ixtilaf...
İlk təhlükəyə qarşı, yəni cəhalətə qarşı xalqın bilikləndirilməsi son dərəcə əhəmiyyətlidir. Yaşadığımız cəmiyyətdə insanların böyük əksəriyyəti dini məlumata malikdir, Allaha və dinə inanır. Ancaq yenə də böyük əksəriyyəti dinin və mənəvi dəyərlərin dərinliyini dərk etmir, yalnız səthi və qulaqdan duyulan məlumatlara malikdirlər. Buna görə də dinin gətirdiyi gözəl əxlaqı əsl mənada həyata keçirmək mümkün olmur. Bunun üçün cəhalətin, yəni məlumat əskikliyinin sürətlə ortadan qaldırılması şərtdir.
Bədiüzzamanın diqqət çəkdiyi ikinci təhlükə isə zərurətdir. İnsanların imandan kənar düşüncə və həyat tərzləri "zərurət" kimi təqdim edilmişdir. Həyatın gerçəklərindən imtina edə biləcəkləri, dini yaşamanın buna mane olacağı öyrədilmişdir.
Səid Nursinin son olaraq diqqət çəkdiyi ixtilaf təhlükəsi də bu gün mövcuddur. Bu gün dünyada insanlar arasında bir çox mövzu ixtilaflıdır. Çox vaxt ortaq fikrə gəlinmir və bir çox mövzu mübahisə və qarşıdurmalara çevrilir. İnsanları bu ixtilaflar daha çox maraqlandırır. Gözəl əxlaq, din, axirət tamamilə unudulmuşdur. Halbuki məsələni sırf həll etmək üçün ağıllı bir yanaşma ixtilafları asanlıqla həll edir. Ağıl və vicdanın yolu birdir. Buna görə də bu həqiqətlər ixtilafın gətirəcəyi qarışıqlıq və xaos təhlükəsinə qarşı çox açıq şəkildə ortaya qoyulmalıdır.
Bədiüzzaman, bu üç təhlükəyə qarşı tədbir alınan zaman diqqət çəkilən məqamları da bildirmişdir. Bu məqamların ilki sənətdir. İnsanların terror və anarxiyaya qarşı aparacaqları mübarizədə sənət çox əhəmiyyətli yer tutur. Burada "sənət" sözü bir çox şeyi əhatə edir. Birincisi, sənət Allahın bir neməti olan gözəllik və incəlikdir ki, bu, insan ruhunun kobudluqdan və şiddətdən uzaqlaşmasını təmin edir. O birisi sənətin Allahın bir neməti olduğunu bilmək və buna şükr etməkdir ki, insanın mənəvi dərinliyini artırır. Buna görə Allahın ətrafımızdakı yaratdığı sənətinin bütün gözəlliklərinin izah edilməsi çox əhəmiyyətli bir mövzudur. Sənətçilər bu düşüncə ilə hərəkət etməli, dindar insanlar bu şüurla sənətə yiyələnməlidirlər. Din əxlaqını izah etmək üçün sənət baxımından dəyərlərə sahib olmaq lazımdır. Məsələn müxtəlif əsərlərdə istifadə edilən şəkillər, onun dilindəki aydınliq və sadəlik, nəşrdə keyfiyyət dindar bir insanların üstün sənət anlayışını ortaya çıxarmaqda son dərəcə əhəmiyyətlidir. Bundan əlavə şifahi izahatdakı hikmət də sənətin bir növüdür. Seçilən sözlər, istifadə edilən nümunələr, izahatdakı təəccüblülük və təsir edicilik qarşındakı insana edilən təsir baxımından çox əhəmiyyətlidir. Dinin gözəlliklərini izah edərkən aydın olmayan, kompleks, qəlibçi və çətin yolu mənimsəyən üsulların əksinə izahatdakı sadəlik insanların həqiqətləri başa düşməsini asanlıqla təmin edir.
Ustadın diqqət çəkdiyi bacarıq isə "məlumat sahibi olmaq" mənasını verir və Müsəlmanların yaşadıqları dövrün bütün məlumatlarına hakim olmaları lazım olduğunu ifadə edir. Müsəlman Allahın insanlar üçün seçdiyi dinin yer üzündəki nümayəndəsidir, bu səbəbdən yaşadığı dövrün elm, mədəniyyət, düşüncə, texnologiya kimi fərqli sahələrinə hakim olmalı, bunları bilməli və ən yaxşı şəkildə istifadə edə biləcək qabiliyyətə sahib olmalıdır.
Ustadın göstərdiyi son üsul olan ittifaq isə bütün insanlığın rifahını və təhlükəsizliyini istəyən hər kəsin yerinə yetirəcəyi vəzifədir. Bütün insanları təhdid edən terror və anarxiya bəlası ilə mübarizə aparakən inananların bir-birlərinə dəstək olmaları son dərəcə əhəmiyyətlidir. Bu birliyi pozmaq üçün edilən hər cür cəhd isə təsirin azalmasına səbəb olacaq.
Qanyaqlar:
1. Bədiüzzaman Səid Nursi, Tarixi Həyat, Isparta Həyatı, s. 2216
2. Bədiüzzaman Səid Nursi, Emirdağ Lahikası, 2 dəri, s. 200
3. Bədiüzzaman Səid Nursi, Tarixi Həyat, Isparta Həyatı, s. 2216
4. Bədiüzzaman Səid Nursi, Emirdağ Lahikası 2, s. 159
5. Bədiüzzaman Səid Nursi, Tarixi Həyat, Isparta Həyatı, s. 2216
6. Bədiüzzaman Səid Nursi, Bədiüzzaman Cavab Verir, s. 9-10
7. Bədiüzzaman Səid Nursi, Şüalar, On Birinci Şüa, s. 964
8. Bədiüzzaman Səid Nursi, Şüalar, On Birinci Şüa, s. 964
9. Bədiüzzaman Səid Nursi, Barla Lahikası - Təqdim, s. 1412
10. Bədiüzzaman Səid Nursi, Emirdag Lahikası 2, Məktub Nömrə: 49, s. 1831
11. Bədiüzzaman Səid Nursi, Şüalar, On İkinci Şüa, s. 992
12. Bədiüzzaman Səid Nursi, Şüalar, On Dördüncü Şüa, s. 1024
13. Bədiüzzaman Səid Nursi, Şüalar, On Dördüncü Şüa, s. 1024
14. Bədiüzzaman Səid Nursi, Risali Nur Külliyyatı II, Divanı Hərbi Ənənəs(n)i, Nəsil Nəşrləri, s. 1921