II Dünya müharibəsi irqçi və faşist ideologiyanın başlatdığı bir dəhşətdir. Bu ideologiyaların “dəyərli əsasları” olan şiddət və qarşıdurmalar bir anda bütün dünyaya yayıldı. 55 milyon insan faşizmin qurbanına çevrildi. Müharibənin müttəfiqlərin lehinə nəticələnməsi faşist ideologiyanın məğlub olmasına səbəb oldu, ancaq faşizm yox olmadı. Sadəcə yerin altına endi. Keçən son on ildə dünya səviyyəsində irqçi, faşist təşkilatların və cinayət hadisələrin sayında inanılmaz artım oldu. Avropa neo-nasistlərin səbəb olduğu şiddətli hadisələrə qarşı mübarizə apararkən Amerika yenidən aktivləşən Klu Klux Klan və ona bənzər “Ağ irqin üstünlüyü” təşkilatları ilə məşğul olmaq məcburiyyətində qaldı. Bu gün istər neo-nasistlər, istərsə də Klu Klux Klan nümayəndələri müxtəlif hücumlar həyata keçirir, öz üzvləri arasında şiddət və terroru təşviq edirlər.
Bir çox insan Klu Klux Klan təşkilatının qara dərili insanlara qarşı təyziq və şiddətin sıx olduğu 1920-30-cu illərdə qaldığını və müasir dövrün gəlməsi ilə bu köhnə təşkilatın tarixə yazıldığını düşünə bilər. Halbuki Klan hələ də yaşayır. Dövrümüzdə ABŞ-da fərqli adlarla da olsa çox sayda Klan kilsəsini və bu kilsənin təliminə bağlı olaraq müxtəlif irqçi təşkilatları görmək mümkündür. Bu kilsə və təşkilatların üzvləri sadəcə qara dərililərə qarşı deyil, başda Amerikada yaşayan müsəlmanlar olmaqla ağ avropalı irqdən başqa bütün irqlərə qarşıdırlar və bu irqlərə qarşı ciddi mübarizə aparmalı olduqlarını düşünürlər. Bu “mübarizə”də silahlı birliklər yaradılması da nəzərdə tutulur.
Məlum olduğu kimi, Klan təliminin təməli avropalı ağ irqin digər irqlərdən üstün olduğu və bu irqin digər irqlərlə qətiyyən qarışmamalı olduğu fikrinə əsaslanır. Bu qarışıqlığın yaranmaması üçün ağ irqin mövcud olduğu mühitlərdə digər irqlərin olmasına icazə verilməməlidr. Çünki bu düşüncəyə görə digər irqlərin ağ insanların sahib olduğu imkanları əldə etməyə haqqı yoxdur. Bu irqlər ağ insanların saflığını və üstünlüyünü ləkələməyə çalışan parazitlər olaraq görülür və bunlara qarşı hər cür tədbirin alınmalı olduğu düşünülür. Klanın bu düşüncələri Amerikada yaşayan digər irqlərə qarşı həyata keçirilən hücumların çıxış nöqtəsidir. Bu fikirlərin təməlində sevgi, razılıq və ünsiyyət deyil, nifrət və təcavüzkarlıq dayanır.
İrq üstünlüyü anlayışının “elmi təməli” isə Darvinin təkamül nəzəriyyəsinə əsaslanır. Darvin insan irqlərinin bəzilərinin, məsələn, Avropa irqlərinin təkamül mərhələsinə əsasən digər irqlərə görə daha irəli olduğunu söyləmişdi. Bu irəli irqlərdən başqa digərləri, onun fikrincə, yarı meymun ibtidai canlılardır. Başqa sözlə desək, bəzi irqlər təkamüldə çox irəli getmişkən bəziləri hələ də qədim əcdadları olan meymunlara yaxın bir səviyyədədirlər. Darvinin gələcəklə bağlı irqçi fikirləri də olmuş və bunları belə ifadə etmişdir:
“Bəlkə də yüzillər qədər uzaq olmayan yaxın bir gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən, insanabənzər meymunlar da... şübhəsiz ki, aradan çıxarılacaqlar. Beləcə, insan ilə ən yaxın əcdadları arasındakı boşluq daha da genişləyəcək” (1)
Darvinin bu irqçi düşüncələri dövrün müstəmləkəçi imperatorluqlarının törətdikləri vəhşiliyi əsaslı göstərə bilmələri üçün istifadə etdikləri əhəmiyyətli bir qalxan oldu. Darvinin nəzəriyyəsini sübut etmək üçün söylədiyi bu iddiası isə onun nə dərəcədə məlumatsız və önmühakiməli olduğunun bir göstəricisidir. Darvin 1881-ci ildə W. Graham`a yazdığı bir məktubda nəzəriyyəsinin sübutu olaraq türk millətindən bəhs edirdi. Darvinin bu uydurmasına görə türk milləti “yaxın bir gələcəkdə tarixə qarışan geridə qalmış millətlər” sırasında yer alırdı:
“Təbii seleksiyaya əsaslanan mübarizənin mədəniyyətin inkişafında sizin düşündüyünüzdən daha çox fayda verdiyini sübut edə bilərəm. Düşünün ki, bir neçə yüz il əvvəl Avropa türklər tərəfindən işğal edildikdə Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə necə də gülünc gəlir. Avropa irqləri olaraq bildiyimiz mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdilər. Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxdıqda bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş, üstün irqlər tərəfindən yox ediləcəyini görürəm.” (2)
Şübhəsiz ki, bu iddialar uydurmadan başqa bir şey deyil. Lakin heç bir elmi əsası olmayan bu fikir 19-cu əsrdə Avropanın müstəmləkəçi dövlətləri tərəfindən qəbul edilmiş və o dövrə hakim olmuş türk düşmənçiliyinin dayaq nöqtəsi olmuşdur. İndiki dövrdə müxtəlif ölkələrdə davam edən irqçi fəaliyyətlərin çıxış nöqtəsində Darvinin bu və buna bənzər fikirləri dayanır.
Bu gün hələ də Amerikanın müxtəlif əyalətlərində tez-tez qara dərililərə aid kilsələrin yandırıldığı, məscid və sinaqoqların hədəf alındığı, müxtəlif irqlərdən olan insanlara qarşı hücumların təşkil olunduğu xəbərləri alınır. Xüsusilə, 11 sentyabrda Dünya Ticarət Mərkəzində həyata keçirilən terorist hücumun ardınca bu və bənzər təşkilatların təlqinlərinin təsiri altında qalan bəzi dairələrin hücumlarının həddi genişlənmişdir. Fərqli ştatlarda müsəlmanlara aid iş yerlərinə, məscidlərə, qurumlara hücumlar edilmiş, müsəlman şagirdlər məktəblərə buraxılmamış, müsəlman uşaqlar isə küçələrdə hədə-qorxuya alınmışdı. Ağlı və məntiqi ilə hərəkət edən hər kəs edilən bu mərhəmətsiz hücumlardan bütün müsəlman dünyasını, xüsusilə də, dinc xalqı və günahsız uşaqları məsul tutmağın doğru olmadığını bilir. (Necə ki, 11 sentyabr hadisəsindən sonra İslamı araşdırmağa başlayan geniş bir kütlə də ağıl və sağlam düşüncə ilə hərəkət etmiş və müsəlman olanların sayı əvvəlki dövrlərə nisbətən onlarla qat artmışdı.) Digər tərəfdən, bu vəziyyət irq və inanca əsaslanan nifrətin alovlanmasının necə təhlükəli bir vəziyyətə gətirib çıxartdığının göstəricisidir. Amma Klan üzvləri belə düşünmürlər. Hətta onlar 21-ci əsrdə gerçəkləşəcəyinə inandıqları irqlərarası böyük bir müharibə üçün uzun illərdən bəri hazırlaşırlar.
Amerikada irqçiliyin yaşandığı ölçülər
1870-ci illərdə qurulan Ku Klux Klan Amerikada əsas I Dünya Müharibəsindən sonra böyük güc qazandı. 1920-ci illərin ortalarında isə üzvlərinin sayı 3-4 milyon arasında idi. (3)
“Ağ insanı qorumaq üçün mübarizə başladıqda düşmənlərimizi qətl edəcəyik” şüarı ilə yola çıxan Klu Klux Klan təliminin ideoloji təməli digər bütün irqçi ideologiyalarda olduğu kimi ağ irqin təkamül pillələrində ən üstə yerləşən irq olduğu, digər irqlərin isə aşağı pillələrdə yerləşdiyi və bu səbəbdən də hər cür pis rəftara layiq olduğu fikrinə əsaslanır. Bu fikrin tərəfdarları Amerikada olduqca çox saydadır. National Alliance, World Church of The Creator, Arian Nation kimi fərqli adlar altında təşkil olunmuş bu qrupların Klu Klux Klanın çətiri altında olduqlarını söyləmək yanlış olmazdı.
Aşağıda bir neçəsindən bəhs edəcəyimiz bu təşkilatların fikirlərindəki ən əhəmiyyətli ortaq cəhət hədəflərinə çatmaq üçün şiddətə əl atmaqda heç bir problem görməmələri, hətta çox vaxt şiddət və təcavüzü bir zərurət hesab etmələridir.
World Church of the Creator (WCOTC) Təşkilatı
WCOTC Amerikada aktiv olaraq fəaliyyətlər həyata keçirən və gün keçdikcə daha da böyüyən irqçi təşkilatlardan biridir. Allah`ın varlığını inkar edən, axirət gününə, cənnət və cəhənnəmə inanmayan bu azğın təşkilatın Amerikadan kənarda da bir çox izləyicisi mövcuddur. Təşkilatın ideologiyasının təməlini ağ irqin üstünlüyü düşüncəsi əhatə edir. İrqçi fraksiyanın yaradıcısı olan Ben Klassen bu ideologiyanı təşkilatın rəsmi internet saytında belə izah edib:
“Bizim irq üstünlüyünü müdafiə edən inancımızın əsas hədəfi ağ irqin yaşaması, genişlənməsi və inkişaf etməsidir. Dinimiz ağ irqin sevgisi üzərində qurulmuşdur. Kitabımız “Ağ adamın İncili”dir. Biz ölümdən sonrakı həyata inanmırıq. Mələk, şeytan, Tanrı və digər şeylər haqqında olan hər şeyi inkar edirik... Qızıl qaydamız qısaca belə söylənilə bilər: Ağ irq üçün yaxşı olan şey ən yüksək ləyaqətdir; ağ irq üçün pis olan şey ən böyük günahdır... Təbiət bizə sadəcə öz növümüzün məsuliyyətini almağı söyəyir. Palçığa bulanmış başqa heç bir irqi öz növümüz olaraq görə bilmərik... Qaralar, şühhəsiz ki, pilləkənin ən alt pilləsindədirlər, şimpanze və meymunlardan elə də üstdə deyillər. Digər irqlərin irəliləməsinə kömək edə bilmərik. Çirkli irqlərin müvəffəqiyyətli olması, çoxalması və planetdəki müəyyən ərazini doldurmaları üçün kömək etmərik. Yer üzündəki bütün növlər digər növlərlə həyat mübarizəsində rəqabət apararkən təbiət onları öz qabiliyyətlərinə görə dərəcələndirmişdir.” (4)
Göründüyü kimi, bu azğın düşüncə sahibləri tərəfindən din olaraq adlandırılmış və təşkilatın üzvləri bu inanca tamamilə bağlanmışlar. Lakin, əlbəttə ki, bu azğınlığı bir din olaraq adlandırmaq qeyri-mümkündür. Diqqətlə baxıldıqda Sosial Darvinizmin bir qolu olaraq qiymətləndirə biləcəyimiz bu uydurma dində əsas təlimin digər irqlərlə aparılan mübarizə mövzusundan ibarət olduğunu görərik. Hətta bu mübarizə Rahowa (Racial Holy War – Müqəddəs İrqi Savaş) adlandırılmış və təşkilatın ən əhəmiyyətli dəyərlərindən birinə çevrilmişdir. Ben Klassen başqa çıxışında bir yandan Rahowa'nın hansı mənanı daşıdığını izləyicilərinə açıqlayarkən digər yandan çəkinmədən onları müharibəyə dəvət edir:
“RAHOWA! Bu söz ilə bütün ağ irqin əsas hədəfini və proqramını müəyyən edirik. Bu ifadə bu mənanı verir: Yəhudilərə və dünyanın digər bütün aşağı irqlərinə qarşı siyasi, hərbi, maliyyə, əxlaqi və dini cəhətdən mübarizə aparmağı öz üzərimizə götürürük. Daha doğrusu, bunu dini inancımızın ən əhəmiyyətli mövzusu və ən müqəddəs ünsürü olduğunu düşünürük. Bunu tamamlanmalı olan müqəddəs bir müharibə, irqlərarası müqəddəs bir müharibə olaraq görürük.” (5)
Gözlənilən irqlərarası tarixi müharibə Klan təşkilatlarının üzərində çox çalışdıqları ən əhəmiyyətli mövzulardan biridir. Demək olar ki, bütün yığıncaqlarda bu mövzu üzərində dayanılır. Söhbətlərdə Klan üzvləri müharibə üçün həvəsləndirilir, irəlidə gözlənilən bu böyük müharibə digər sahələr ilə əlaqələndirilməyə çalışılır . Az qala əfsanələşdirilən bu müharibəyə aid təsvirlərə Klanın nəşriyyat orqanlarında olduqca çox yer verilirdi. Məsələn, Kolumbiyada təşkil olunan milli yığıncaqdan bəhs edən təşkilatın nəşriyyat orqanı Knight-Ridder qəzeti oxucularına yığıncaq barədə belə məlumat verir:
“Xristian cəngavərlərinin lideri Klu Klux Klanın həsrətindədir... Prospektin bir az kənarında qonşusu ilə birlikdə Klan üzvü heykəli ilə bəzədikləri bağçalarını göstərərək ”Bir irq müharibəsi gəlir. Klan ağ irqin tək qurtuluş ümididir” deyə natiqlərə səslənir.” (6)
Bir çox irqçi təşkilatda olduğu kimi Rahowa'da da güclü bir təkamül inancı var. Digər irqlərə qarşı bu dərəcə düşmən münasibəti bəsləmələri və onlara qarşı şiddətə əl atmaqdan çəkinməmələri də təkamül nəzəriyyəsinə olan inancın bir nəticəsidir. İnsanın bir heyvan növü olduğuna inanan birisi qarşısındakı insana hücum etməkdən, onu təcavüzə məruz qoymaqdan və hətta yeri gəldikdə qətl etməkdən heç bir zaman çəkinməz.
Təşkilatın Ben Klassen`dən sonrakı lideri Matt Hale`nin aşağıdakı sözləri din olaraq qəbul etdikləri düşüncələrinin təkamül inancı ilə nə qədər əlaqəli olduğunu göstərən nümunələrdən sadəcə biridir:
“Bizlər heyvanıq. Budur məsələ. Sadəcə düşünə və danışa bildiyimiz, ya da iki ayağımızın üzərində dura bildiyimiz üçün bu fikri qəbul etmirik. Bu təbiət qanunlarına bağlı olmadığımız demək deyil. Çünki bağlıyıq.” (7)
Bu sözlər təşkilatın özünə xas, qəribə din anlayışının olduğunun göstəricisidir. Bu dinin, əlbəttə ki, təvazökarlığın, sevginin və mərhəmətin tərəfdarı olan xristianlıqla heç bir əlaqəsi yoxdur. Onsuz da, təşkilatın üzvləri və liderləri də bu vəziyyəti açıq şəkildə dilə gətirməkdən çəkinmirlər. Matt Hale də özü ilə aparılan müsahibədə dinləri haqqında bu fikirləri bildirmişdir:
“...Düşmənlərini, məzlumları və aşağı təbəqədə olanları sevməyi söyləyən xristianlıq kimi bir din yerinə yalnız öz insanlarımızı tərifləyən bir dinə ehtiyacımız var... Bütün insanların bərabər yaradıldığı fikrindən uzaqlaşmalıyıq... İnandığımız fikir ağ olmayan bütün irqlərə göstərilən yardımları dayandırmaqdır. Özlərinə qulluq edə bilmirlər... Mükəmməl bir dünyanın sadəcə ağ insanlarla, dünyadakı ağ irqlərlə qurulacağına inanırıq... Ağ olmayan irqlər getdiyi və ağ irqlər birləşdiyi zaman ağ insanlarımız üçün barış və rifah olacaqdır...” (8)
Lakin irq üstünlüyünü müdafiə edən, sahib olduğu xüsusiyyətlərinin özlərini üstün edəcəyinə inanan insanların etinasız yanaşdıqları vacib bir həqiqət var. Bu xüsusiyyətlərin heç biri qalıcı deyil. Hər insan inkar etsin, ya da etməsin əvvəl-axır öləcək və sahib olduğu hər şeyi bu dünyada qoyaraq Rəbbimizin qarşısında hesab verəcəkdir. O gün heç kimin heç kimə faydası olmayacaq, heç kimin irqi, rəngi və ya soyu bir əhəmiyyət daşımayacaq, dünyada ikən sahib olduğu heç bir şey ona fayda verməyəcək və heç kim etdikləri üçün bir bəhanə söyləyə bilməyəcəkdir. Allah Muminun surəsində belə bildirir:
“Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.” (Muminun surəsi, 101)
Klan təlimi
Aşağıdakı maddələr 14 yanvar 2001-ci il tarixində keçirilən Klan yığıncağında çıxış etmiş Matt Hale`nin sözlərindən nümunələrdir:
• İrqlərin bərabər olduğunu söyləmək öz irqimizə qarşı haqsızlıq etmək deməkdir.
• İrqlərin qaynayıb-qarışmasına, irqlərarası evliliklərə və ağ olmayanların ölkəmizə gəlməsinə nifrət edirik.
• İrqlərarası evlilik etmək irqimizə xəyanət etməkdir.
• İnsan Hüquqları bizim üçün yanlışdır. Mənfəətlərimizə ziddir.
• Ağ irq intellektuallığına görə digər irqlərdən üstündür.
• Növbə bizə gəldikdə, iqtidar bizim əlimizdə olduqda, dünyanı istədiyimiz kimi dəyişdirməyə başladıqda irqimizin ən yaxşısını yaradacağıq. Gələcək yalnız ağ irqə aid torpağımızın olduğu bir dövr olacaq və digər irqləri torpaqlarımızdan qovacağıq. Qanun çərçivəsi daxilində zorla gəmilərə doldurulub torpaqlarımızdan çıxarılacaqlar. Qanun bu olacaq...
• Ağ olmayan bizim üçün əhəmiyyətli deyil. Qan gölü içində yatsalar belə bizim üçün əhəmiyyəti yoxdur. Bizi maraqlandıran təkcə öz irqimizdir.
• İrqləri fərqli edən beyinləridir. Hər irqin fərqli kəllə quruluşu və beyin həcmi var.
• Qatillərin niyə hər zaman ağ insanların arasından çıxdığı soruşulsa... Ağ insanlar bir şeyi etmədən əvvəl planlayırlar. Ağlar düşünürlər.
Qara insanların törətdiyi cinayətlərin çoxu primitivdir. Ağlar cinayəti öncədən düşünürlər. Ağlar bu tərzdə cinayət törədirlər, çünki bu cür cinayətlər planlama, qabiliyyət tələb edir. (9)
Bu maddələr bir Klan üzvünün düşüncə tərzini göstərməsi baxımından olduqca təəccüblüdür. Bu elə bir zehniyyətdir ki, ardıcıl cinayət işləmək bir növ öyünmə mövzusuna çevrilir və vəhşiliyin irq üstünlüyünün göstəricisi olması normal qarşılanır.
Milli İttifaq (National Alliance) təşkilatı
Amerikada gənclər arasında çox böyük dəstək qazanan faşist təşkilatlardan biri də Milli İttifaqdır (National Alliance). Təşkilat əvvəlcə 1970-ci ildə gənc fizika professoru Dr. William Pearce tərəfindən Oregon universitetində “Milli Gənclik Birliyi” adı altında qurulmuşdu. Ən əsas xüsusiyyəti kollec və universitetləri hədəf alması idi. Üzvlük yaşı isə 30 və aşağı yaşlar idi. Lakin daha sonra bu yaş məhdudiyyəti aradan qaldırıldı və Milli İttifaq adı altında yeni bir təşkilat quruldu. Bu təşkilatın əsas məqsədlərindən biri gənclərin irqçi düşüncələrlə yetişdirilməsinə daha çox yer vermək idi. Beləcə, irq üstünlüyü anlayışının şüurunda olan nəsillərin yetişməsi təmin olunacaqdı. Digər bütün irqçi qruplar kimi Milli İttifaq da bütün şərtlərdə ağ irqin üstünlüyünü qorumağı hədəf etmiş vəziyyətdədir. Dr. Pierce 1997-ci ildə onunla aparılan müsahibədə bu hədəflərini belə ifadə etmişdi:
“Üstün ola bilmək üçün nə bahasına olursa olsun, özümüzü qaralardan və digər ağ olmayanlardan tamamilə ayırmalı və onlardan uzaq durmalıyıq... Onları ovlamalı və onlardan qurtulmalıyıq” (10)
Əlbəttə ki, Milli İttifaq təşkilatı ilə digər faşist təşkilatlar arasındakı tək oxşarlıq bu deyil. Təkamül nəzəriyyəsinə olan inanc digərlərində olduğu kimi, Milli İttifaqda da ön sıradadır. Təşkilat üzvləri nə qədər dindar olduqlarını iddia etsələr də, etdikləri açıqlamalar inanclarının din ilə tamamilə zidd olduğunu göstərir. Çox vaxt bu həqiqəti özləri də ifadə edirlər:
“Özümüzü təbii qanunlara əsasən təkamülləşən dünyada inteqrasiya etmiş olaraq görürük. Sadə yolla ifadə etsək, sadəcə bir həqiqət var və o da təbiətdir. Bizlər təbiətin bir parçasıyıq və təbiət qanunlarına tabeyik. Bu qanunlar çərçivəsində bizlər öz qədərimizi müəyyən edə bilirik. Digər bir ifadə ilə, seçmə gücünə sahib olduğumuz hər şey üçün özümüz məsuliyyət daşıyırıq. Əsasən də, öz ətrafımız və irqimizin qədəri üçün. Bu baxış sami dünyagörüşü ilə ziddiyət təşkil edə bilər.” (11)
Göründüyü kimi, faşist və irqçi təşkilatların müəyyən zamanlarda dini ünsürlərdən istifadə etmələri və ya özlərini din əxlaqını yaşayan insanlar kimi göstərmələri sadəcə bir taktikadan ibarətdir. Müxtəlif sosioloqlar və akademiklər də etdikləri iş və araşdırmalarda bu vəziyyəti xüsusilə vurğulayırlar. Bu akademiklərdən biri Bostondakı Northeastern universitetinin şiddət və ictimai qarşıdurmalar kafedrasının rəhbəri Jack Lewindir. Lewin təşkilatın Müqəddəs Kitabdan istifadə etməsinin səbəbinin təcavüzkarlıqlarına dini don geyindirməyə çalışmasından ibarət olduğunu söyləyib. (12)
ŞİDDƏT VƏ TERRORA ƏSASLANAN İDEOLOGİYA: NEO-NASİZM
İrqçi qruplar Amerikada Klu Klux Klan çətiri altında toplanarkən Avropadakı hərəkat Neo-Nasizm adını aldı. Əvvəllər İngiltərədə dazlar hərəkatı kimi başlayan Avropa irqçiliyi 1990-cı illərdə bir nasist hərəkatına çevrildi. Özlərini neo-nasistlər olaraq adlandıran bu qrupların əsas xüsusiyyəti eynən Klu Klux Klan kimi ağ irqin üstünlüyünü müdafiə etmələri və əcnəbilərə və kasıb məhəllələrdə yaşayanlara qarşı hücumlar təşkil etmələri idi.
Son 10 ildir neo-nasist hərəkatı getdikcə güclənir və onun təsir etdiyi sahələr daha da genişlənir. Bu gün bu təşkilatlar 6 qitədə və 33 ölkədə aktiv vəziyyətdədirlər. Üzvlərinin sayı isə 70 minə çatır. Neo-nasistlər hər ölkədə özlərinə fərqli hədəflər müəyyən ediblər. Aparılan araşdırmalara görə Almaniyada türklər, Macarıstan, Slovakiya və Çexiyada qaraçılar, İngiltərədə asiyalılar, Fransada şimali afrikalılar, Braziliyada şimal-şərqlilər neo-nasistlərin hədəfləri arasındadır. Şiddət, kin, nifrət, qorxutmaq, təhdid etmək, dağıtmaq, zərər vermək neo-nasistlərin əsas xüsusiyyətlərindəndir.
Rəsmi alman statistikasına görə 1999-cu ildə sadəcə Almaniyada irqçilik və əcnəbilərə qarşı olan düşmənçilikdən qaynaqlanan 10037 hadisə müəyyən edilmişdir. 2000-ci ildə açıqlanan irqçilik hadisələri də on mindən yuxarı göstəricidədir. İngiltərədə isə sadəcə aprel-sentyabr ayları arasında müəyyən edilən irqçiliklə əlaqəli cinayətlərin sayı 10982-dir. Bu cinayətlərin yarısının qorxutma, hədələmə, təhdid etmə şəklində baş verdiyi göstərilmişdir. Öldürmək, yaralamaq, ev və iş yerlərinə hücumlar kimi hadisələr isə cinayət siyahısının digər yarısını təşkil edir.
90-cı illərdə inkişaf edən neo-nasistlərin əsas tərəfdarları arasında amerikalı radikal sağ fikiri müdafiə edən Louis Beam və William Pierce adlı ideoloqların ayrı bir yeri vardır. Bu ideoloqların ortaya qoyduğu “lidersiz müqavimət” və “ağ inqilab” anlayışları bu gün bütün neo-nasist hərəkatına hakim olmuş vəziyyətdədir. İndiki dövrdə müxtəlif ölkələrdə yaşanılan bombalama, yanğın çıxartma hadisələri və iş yerlərini məhv etmə kimi fərdi terror hadisələrinin təməlində də “lidersiz müqavimət” anlayışı durur. Bu anlayış ilə neo-nasistlər fəaliyyətlərini ya fərdi olaraq, ya da kiçik qruplar halında həyata keçirirlər.
Dr. William Pierce tərəfindən qələmə alınan Hunter (Ovçu) və The Turner Diaries (Turner Gündəlikləri) adlı kitablar neo-nassit terrorizminin əsas qaynaqları olaraq qəbul edilir. Fransız Nasioanal Sosialist Hərəkatının bu kitabları əsas götürərək hazırladığı A Practical Guide to Aryan Revolution (Aryan İnqilabının Rəhbəri) adlı broşurada isə bir neo-nasistin ehtiyacı olan hər cür məlumata yer verilmişdir. Gizli hərəkat metodları, qaçma və gizlənmə, sui-qəsd, bombalama, parçalama, irq döyüşü, inqilabi prosesin yaradılması, Aryan Azadlıq Hərəkatı əsgərlərinin davranışları kimi alt başlıqlardan ibarət olan bu broşura tam ifadə ilə bir terroristin əl kitabçasıdır.
Bu qruplarda aktiv olaraq iştirak etməsələr belə, faşizmi müdafiə edən və bu kitablardan təsirlənən bir çox insan mövcuddur. Məsələn, The Turner Diaries`də bir yeraltı təşkilatın dövlət qarşısında necə birləşdiyindən (?) və nə kimi fəaliyyətlər göstərdiyindən bəhs olunur. 1998-ci ildə Texasda bir zəncini yük maşınının arxasına bağlayıb sürüyərək öldürən James Byrd adlı birisi özünü müdafiə edərkən The Turner Diaries'i həyata keçirdiyini söyləməsi bu təsirin hansı ölçüdə olduğunu göstərir.
1993-cü ildə Oklahamada Timothy McVeigh tərəfindən həyata keçirilən bombalama hadisəsindən sonra isə diqqətlər bu dəfə neo-nasist William Pierce'in digər kitabı Hunter'ə yönəldildi. Çünki Pierce Hunter adlı kitabında tək başına fəaliyyət göstərən bir bombaçıdan bəhs edirdi. Kitabın qəhrəmanı hər hansı bir qrupun və ya təşkilatın dəstəyi olmadan eynilə Timothy McVeigh kimi öz istəyi ilə şüurlu şəkildə bir hücumu həyata keçirirdi.
Oklahoma bombaçısı da neo-nasist idi
Amerika xalqının 11 sentyabr 2001 tarixindəki hadisədən əvvəl şahidi olduğu ən böyük terrorist hücum Timothy McVeigh tərəfindən Oklahomadaki Federal Binaya edilən bombalı hücumdur. Bu hücum nəticəsində uşaqların da daxil olduğu 168 nəfər həyatını itirmişdi. Hadisənin qeyri-adi tərəfi isə Timothy McVeigh'in azğın bir təriqət ilə həmfikir və bir neo-nasist olması idi.
McVeigh bu qətl hadisəsini 1993-cü ildə fermalarında yanaraq ölən David Koresh və onun tərəfdarlarının intiqamını almaq üçün törətdiyini söyləmişdi. McVeigh`in fikrincə Koresh və təriqət üzvləri özlərini yandırmayıblar, Amerika dövləti tərəfindən yandırılıblar. Bu səbəbdən baş vermiş hadisənin intiqamını Amerika dövlətindən almağa qərar vermiş və Federal Binanı bombalayaraq dövlət üçün çalışanları öldürməyi planlamışdı. David Koresh, təriqətinin intihar hadisəsindən düz iki il sonra hadisənin baş verdiyi gündə partlayıcı ilə dolu olan yük maşınını binanın önündə saxlayıb soyuqqanlılıq ilə baş verənlər izləmişdi. Hücum əsnasında başqa bir neo-nasist olan Terry Nichols adlı dostu da McVeigh'ə kömək etmişdi. Terry Nichols ilə birlikdə hadisədən əvvəl McVeighə dəstək olan, partlayıcıları tapmasında kömək edən və McVeighin belə bir hücumu reallaşdıracağını bilənlərin ən əhəmiyyətli ortaq xüsusiyyətləri onların neo-nasist olmaları idi.
McVeigh edam edilməsindən qısa müddət sonra The Buffalo News qəzetinə göndərdiyi məktubda etdiklərinə görə peşman olmadığını, dövlətə qarşı göstərdiyi mübarizədə bombalama hadisəsinin “ən məntiqli taktika” olduğunu söyləmişdi. Tamamilə anormal zehniyyətin məhsulu olan bu hücum bir daha bizlərə yuxarıda bəhs etdiyimiz hadisələrin insanlar üzərində necə böyük təxribatlara səbəb olduqlarını və cəmiyyətlərə hansı bəlaları gətirdiklərini göstərir.
İndiki dövrdə insanlar arasında irqlərinə, dillərinə və cinsiyyətlərinə görə ayrıseçkilik etmək və digər irqlərin vəhşi üsullarla qətl edilmələri normal qarşılanır. Üstəlik, bu ayrıseçkilik cəmiyyətlər arasında qarşıdurmalara və müharibələrə səbəb olan xəstəliyə çevrilmişdir. İnsanlar sadəcə dilləri, dinləri və irqləri fərqli olduğu üçün müxtəlif hücumlara və təcavüzlərə məruz qalırlar. Bunun səbəblərindən biri Quranda da bildirildiyi kimi, şeytanın insanlara üstünlük hissi ilə irq qoruyuculuğunu xoş və gözəl göstərməsidir. İndiki dövrdə terror hadisələrinə təşviq edən, ya da birbaşa həyata keçirən qrupların böyük bir hissəsi də bu təhriklərə qapılaraq göstərdikləri fəaliyyətləri irqçilik adı altında həyata keçirirlər. Bu irqçi təhriklərin İslam dininə necə zidd olduğu aşağıdakı Quran ayəsində açıqca bidirilir:
“Kafirlər öz qəlbində təkəbbürlüyə – cahilik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir.” (Fəth surəsi, 26)
İnsanlar bir-biri ilə düşmən olmalar üçün deyil, ünsiyyət qurub dost olmaq, gözəl münasibətlər qurmaq üçün fərqli millətlər olaraq yaradılıblar. Allah “üstün irq” ideologiyasının yanlış olduğunu Quranda açıqlamışdır. Cəmiyyətlərə, xalqlara və ya insanlara üstünlük bəxş edən insanların gözəl əxlaqıdır. İnsanların hansı irqə mənsub olmalarının, hansı dildə danışdıqlarının, ya da dərilərinin nə rəngdə olduğunun heç bir əhəmiyyəti yoxdur. Bu xüsusiyyətlərə görə üstün olduğunu düşünmək və digər cəmiyyətlərə düşmən gözü ilə baxmaq dinsiz ideologiyaların bir nəticəsidir. Allah insanlar arasındakı irq fərqliliklərinin tanış olmağa, dostluğa, mədəni münasibətlərin qurulmasına səbəb olduğunu və üstünlüyün də sadəcə təqva, yəni iman və əxlaq ilə ölçüldüyünü belə xəbər verir:
"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat surəsi, 13)
Mənbələr:
1. Charles Darwin, İnsanın Türeyişi, Onur Yayınları, 7.baskı, Ankara, Nisan 1995, ss 199-200
2. Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I., D. Appleton and Company, New York, 1888, ss.285-286
3. James Ridgeway, Blood In The Face, Second Edition, Thunder’s Mouth Press, New York, 1995, s.52
4.http://www.adl.org/learn/ext%5Fus/hale.asp
5.http://www.adl.org/
special%5Freports/wcotc/wcotc%2Dintro.html
6. S.Hogan-Albach,D.Pardue, The Word Misread Klan Twists Bible’s Message to Back Racist Beliefs, Knight Ridder Newspaper, 27 Haziran 1996
7. Matt Sharkey, American Dream, Generation 21, 1-8 Ağustos 1999
8. Http://Hatewatch.Org/Frames.Html
9. Matt Hale’s Speech, Illinois, 14 Ocak 2001, http://www.stop-the-hate.org/wcotc.html
10. The Explosion of Hate The Growing Danger of The National Alliance, http://www.adl.org/explosion_of_hate/intro_venomous_voice.html
11. General Principles of National Alliance, http://www.natvan.com/what-is-na/
na1.html#natural
12. S.Hogan-Albach,D.Pardue, The Word Misread Klan Twists Bible’s Message to Back Racist Beliefs, Knight Ridder Newspaper, 27 Haziran 1996