Avropa vacib dönüş nöqtəsindədir və gündəmi məşğul edən iki mühüm məsələ var: terror və miqrant böhranı.
Vəziyyət o qədər ciddi bir hal alıb ki, Avropa İttifaqındakı ölkələr İttifaqın əsas dəyərlərini mühakimə edir və etiraz edirlər. "Avropa öz içinə qapanır" deyənlərin sayı da az deyil.
Brüsseldəki Maelbeek metro stansiyası və Zaventem hava limanı hücumlarını nümunə verərək Avropanın terror problemini və həll yollarını birlikdə düşünək:
Məlum olduğu kimi, Belçika hücumunda 31 nəfər həyatını itirdi, 300 nəfər də ağır yaralandı. Avropa İttifaqının qəlbi kimi qəbul edilən Belçika terror məsələsində gec tədbir almağa başladığı üçün tənqid edilərkən, çox ciddi terror təhdidi ilə qarşı-qarşıya qaldı. Belçikanın terror mövzusundakı ən böyük problemlərindən biri də Avropada İŞİD kimi radikal qruplara qoşulma nisbətinin ən yüksək olduğu ölkələrdən biri olmasıdır. Hazırda İraq və Suriyada İŞİD-ə qoşulan avropalılar içində 470 belçikalının olduğu bilinir.
Noyabrdakı Paris hücumunu həyata keçirənlərin Brüssel hücumlarındakı insanlarla eyni terror şəbəkəsi içində yer aldığına dair yeni sübutların aşkar edilməsi da bu əlaqələri təsdiqləyir.
Son dövrlər ard-arda baş verən hadisələrlə birlikdə aralarında Belçikanın da olduğu bir çox Avropa ölkəsi təhlükəsizlik tədbirlərini artırmağa başladı. Lakin bir çox mütəxəssis Avropanın terrorla mübarizə çərçivəsində aldığı tədbirlərin Paris və Brüssel nümunələrində də göründüyü kimi yetərsiz olduğu fikrindədir. Terrora qarşı lazımi tədbirlər alınmamaqla yanaşı, Avropa İttifaqı ölkələrindəki başqa problemlər də getdikcə böyüyür.
Avropa İttifaqı ölkələrində güclənən ifrat sağ və radikalizm əlaqəsi
İnsan hüquqları və demokratik dəyərlərə hörmət baxımından dünyanın digər regionlarına ilham mənbəyi olan Avropa İttifaqı ölkələri dərinləşən terror problemi ilə birlikdə mənfi dəyişikliyin içinə sürüklənir. Bunun ən böyük səbəblərindən biri də artan irqçilikdir.
Xalqın əksəriyyəti terror və qaçqınlar arasında qeyri-sağlam əlaqə qurur və əcnəbilərə reaksiya verirlər. Bəzi ifrat sağ partiyalar və təşkilatlar da bu narahatlıqlar üzərindən təcavüzkar siyasət apararaq üstünlük əldə etməyə çalışırlar. Bu partiyaların təbliğatları nifrəti qızışdırır, ictimai xaosa yol açır və tərəflər arasındakı uçurum getdikcə böyüyür.
Avropa İttifaqı ölkələrində ifrat sağ güclənərkən, hər fürsətdə demokratiya, bərabərlik və insan hüquqlarından dəm vuran sağ mühafizəkarlar, sosial və liberal demokratlar cavabsız və təsirsiz olurlar. Bu çox ciddi problemdir. Çünki bu cavabsızlıq radikal ideologiyaların mənfəətinə uyğundur.
Radikal qruplar necə tərəfdar toplayır?
Belçika nümunəsindəki kimi, radikal qrup üzvləri asanlıqla dinc xalqın arasına qarışa bilir.
Xüsusilə internet və sosial media vasitəsilə təbliğat aparıb dünya miqyasında şəbəkələr əmələ gətirirlər. Olduqları ölkələrdə mənsubiyyət hissini itirmiş, təcrid olunduğunu düşünən və dinlə bağlı yetərli məlumata malik olmayan gəncləri müəyyən edir, öz aralarına qatırlar.
Avropalı müsəlmanların bir çoxu ölkələrində ikinci sinif insan münasibəti gördüklərinə inanırlar. Bu insanlar yaşadıqları ölkənin orta rifahından istifadə edə bilmir, bir çoxu Fransada olduğu kimi, şəhərlərin kənar məhəllələrində yaşayırlar.
BBC-nin internet saytında yayımlanan "Parisin yaxınlığındakı ayrı dünyaların insanları" başlıqlı araşdırma yazısında yazıçı Henri Astier Fransada müsəlmanların təcrid olunduğunu və özlərinə qarşı laqeydlik hiss etdiklərini bildirirlər. Eyni yazıda məşğulluq sahəsində ayrı-seçkiliyin davam etdiyi və polisin müsəlman mənşəli miqrantlara pis münasibət göstərdiyinə də toxunulur.
Bütün bu çatışmazlıqlara mənfi təbliğat, ksenofobiya, xətalı hüquqi tənzimləmələr kimi yanlış siyasətlər da əlavə olunduqda onların sayı getdikcə artır. Bugünkü günə kimi nəticə verməyən başqa bir üsul isə hərbi həll yollarıdır...
Hərbi üsullar nə üçün terrora qarşı təsirli ola bilməz?
Terror problemini yalnız hərbi yollarla həll etməyə çalışmaq da kifayət etməz. Zorakılığa zorakılıqla cavab verilməsi nifrəti və dolayısilə də radikal terroru inkişaf etdirir. Buradakı problem ideya və ideologiya problemidir. Terrorçuların yanlış fikir və ideologiyalarının "düzgün fikirlərlə" aradan qaldırmaq vacibdir.
Bu səbəbdən ən vacib olan radikalizmlə həqiqi İslam arasındakı fərqi dəqiq şəkildə ortaya qoymaq, bunu hər imkandan istifadə edərək izah etməkdir. İslam adına ortaya çıxan radikal qruplar -tətbiq etdikləri insanlıqdan uzaq hərəkətlərdən də rahat şəkildə başa düşüləcəyi kimi - İslamın əslindən çox uzaq, azğın anlayışa sahibdirlər.
Bu insanlar inandıqları doğruları İslamın müqəddəs kitabı olan Qurandan deyil, İslam adına uydurulmuş bəzi xurafatlardan alırlar. Etdikləri hərəkətləri müqəddəs görür və bu yolda həyata keçirdikləri zorakılığı öz aləmlərində "ibadət" kimi qəbul edirlər.
Məhz bu səbəbdən əks təbliğat aparılması və doğrunun izah edilməsi həyati əhəmiyyət kəsb edir. Uydurmalara əsaslanan fanatik düşüncəni müdafiə edənlərin zərərsizləşdirilməsi üçün İslamın müasir, elmə və məntiqə uyğun, sənətə önəm verən, aydın, mütərəqqi və hər cür zorakılığı qadağan edən tərəfi ortaya qoyulmalıdır. İslamın sevgi, qardaşlıq, sülh və əmin-amanlığı əmr edən din olduğu izah edilməlidir.
Lider mövqeyində olan hər kəs bu mövzuda gərgin iş aparmalıdır. Belə ki, prezident Obama ötən ay Kaliforniyada keçirilən ABŞ-ASEAN zirvə görüşündən sonra verdiyi bir müsahibədə terrorun yüksəlişi ilə mübarizə aparmaq üçün mötədil İslamın yayılmasının zəruriliyinə diqqət çəkmişdi.
Obama "mötədil İslam" dedikdə isə heç şübhəsiz, Qurana əsaslanan həqiqi İslamı nəzərdə tutur.
Qərb terror probleminə necə "dayan" deyə bilər?
Qərbin Qurana bağlı İslam alimləri, akademiklər və fikir adamları ilə əməkdaşlıq etməlidir. Radikallar tərəfindən yaradılan fanatik din anlayışının İslama zidd olduğu həqiqətinin ortaya qoyulduğu maarifləndirmə də çox vacibdir. Yoxsa Paris hücumundan sonra "France at war" açıqlaması edən prezident Ollandın sonradan açıqladığı oxşar antiterror qanunları ilə hərbi çözümlər axtarmaq yenə heç bir nəticə verməyəcək.
İnsanların qətl edilməsi, başlarının kəsilməsi, məscidlərə bomba atılması əsla İslam deyil. Əksinə şiddət və nifrətin əsası olan yanlış fikirlər ancaq həqiqi İslamla dəf edilə bilər. Məhz bu həqiqətin Qurandan dəlillərlə ortaya qoyulduğu təsirli tədbirlər görülməsi bütün dünyanın olduğu kimi, Avropanın da ən təcili mövzusu olmalıdır.
Adnan Oktarın «American Herald Tribune»da dərc edilən məqaləsi:
http://ahtribune.com/world/europe/811-europe-terrorism.html