Bu gün dünyanın əksər ölkələri terror bəlasının təhdidi altındadır. Dünya miqyasında illərdən bəri gözlənilmədiyi halda günahsız insanları, uşaqları, kəndliləri, əsgərləri qətl etməklə, hiyləgər tələlərlə, yaşlı- cavan demədən çox insanın ölümünə və şikəst qalmasına səbəb olmuşdur. Bu böyük bəlaya qarşı tədbirlər alınmasına baxmayaraq heç vaxt öz həllini tapmamışdır. Keçmişdə dövlətlərin başındakı qanlı terror bəlası da yenə eyni səbəbdən qaynaqlanmışdır.
Hazırda dünya miqyasında həyata keçirilən xain hücumlara qarşı terror davamlı olaraq qınanmaqda, baş verən hadisələr lənətlənməkdədir. Bəs onda davamlı olaraq terroru qınamağın faydası nə olmuşdur? Terroru qınamaq nə vaxt hücuma məruz qalmış ölkələrə bu sahədə həll yolunu göstərmişdir, nə vaxt sonrakı terror hadisəsinin qarşısını almışdır, nəyə yaramışdır? Terroru sadəcə qınamaq, heç də bu problemin həlli deyil, baş vermiş hadisəyə qarşı verilən ən aciz cavabdır. Həqiqi qarşılığın verilməsi, terrorun tamamilə ortadan qaldırılması üçün terrorun idealogiyası əleyhində dərindən araşdırma aparılmasına lazımdır. Bu cəhd, ancaq kommunist terror bataqlığını kökündən qurutmaqla mümkün ola bilər.
Terroristlərin bir fəlsəfəsi vardır. Bu fəlsəfə dialektik materyalist fəlsəfədir və bu fəlsəfənin təməl dayağı Darvinizmdir. Darvinizm ortadan qaldırılmadığı, dolayısı ilə Marksizmin, materyalizmin sonu gəlməyənə qədər, bu fəlsəfə davam edəcək və bu fəlsəfənin çirkin məntiqi terrorizmi qidalandırmağa davam edəcəkdir. Bu səbədən bu idealogiyanın tamamilə yox edilməsi, bunun təməli olan Darvinizmə qarşı dünya miqyasında tədbir görülməsi şərtdir.
Bir tərəfdən terrora lənət edərkən, terrora şəhidlər verərkən, bir tərəfdən də Darvinizmin təhsil müəssisələrində tədris olunması böyük yanlışdır. Darvinist təhsil, kommunist terroru gücləndirməkdən başqa bir şey deyildir. Darvinizmin kommunist ideologiyasının əsasını təşkil etdiyini bildiyimiz halda buna laqeyid qalmaq, terrora qarşı laqeyid qalmaq deməkdir. Bir tərəfdən Darvinizmin təhsil müəssisələrində tədris olunduğu halda, bir tərəfdən də terroru qınamaq mənasızdır.
Darvinist idealogiya, təxminən 150 ildir ki, dünyanı qana boyamış, saxtakarlıqla, yalanlarla insanları aldatmış köhnə bir nəzəriyyəyə əsaslanmışdır. Etibarsız və yalan üzərində qurulmuş bu nəzəriyyənin saxta istiqamətləri bütün tədris müəssisələrində
gənclərə öyrətilməli, açıqca göstərilməlidir. Dialektik materyalizm idealogiyasının və bu fəlsəfənin elmi təməli olan Darvinizmin saxta bir inanc olduğu vurğulanmalıdır. Ancaq belə olduqda bütün dünyada terrora qarşı həqiqi və təsirli tədbir görülə bilər, bu tədbir ancaq o vaxt daimi hala gələr, qəti həll yolunu tapa bilər. Bunun xaricində həyata keçiriləcək tədbirlər, bu böyük bəlanı heç vaxt tamamilə ortadan qaldıra bilməyəcəkdir. Terror bəlasının ortadan qalxması üçün terrorizmin kökünün kəsilməsi, fikri təsirin aradan qaldırılması lazımdır.