Yaxın Şərq və Anadolu xristianlığın ortaya çıxdığı ərazilərdir. Hz. Məryəm (əs) və ailəsi bu torpaqlarda yaşamış, hz. Yəhya (əs) bu torpaqlarda doğulmuş, bu torpaqlarda şəhid edilmişdir. Hz. İsa (əs) bugünkü Fələstində Betlehəm şəhərində anadan olmuş və yenə bu torpaqlarda Allah tərəfindən göyə yüksəldilmişdir.
Bu bölgə həmçinin musəvilərin müqəddəs torpaqlarıdır. Dünyadakı ən qədim kilsələr - "Church of Nativity", "The Church of Resurrection", "Church of All Nations" Yaxın Şərq ərazisindədir. Xristianlıq bu ərazilərdə yayılmışdır. Bu gün bir çox xristian Anadoluda Müqəddəs Pavelin addımlarını izləyərək xristianlığın quruluş dövrlərini xatırlayır. İzmirdəki “Məryəm Ana Evi” xristianların həcc mərkəzlərindən biridir. Ərəbistan yarımadası, İsrail torpaqları, Suriya, Livan, Fələstin, İraq və Anadolu hər üç dinin mərkəzidir. Heç bir siyasi fikir, siyasi quruluş və heç bir terrorçu qrup bu tarixi həqiqəti dəyişdirə biləcək gücə malik deyil.
Əsrlər boyu bölgəyə üç dinin sülh anlayışı hakim olmuşdur. Bu dövrdə müqəddəs torpaqlarda din uğrunda müharibə baş verməmişdir. Osmanlı Sülhü (Pax-Ottomana) adlandırılan bu dövr Says piko sazişi ilə Yaxın Şərqin imperialist dövlətlər arasında bölüşdürülməsinə qədər davam etmişdir. I Dünya Müharibəsindən sonra Fransa və İngiltərə bölgəni işğal etmiş, bir tərəfdən musəvilər və müsəlmanlar arasında nifrət toxumları əkilmiş, digər tərəfdən də süni sərhədlər və marionet hökumətlərlə bölgədə hakimiyyət qurulmuşdur. İşğalçılara qarşı üsyan etməyə çalışan hər qrup amansızca susdurulmuşdur.
II Dünya Müharibəsindən sonra yenə müxtəlif xarici müdaxilələrlə musəvilərlə müsəlmanlar 70 il davam edən alov burulğanına düşmüşdür. Millətçi və məzhəbçi ideologiyalarla müsəlmanlar bir-birilərinə düşmən edilmiş, bu böyük fitnə İslam cəmiyyətini hər tərəfdən əhatə etmişdir. XXI əsrə gəldikdə artıq bütün region yanğın yerinə çevrilmişdi. Bir neçə on il ərzində milyonlarla günahsız müsəlman həyatını itirmiş, İslam dünyasının böyük dövlətləri bir-birinin ardınca dağılmışdır. Bu zorakılıq mühitinin bir başqa zərərçəkəni də bölgədə yaşayan xristianlar olmuşdur.
Yaxın Şərqdəki xristian əhali hər keçən gün azalır. Xristian ərəblər, assuriyalılar, ermənilər, melkitlər, maronilər, koptilər torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Pravoslav xristianlıq bölgədə sanki yox olma səviyyəsinə gəlib. Qalan bir ovuc xristian isə qorxu içində yaşayır. Xristianlar radikalların və mürtəce iqtidarların hədəfindədir. Bölgədə provakativ aksiyaların hədəflərindən biri xristianlardır. Son bir neçə ildə Misirdə onlarla kilsə yandırılmış və ya bombalanmışdır. Yüzlərlə xristian bu terror aktlarında həyatını itirmişdir. 2003-cü ildə sayı 1,4 milyon olan iraqlı xristianlardan bu gün sadəcə 300 mini qalmışdır. Keldani, süryani və nəsturi kəndləri yandırılıb dağıdılmış, xristianlar öz ölkələrində köçkün vəziyyətinə düşmüşdür.
Suriya, şübhəsiz, Yaxın Şərqdə müharibənin ən çox olduğu yerdir. Bu gün Suriyadakı xristianlar rejimlə müxalif qruplar arasındakı qarşıdurmanın ortasında qalıb. Xüsusilə Xüms və Lazkiyə şəhərlərində bir çox kilsə dağıdılmışdır. Suriya xristianlarının tarixi, Müqəddəs Pavelə qədər gedib çıxır. 2000 illik bu cəmiyyətin vətəndaş müharibəsindən əvvəl sayı 2 milyon olduğu halda, bu gün bir neçə yüz mindən ibarətdir.
Suriyanın şimal bölgəsi xristian cəmiyyətin mərkəzlərindəndir. Bu bölgədə kürd, ərəb və türkmənlər əksəriyyət təşkil edir. Vətəndaş müharibəsinin yayılması ilə birlikdə PYD regionda defakto kanton qurmuşdur. PYD Şimali Suriyada kommunist dövlət qurmaq arzusunda olduğundan bölgədəki kürdləri, ərəbləri və türkmənləri təzyiq altında saxlayır. Bölgədəki xristian nəsturilər də PYD-nin təzyiqi altında yaşamaq uğrunda mübarizə aparır. Bir çox xristian kəndi dağıdılmış, xalq didərgin düşmüş, əmlakları terror təşkilatı və tərəfdarları tərəfindən talan edilmişdir. Qamışlı şəhərində həyatda qalmaq uğrunda mübarizə aparan xristianlar da dəfələrlə PYD terrorçularının silahlı hücumlarına məruz qalmışlar. Xüsusilə 2017-ci ilin əvvəlindən etibarən bölgədə PYD hücumları nəticəsində həlak olan çox saylı xristian olmuşdur. PYD Qamışlı şəhərini kantonun “paytaxtı” elan etmişdir. Hal-hazırda da Qamışlıdakı 50 min xristianın yaşamaq hüququnu əlindən almağa çalışır.
Xristian cəmiyyəti hər fürsətdə xarici dünyaya səsini çatdırmağa çalışır. PYD-nin əmlaklarını talan etdiyini, silah gücünə vergi aldıqlarını və gənclərinin PYD sıralarında döyüşməyə məcbur edildiklərini bildirirlər. Dünya Aramilər Şurasının sədri Coni Messo kommunist PYD-nin regionu ələ keçirmək siyasətini və terror təşkilatının ABŞ silahlarını məsum xristianlara qarşı istifadə etdiyini müsahibələrində müntəzəm olaraq dilə gətirir. Ötən günlərdə 18 erməni və nəsturi təşkilat PYD-nin xristianlar üzərindəki təzyiq siyasətinə etiraz edən birgə bəyannamə yayımladılar. Xristian cəmiyyətinin bu fəryadları təəssüf ki, Qərb dünyasında kifayət qədər əks-səda doğurmur.
PYD başda ABŞ olmaqla koalisiya qüvvələri tərəfindən əzizlənir, silah və pul dəstəyi alır. Təcavüzkar siyasətinə göz yumulur. ABŞ dünyanın yeni kommunist terrora doğru sürükləndiyinin fərqində deyil. PYD və PKK 40 illik tarixi boyunca başda öz xalqı olmaqla yollarına çıxan hər millətə zülm etmişdir. Qərb bu kommunist terrorçularla müttəfiq olmaqla odla oynayır. Terrorçu təşkilatların tərəfdar və ya dost ola bilməyəcəyini görə bilmir. Suriyada silahlı təşkilatın dövlətləşməsi regionda heç vaxt dinməyəcək yeni müharibənin fitilini alovlandıracaq. Bundan ən çox zərər görənlər də məsum xristianlar, müsəlmanlar, musəvilər, ərəblər, kürdlər, türkmənlər, qısaca bölgə xalqı olacaq. Belə bir alovun qığılcımı qısa müddətdə bütün dünyaya sirayət edə bilər. Buna görə terror təşkilatlarının muzdlu əsgər kimi istifadə edilib silahlandırılması siyasətinə təcili son qoymalıdır.
Müsəlmanlar isə öz aralarında və məzlum xristianlarla birləşib bölgədə həm müsəlmanlara, həm də xristianlara qarşı edilən bu zülmü dayandırmalıdırlar.
Adnan Oktarın “News Rescue”-da yayımlanan məqaləsi:
http://newsrescue.com/christians-targeted-middle-east-terrorism/#axzz542ZVazW7