Həyatı özlərinin təyin etdikləri qaydalarla yaşayan insanlar nəfslərinin o andakı istəklərinə tabe olaraq asanlıqla bu qaydaları poza bilirlər. Həyatlarına istiqamət verən və xarakterlərini davamlı olaraq sabit qalmağı təmin edən, doğru olduğuna inandıqları yol yoxdur. Buna görə də vaxt keçdikcə xarakterləri dəyişir. Davranışlarında müəyyən bir sabitlikdən bəhs etmək mümkün olmur.
Ümumiyyətlə, bu şəxslərin xarakterlərindəki dəyişikliyi təyin edən güc nəfsləridir. Allah Quranda nəfslərin eqoist ehtiraslara uyğun olaraq yaradıldığını bildirir. Əgər insan nəfsinə özünü istiqamətləndirməyə icazə versə, bu zaman onun xarakteri bu eqoist ehtiraslara uyğun formalaşacaq. Bu eqoist ehtiraslar isə təmkinli və mülayim şəxsiyyət nümayiş etdirməsinə təsir edəcək. İnsan nəfsinin təlqinləri nəticəsində bir anda hirslənəcək, romantikləşəcək, küsüb-inciyəcək, qısqanclıq edəcək və bunlara bağlı olaraq da ani qərarlar verəcək. Buna görə də xarakteri həmişə dəyişkən olacaq. Bir anı başqa bir anına uyğun olmayacaq. Hər an ruh halı, düşüncələri, duyğuları, qərarları və dünyagörüşü dəyişəcək. Belə insan isə əsassız və qeyri-sabit davranışlarıyla həmişə ətrafındakı insanlar üzərində narahatlıq və etibarsızlıq hissi oyandıracaq.
Belə şəxsiyyətə dindən uzaq yaşayan cəmiyyətlərdə görülən qadın xarakterində rast gəlmək mümkündür. Quran əxlaqının qazandırdığı dünyagörüşündən uzaq olduqları üçün bu şəxslər qadın xarakterinə yaraşdırılan romantikliyi tamamilə qəbul edir və bu xarakterin bütün həyatlarını istiqamətləndirməsinə icazə verirlər. Bu isə onların ağıllı qərar vermələrinə mane olur.
Müsəlman qadının rəhbəri isə Qurandır. Allah Quranda nəfsin insanı daim pisliyə çağıracağını, şeytanın insanı ümidsizliyə düşməyə, ağılsız hərəkətlər etməyə, istəklərinin və ehtiraslarının tələb etdiyi şəkildə hərəkətlər etməyə məcbur edəcəyini bildirmişdir. Bütün bunlara qarşı özünə Quranı rəhbər edən, vicdanının səsi ilə hərəkət edən insanların isə ideal şəxsiyyət qazanacaqlarını, həm dünyada, həm də axirətdə üstün mövqeyə gələcəklərini xatırlatmışdır.
Müsəlman qadın Allah'ın göstərdiyi yola tabe olduğundan, belə bir güclü və üstün şəxsiyyəti qazanmışdır. Rəhbəri Quran olduğu üçün hadisələr qarşında göstərəcəyi münasibətlər, verəcəyi reaksiyalar həmişə İslam əxlaqına görə olur. Bu da ona mülayim və təmkinli xarakter qazandırır. Necə hərəkət edəcəyi, hadisələri hansı dünyagörüşü, hansı məntiqlə qiymətləndirəcəyi ətrafındakılar üçün heç vaxt gözlənilməz olmur. Ağılı, vicdanı, rəftarları, danışıqları həmişə Quran əxlaqının qazandırdığı sabitliyi əks etdirir. Buna görə də etibarlı xarakterə malik olur. Əxlaqındakı və xarakterindəki bu sabitliyə görə cahiliyyə cəmiyyətlərində ön plana çıxan qadın xarakterindən çox fərqli xarakter nümayiş etdirir.