Allah,
"Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...." (İsra Surəsi, 82)
ayəsilə, İslam əxlaqının insanları hər zaman xeyirə yönəldəcəyinə diqqət çəkmiş və Quran ayələrinin insanlar üçün rəhmət olduğunu xatırlatmışdır. Allahın insanlar arasında dinclik və ədaləti təmin etməsi üçün bildirdiyi Quran əxlaqı ilə, qadının istər ictimai həyatındakı, istərsə də ailə həyatında haqqları qorunmuşdur. Allahın bir ayədə
"... Biz sənə (onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyək." (Furqan Surəsi, 33)
sözləriylə bildirdiyi kimi, Allah bütün insanların həyatlarının hər mərhələsində layiq olduqları dəyəri, sevgini və hörməti görə bilmələri üçün lazım olan hər cür məlumatı Quranda bildirmişdir.
Şübhəsiz bu qadınlar üçün də çox böyük rəhmət, asanlıq və nemətdir. Allahın bildirdiyi əxlaqa görə hərəkət edildiyində, Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə olduğu kimi problemlər olmayacaq, qadının cəmiyyətdəki yeri mövzusunda davam edən bütün mübahisələr sona çatacaq.