Dünyada əsas diqqət Orta Şərqdəki sünni-şiə münaqişələrinə yönəldiyi, ya da radikal terror təşkilatlarının törətdiyi hadisələrə yönəldiyi halda, keçmiş adı ilə Birma, indiki adı ilə Myanmarda vətəndaşlıq haqqı belə verilməyən Rohingya (keçmiş adı ilə Araqan) xalqı illərdir qətliamlara məruz qalırlar. Müsəlmanların kəndlərini, evlərini, məscidlərini yandıran, qadınlarını, uşaqlarını amansızlıqla öldürən bəzi millətçi buddist terroristlər bölgədə qan tökməyə davam edir. Zülmün, zorakılığın həddi aşdığı bu müharibədən ən çox zərər çəkən isə uşaqlar və qadınlardır.
Şəraitsiz çadırlarda yaşamağa çalışan qadınlar bir tərəfdən aclıqla, xəstəliklə mübarizə apara bilməməyin çarəsizliyini yaşayarkən, digər tərəfdən də özlərinin, qız uşaqlarının təcavüz edilərək kölə halına gətirilməmələri üçün çarə axtarırlar. Hüquqlarını qorumaq üçün qanuni yollara əl atanda isə əli boş qayıdırlar. Bir çox gənc qızın uçurumdan özünü ataraq intihar etdiyi hamıya məlumdur.
Dünya isə hələ də bu hayqırışları eşitməməyə və zülmə səssiz qalmağa davam edir. Bütün İslami təlim qurumları və məscidlər bağladılır, həccə getmək, qurban kəsmək, toplu şəkildə namaz qılmaq və digər ibadətlərə qadağa qoyulub. Qanunlara və insan hüquqlarına zidd olaraq insanların həbs edilməsi və beynəlxalq təşkilatlar tərəfindən aşkar edilən işgəncələr Myanmar idarəçiliyinin gündəlik tətbiq etdiyi işlərdir. Qısası, araqanlı müsəlmanların dini haqq və azadlıqları tamamilə əllərindən alınmış və dinlərini istədikləri kimi yaşamaq əngəllənmişdir.
Myanmarda 2012-ci ildən indiyə qədər meydana gələn və Araqan əyalətində yaşayan müsəlman xalqa qarşı törədilən zorakılıq hadisələrində 200 insan öldü, 140 min insan evsiz qaldı. On minlərlə müsəlman sınıq-salxaq qayıqlarla boğulmağı gözə alaraq çarəni Tayland, Malayziya və Avstraliya kimi qonşu ölkələrə sığınmaqda görür. Həmçinin canı bahasına çıxdıqları bu yol üçün insan tacirlərinə böyük məbləğdə pul ödəyirlər.
Araqanlı müsəlmanların ən çox yönəldiyi ölkələrdən biri də Banqladeşdir. Dünyanın ən yoxsul ölkələri arasında olan Banqladeşdə çətin şərtlərlə yaşamağa çalışan təxminən 500000 araqanlı bu qaçqın düşərgələrində sanitariya, sağlıq, təmiz su, qida və paltar kimi ən çox ehtiyac olan şeylər barəsində də sıxıntı çəkirlər. Bütün bu çətinliklərə baxmayaraq, araqanlılar yenə də Banqladeşə sığınmağa çalışırlar. Lakin Banqladeş də artıq araqanlıları qəbul etmir.
Özünüzü bir anlıq bu insanların yerinə qoyun. Ölkəm dediyiniz yerdə hər cür zülmə məruz qalırsınz, körpənizə yemək, geyim tapa bilmirsiniz. Övladlarınızın, qadınlarınızın namusunu qoruya bilmir, ölümlərinə, intiharlarına şahid olursunuz. Heç şübhəsiz, bu insanın dünyada hiss edəcəyi ən böyük iztirablardan biridir.
Dünyanın göməzlikdən gəldiyi bu vəziyyətin çox-çox az bir hissəsi Qərb ölkələrindən birində baş versəydi, böyük sensassiyaya səbəb olardı. Əlbəttə ki, hücuma qarşı reaksiya vermək və bunu cinayət kimi dəyərləndirmək normal haldır. Bu səbəbdən qərbdə yaranan oxşar hadisələrə reaksiya vermək təbiidir. Ancaq eyni həssaslığı çox şiddətli şəkildə bu hadisələri yaşayan Araqan müsəlmanlarına qarşı da göstərməmək çox utancverici bir vəziyyətdir. Aydındır ki, bu insanlar onlardan uzaqda yaşayan, özləri ilə müqayisədə müasir hesab etmədikləri, fərqli etnik mənşəli olduqları, hətta bəlkədə ikinci sinif bir varlıq kimi dəyərləndirdikləri bu məzlum və dəyərli xalqa qarşı etinasız davranırlar. Halbuki, zülm edən insanlara qarşı münasibət hər yerdə eyni olmalı və zülmün bitməsi üçün birləşməlidirlər.
Şübhəsiz ki, bu nöqtədə BMT-in üzərinə də böyük məsuliyyət düşür. BMT-in əsas məqsədi bütün insanların yaşamaq hüququnu qorumaq üçün alınacaq tədbirləri tezliklə Myanmar üçün də tətbiq etməlidir. Təcavüz, işgəncə, haqsız yerə həbs edilmə, yaralama kimi cinayətlərin aradan qaldırılması üçün BMT tərəfindən yoxlamalar aparılmalı, evlərindən uzaqlaşdırılan əhalinin kəndlərinə qaytarılması və burada təhlükəsiz yaşamaları üçün şərait yaradılmalı, bu qanunsuzluğu törədənlər insan hüquqları məhkəmələri qarşısında hesab verməli, Araqan xalqının vətəndaşlıq hüququ qazanması üçün tədbirlər görülməlidir. Beynəlxalq mətbuat isə Myanmarda yaşanılanları cəmiyyətə təqdim edərək vicdanlarına təsir edəcək işlər görməlidir.
Araqanlı müsəlmanların ölkədəki bütün digər vətəndaşlar kimi təhsil, sağlıq, dərman və müalicə kimi ictimai haqlardan istifadə etmələri və bütün hüquqlardan istifadə etmələrinə şərait yaradılmalıdır. Ölkədəki zülmün, zorakılığın mərkəzindəki Myanmar hökumətinin sevgi sisteminə keçməsi vacibdir. Sevgi və qardaşlıq ruhu buddizmin özündə də vardır. Myanmar hökuməti tezliklə sevgiyə əsaslanan bu siyasətə və demokratik sistemə keçidi sürətləndirməlidir. Yeni siyasi sistemə keçsə, Myanmarın beynəlxalq arenadakı imici dəyişiləcək və xarici investisiyaya da açıq hala gələcək. Beləliklə, ölkə zənginləşəcək, bütün Myanmar xalqının həyat standardı yüksələcəkdir.
Araqan xalqı Myanmar hökumətinin öz xalqıdır. Bu səbəbdən hökumət öz xalqına zülm etməyi dayandırmalıdır. İrqi və dini ayrı-seçkilik etmədən zülmə məruz qalan xalqı, yəni öz xalqını qorumaq, onlara sevgi və dostcasına münasibət göstərmək dövlətin borcudur.
Adnan Oktarın “Burma Times”də dərc olunan məqaləsi: