Nə üçünsə xurafatçıların Quranla bağlı izahları saxta hədislərin də təsiri ilə daima qadını evdə dustaq kimi saxlamaq və ya qadının bədənini örtməklə bağlı olmuşdur. İddia etdikləri ən böyük səbəb isə təhrikedicilik ünsürüdür. Halbuki qadın bədəni kişi üçün nə qədər cazibədardırsa, kişi bədəni də bir qadın üçün eyni şəkildə cazibədardır. Qurana görə iki cins arasında hər hansı bir ayrıseçkilik olmadığına görə, kişilərin təhrik olma qorxusuna görə qadınları örtməyə və ya yox etməyə çalışmalarının da bir məntiqi yoxdur. Əgər problem kişilərin təhrik olmasıdırsa, bu vəziyyətdə kişilərin evdən bayıra çıxmamaları və ya ətrafı görməyəcək şəkildə bir örtük ilə çıxmaları daha məntiqlidir. Öz təhrik olma ehtimallarına görə qadını örtməkdənsə, belə bir riski tamamilə aradan qaldırmalıdırlar.
Bu vəziyyət başqa mövzulara da aid edilə bilər. Məsələn, qadının səsi bəziləri tərəfindən təhrikedici olaraq düşünülür və bu səbəbdən danışmasına mane olunursa, eyni şey kişilərə də aid edilməlidir. Əgər qadının səsinə, söylədiyi mahnılara qulaq asılmayacaqsa, eyni şəkildə qadınların da kişi səsindən təhrik ola biləcəyi nəzərə alınaraq bu məhdudiyyətin kişilərə də aid edilməsi lazımdır. Əgər xurafatçı məntiqin saxta qanunlarını doğrular olaraq elan etmək istəyir və bu mövzunu hər kəsə qəbul etdirməyə çalışırlarsa, eyni şeyi kişilərə də tətbiq etmək lazımdır.
Lakin əlbəttə ki, İslamda ən doğru olan, Quran məntiqidir və Quranın məntiqində belə bir məhdudiyyət yoxdur. Xurafatçıların qoymağa çalışdığı bu məhdudiyyətlər şübhəsiz ki, azadlığı aradan qaldırmaq məqsədilə qəsdən uydurulmuşdur və bunlar ancaq cəmiyyəti çətinliyə salaraq, özlərinə də, yaşadıqları mühitə də fəlakət gətirə bilər.
Qadın və kişi hər mövzuda olduğu kimi, iffət mövzusunda da bərabərdir. Qadına zina haram olduğu kimi, kişiyə də haramdır. Əhzab surəsinin 35-ci ayəsində “iffətlərini qoruyan kişilər və iffətlərini qoruyan qadınlar” ifadəsi ilə açıq şəkildə bildirildiyi kimi, qadın əxlaqlı olmalı, iffətini və namusunu qoruyacağı kimi, kişi də əxlaqlı olmalı, iffətini və namusunu qorumalıdır. Ancaq bunun yolu insanları örtmək, çölə çıxarmamaq, görüşdürməmək, danışdırmamaq deyil. İnsan, instinkləri ilə hərəkət edən, hissləri onu hara aparsa ora sürünən vəhşi varlıq deyil. İnsan ağlı, şüuru və ən vacibi Allah qorxusu və sevgisi ilə doğrunu yanlışdan ayıran və insan xüsusiyyətini daşıyan bir varlıqdır.
Dolayısilə, bir insanın iffətli davranıb-davranmayacağını müəyyən edən amil qarşı tərəfin nə qədər açıq geyindiyi, saç telinin nə qədərinin göründüyü deyil, onun Allah qorxusu və əxlaqıdır. Allah bir ayədə “...Allah gizlində (yaxud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxarmaq üçün” (Maidə surəsi, 94) buyuraraq insanları heç kimin görmədiyi mühitlərdə də sınayacağını bildirmişdir. Belə ki, insanların məcbur edilərək, evlərə həbs edilərək, əngəllənərək, təzyiqlə dini yaşamaları və ya halal-haramlara diqqət etmələri mümkün deyil İman, əxlaq, ibadət sadəcə qəlb işidir.
Nəticə
Yuxarıda verdiyimiz bütün bu açıqlamalardan başa düşüldüyü kimi, “Nur” surəsinin 31-ci ayəsi müxtəlif təfsirçilərin izahları və bəzi saxta hədislərin təsiri ilə demək olar ki, qadağa halına gətirilmiş baş örtüyü mövzusu üçün bir dəlil olaraq istifadə edilir. İçində baş örtüyü kəlməsinin keçmədiyi, baş ilə bağlı heç bir məlumatın verilmədiyi, çox açıq bir şəkildə sinənin örtülməsini təsvir edən bir ayənin bu qədər fərqli bir izah üçün istifadə edilə bildiyi heyrətvericidir.
Təəccüblü olan digər bir məqam da Quranda keçməyən baş örtüyü mövzusunu dinin yeganə şərti kimi görən bir çox şəxsin açıq şəkildə çarşabdan bəhs edilən “Əhzab” surəsinin 59-cu ayəsindən heç bəhs etməmələridir. Quranda olmayan baş örtüyünü bir hökm və bir qadağaya çevirmiş, lakin Quranda olan çarşab hökmünü tamamilə göz ardı etmişlər. “Əhzab” surəsində çarşab hökmünün necə keçdiyi və niyə bu ayənin baş örtüyü müdafiəçiləri tərəfindən göz ardı edildiyini araşdıraq:
“Əhzab” surəsinin 59-cu ayəsinin izahı
Bəzək əşyalarını və muncuğu haram etmək yanlışdır
“Zinət” sözü Quranda necə istifadə edilir?
Baş örtüyünə sahib çıxmaq, ancaq çarşabdan heç bəhs etməmək
Müsəlman qadın Qurana görə necə geyinmək lazım olduğunu bilir